Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Sahibkarların uğurları Azərbaycan dövlətinin dəstəyinə əsaslanır

Bakı, 16 oktyabr, AZƏRTAC

Ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycan bu gün tərəqqi dövrünün yeni mərhələsini yaşayır. Əsası xalqımızın ümummilli lideri tərəfindən qoyulmuş inkişaf strategiyası bu gün ölkə Prezidenti tərəfindən zəmanəmizin tələblərinə uyğun olaraq təkmilləşdirilir və böyük müvəffəqiyyətlə həyata keçirilir. Bu uğurların təməli isə Azərbaycan dövlətinin müstəqillik qazandığı illərdən – Heydər Əliyevin xalqın təkidi ilə ikinci dəfə ali hakimiyyətə qayıdışından sonra qoyulub. Ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi rəhbərliyə qayıdışının ilk dövründə deyib: “Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur”.

Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən köklü islahatların həyata keçirilməsinə 2003-cü ildən etibarən başlanıldı. Mütərəqqi islahatlar bu gün də böyük müvəffəqiyyətlə davam etdirilir. Bu da təsadüfi deyil, çünki beynəlxalq iqtisadi məkanda qlobal dəyişikliklər baş verir, ölkələr dərin maliyyə böhranlarından, iqtisadi tənəzzüldən əziyyət çəkir, dünya miqyasında yeni çağırışlar meydana gəlir. Azərbaycanı bütün bu sarsıntılardan qorumaq, ölkədə yaradılmış makroiqtisadi sabitliyin davamlılığını təmin etmək məqsədilə dərin islahatlara böyük ehtiyac yaranır.

Sirr deyil ki, Azərbaycanın inanılmaz sosial-iqtisadi inkişafının gerçəkləşdirilməsində özəl sektorun, sahibkarlığın əhəmiyyəti böyükdür. Dövlətimiz tərəfindən həyata keçirilən uğurlu iqtisadi siyasət və sahibkarlığa göstərilən diqqət və qayğı nəticəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamları üçün mükəmməl hüquqi baza yaradılıb, ölkədə biznes mühitinin yaxşılaşdırılması istiqamətində islahatlar aparılır, zəruri tədbirlər kompleksi vahid bir sistem şəklində reallaşdırılır. Sahibkarlarımız məhdud resurslardan istifadənin daha mütərəqqi üsullarının axtarılıb-tapılması, az xərclə və keyfiyyətli məhsul istehsalı, yeni xidmət üsullarının tapılması, marketinqin səmərəli təşkili, istehlakçıların araşdırılması və sair bu kimi sahibkarlıq fəaliyyəti ilə bilavasitə bağlı olan məsələlərin həllində ölkəmizin dövlət müstəqilliyi dövründə böyük uğurlar əldə edə biliblər.

Hazırda ölkəmizdə müxtəlif istehsal sahələrinin inkişaf etdirilməsi üçün xüsusilə gözəl mühit yaradılıb və hesab edirəm ki, öz dövlətinə sadiq olan, xalqını sevən hər bir vətənpərvər Azərbaycan vətəndaşı ölkəmizdə hökm sürən sabitlik, əmin-amanlıq və inkişafdan qürur duymalı, öz əməyi və fəaliyyəti ilə ölkəmizin tərəqqisinə, dinamik inkişafına töhfəsini verməlidir.

Bütün bu uğurların reallaşdırılması Azərbaycan dövlətinin diqqəti və qayğısı sayəsində mümkün olub. Təsadüfi deyil ki, hazırda müasir texnologiyalara və qabaqcıl təcrübəyə əsaslanan yeni müəssisələrin yaradılması ilə Azərbaycanda istehsal edilən sənaye məhsullarının çeşidi və rəqabətqabiliyyətliliyi də sürətlə artır. Bu gün ölkəmizdə fəaliyyət göstərən sənaye müəssisələrində istehsal olunan bir çox sənaye məhsulları ilə Azərbaycan özünü təmin edir.

