İQTİSADİYYAT
Sabirabad EŞ müəssisəsi üzrə istehlak azalmışdır
Bakı, 20 may (AZƏRTAC). “Azərenerji” ASC-dən AZƏRTAC-a bildirmişlər ki, apreldə Sabirabad Elektrik Şəbəkəsi (EŞ) müəssisəsi üzrə 16,6 milyon kilovat-saata yaxın elektrik enerjisi istehlak edilmişdir. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 faizə yaxın azdır. Ümumi ödəniş təqribən 54 faiz olmuşdur. Daimi əhali istehlakçı qrupu üzrə istehlak ötən ilin aprel ayında 14 milyon kilovat-saatdan artıq, bu ilin müvafiq dövründə isə 8,4 milyon kilovat-saatdan çox olmuşdur. Ödəniş 46 faizə yaxın təşkil etmişdir.
Yanvar-aprel aylarında müəssisə üzrə 78,7 milyon kilovat-saata yaxın elektrik enerjisi istehlak edilmişdir. Bu göstərici ötən ilin eyni dövründəki istehlakdan 2,6 milyon kilovat-saat azdır. Ümumi ödəniş 44 faizdən artıq olmuşdur. Daimi əhali istehlakçı qrupunda istehlak 54,1 milyon kilovat-saata yaxın, ödəniş isə 37 faizdən artıq təşkil etmişdir.