REGİONLAR
Şagirdlər dini radikalizm və ekstremizmin törətdiyi fəsadlar barədə məlumatlandırılıblar
Şəmkir, 25 may, AZƏRTAC
Şəmkir rayonunun Çinarlı qəsəbəsindəki Natiq Süleymanov adına tam orta məktəbdə “Dini ekstremizmə və radikalizmə yox deyək” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, məktəbin yuxarı sinif şagirdlərinin iştirakı etdiyi tədbirdə dini radikalizm və ekstremizmin törətdiyi fəsadlar və bu fəsadların qarşısının alınması yolları şagirdlərin diqqətinə çatdırılıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizdə müxtəlif dinlərə etiqad edən insanlar mehriban və qarşılıqlı hörmət şəraitində yaşayır.
Tədbirdə müxtəlif dini cərəyanlar və onların fəaliyyət metodları haqqında ətraflı məlumat verilib. Ölkəmizdə qarşıdurma yaratmağa çalışan qüvvələrə qarşı mübarizədə hər kəsin sayıqlıq göstərməsinin vacibliyi vurğulanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [16:35]
Forum iştirakçıları Ağdamın dağıdılmış abidələrini ziyarət ediblər
- 03.05.2024 [16:14]
AXA-nın sədri Beyləqanda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
- 03.05.2024 [15:32]
Azərbaycanda bu mövsüm pambıq sahələrinin sığortasında yenilik tətbiq olunub
- 03.05.2024 [14:58]