Qeyd etmək istəyirəm ki, dövlət başçısının Sərəncamı ilə Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi ölkəmizdə aparılan dərin struktur və sosial-iqtisadi islahatların sürətləndirilməsi baxımından vaxtında verilmiş bir qərardır.

Böyük təşkilatçılıq təcrübəsinə, beynəlxalq nüfuza malik olan Mehriban xanım Əliyevanın bir çox sahələrdə olduğu kimi, ölkəmizin dünya miqyasında qazandığı uğurların və nüfuzunun möhkəmləndirilməsi, Azərbaycanda sosial sferanın inkişaf etdirilməsi, eləcə də sahibkarlığa dövlət dəstəyinin daha da gücləndirilməsi istiqamətində fəaliyyəti əvəzsizdir.

Məhz həmin sosial-iqtisadi siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda sahibkarlığa, xüsusilə də kiçik və orta sahibkarlığa göstərilən dövlət dəstəyinin daha da genişləndirilməsi sahəsində məqsədyönlü tədbirlər həyata keçirilir, daxili və xarici sərmayələrin cəlb edilməsinə daha geniş imkanlar yaradılır. Yeri gəlmişkən, bu günlərdə Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda ölkəmizin reytinqdə daha iki pillə yüksələrək 35-ci yerdə qərarlaşması Azərbaycanda aparılan iqtisadi islahatların uğurla həyata keçirilməsinin bariz nümunəsidir.

Təsisçi olduğum “Bakı İnşaat Sənaye” ASC həm müxtəlif növlü poladların, həm də yeni texnologiyaların tətbiqi ilə korroziyaya davamlı, dənizdə, quruda, inşaatda, qaz və su boru xətlərində istifadə edilən polad boru və müxtəlif ölçülü profillərin istehsalını həyata keçirir. Səhmdar cəmiyyətimiz Azərbaycanda həyata keçirilən islahatlardan bəhrələnmək, qeyri-neft sektorunun mühüm tərkib hissəsi olan sənayenin qara metallurgiya sahəsini daha da inkişaf etdirmək əzmindədir. Bu məqsədlə müəssisəmiz tərəfindən metal məmulatların istehsalı sahəsinin yaradılması ilə bağlı investisiya layihəsi hazırlanaraq “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Prezident İlham Əliyevin 2016-cı ilin yanvarında 745 saylı Fərmanına uyğun olaraq, Azərbaycan Respublikası Vergi Məcəlləsinin və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələri ilə müəyyən olunmuş güzəştləri əldə etmək üçün İqtisadiyyat Nazirliyinə müraciət edib.

Nazirlik tərəfindən aparılmış hərtərəfli araşdırmalar və dəyərləndirmələr nəticəsində təqdim etdiyimiz layihə bəyənilərək, 2017-ci ilin oktyabrın 12-də “Bakı İnşaat Sənaye” Açıq Səhmdar Cəmiyyətinə yuxarıda qeyd etdiyim güzəştləri əldə etmək hüququ verən İnvestisiya Təşviqi Sənədi təqdim olunub. Ölkə rəhbərinin müəyyənləşdirdiyi hədəflərə nail olmaq istiqamətində dövlətimiz tərəfindən aparılan iqtisadi siyasətin yerlərdə icra edilməsində İqtisadiyyat Nazirliyinin fəaliyyəti xüsusi qeyd edilməlidir. Qurumun çevik işləməsi sahibkarlara dövlətin təqdim etdiyi imkanlardan və imtiyazlardan vaxtında və tam şəkildə yararlanmağa imkan verir.

Prezident İlham Əliyevin rəhbərliyi və təşəbbüsü ilə hazırlanmış “İnvestisiyaların təşviqi proqramı”nın uğurla həyata keçirilməsi Azərbaycanda fəaliyyət göstərən bütün iqtisadi subyektlər üçün olduğu kimi, müəssisəmiz üçün də geniş inkişaf perspektivləri açır, milli iqtisadiyyatımızın qeyri-neft sektorunda mövcud olan cəlbedici investisiya mühitini daha da əlverişli edir, yatırılan sərmayələrin faydalılığını yüksəldir və nəticə etibarilə, Azərbaycanda investisiya fəaliyyətinin və özəl sahibkarlığın dövlətimizin qayğısı ilə əhatələndiyini bir daha nümayiş etdirir.

