MƏDƏNİYYƏT
“Şahdağ” Qış-Yay Turizm Kompleksində yay istirahəti üçün ideal şərait yaradılıb
Qusar, 20 avqust (AZƏRTAC, Elxan Yusifli). “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən bu tur-aksiya çərçivəsində artıq iki gündür ki, Azərbaycanın şimal bölgəsinə səfərdəyik. Bu gün Qusarın görməli yerlərində olduq. Bu rayon təmiz havası, sıx, yaşıl meşələri ilə diqqətimi çəkdi. Qusarda turistlərin istirahəti üçün gözəl şərait var.
Gəncə şəhərindəki 31 nömrəli məktəbin IX sinif şagirdi Nail Mustafazadə AZƏRTAC-a müsahibəsində dövlətimizin başçısının tapşırığına əsasən həyata keçirilən bu tur-aksiyadan olduqca məmnun olduğunu bildirdi. Qeyd etdi ki, ekskursiya zamanı Vətənimizin ayrı-ayrı rayonları, burada yerləşən tarixi abidələr, mədəniyyət ocaqları ilə yanaşı, məktəbli dostlarımızla da daha yaxından tanış olmaq imkanı qazandıq. “Şahdağ” Qış-Yay Turizm Kompleksində olmaq çoxdankı arzum idi. Düşünürdüm ki, bu kompleksdə yalnız qışda dincəlmək olar. Bu gün gördüklərim məni təəccübləndirdi. Burada yay istirahəti üçün də ideal şərait yaradılıb. Doğurdan da möhtəşəm istirahət mərkəzidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:39]
Bakı Kitab Mərkəzində “Əzim Əzimzadə” kitab-albomunun təqdimatı olub
- 03.05.2024 [18:30]
Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb
- 03.05.2024 [18:08]
Xarıbülbül çiçəyi Amerika nəşrinin üz qabığında
- 03.05.2024 [16:46]
Yunus Əmrə İnstitutunda "Turan yolu-Zəngəzurum" adlı əsərin təqdimatı olub
- 03.05.2024 [14:22]
I Beynəlxalq Opera Festivalının iştirakçıları “Landmark”da çıxış ediblər
- 03.05.2024 [13:25]