Müəssisəmizin kollektivi adından sahibkarlığın inkişafı üçün ölkəmizdə yaradılan bu gözəl şəraitə görə dövlətimizin başçısına bir daha öz dərin minnətdarlığımızı bildirir və əmin etmək istəyirik ki, həmişə olduğu kimi, dövlətimizin iqtisadi qüdrətinin möhkəmləndirilməsi, doğma Azərbaycanımızın daha da çiçəklənməsi naminə əlimizdən gələni edəcəyik. Biz öhdəmizə düşən bütün vəzifələri layiqincə yerinə yetirməkdə yalnız Azərbaycan dövlətinin dəstəyinə arxalanırıq və Azərbaycan kimi müstəqil və nümunəvi bir ölkənin vətəndaşı olmaqdan və burada fəaliyyət göstərməkdən qürur duyuruq.

Loğman Zülfüqarlı

“Bakı İnşaat Sənaye” ASC-nin təsisçisi

AZƏRTAC

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Filippin parlamentinin komitə sədri Milli Məclisdə olub

Botanik alimlər Azərbaycanda yayılmış “Artemisia” cinsi növlərini tədqiq ediblər

AIPA-nın Baş katibinə Azərbaycanda qadın hüquqlarının tarixi barədə məlumat verilib

Azərbaycanın U-19 yığması İrlandiya, İslandiya və Moldova ilə eyni qrupa düşüb

Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb

Elm və Təhsil Nazirliyi “Times Higher Education” ilə əməkdaşlığa başlayır

Kanada millisində çalışan azərbaycanlı məşqçi: Gimnastlarımı öz Vətənimdə keçirilən yarışa hazırlamaq qürurvericidir

Hərbi bilik yarışının qalibləri mükafatlandırılıblar

Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir

AzMİU-nun əməkdaşları bölgələrdə yuxarı sinif şagirdləri ilə görüşüblər

Dini konfessiyaların nümayəndələri Suqovuşan və Talışdakı Alban məbədlərini ziyarət ediblər

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
 Azərbaycan Respublikasının Qanunu

Tələbə yoldaşlarımla birlikdə öyrənmək və biliklərimi onlarla bölüşmək qürurvericidir – peşə təhsili alan sahibkar

Ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarının genişləndirilməsi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İstanbuldakı lisenziya turnirinə qatılacaq Azərbaycan güləşçiləri dəqiqləşib

Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda forum keçirilib YENİLƏNİB

® İrşad müştərilərinə 5 milyon manatdan çox bonus qazandırdı

Alimlər piylənmənin yeni səbəbini tapıblar - Tədqiqat

Yunus Əmrə İnstitutunda "Turan yolu-Zəngəzurum" adlı əsərin təqdimatı olub

Kənd Təsərrüfatı Nazirliyində Azərbaycan-Avstraliya Dostluq Qrupunun həmsədri ilə görüş keçirilib

Forum iştirakçısı: COP29-un Bakıda keçirilməsi Azərbaycanın yaşıl enerji imkanlarını nümayiş etdirməsi üçün əla fürsətdir

SOCAR: Şirkətin fəaliyyətində və strukturunda müəyyən dəyişikliklər nəzərdə tutulub

Moskvada Azərbaycan və Rusiya Baş nazirləri müavinlərinin görüşü keçirilib

Forum iştirakçıları Ağdamın dağıdılmış abidələrini ziyarət ediblər

“Bilişim Vadisi”nin direktoru: Azərbaycanın texnologiya ölkəsinə çevrilməsində dəstəyi davam etdirəcəyik

Konstitusiya Məhkəməsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş elmi-nəzəri konfrans keçirilib

Baş prokuror Tərtər rayonunda 71 vətəndaşın müraciətini dinləyib

AQTİ-nin mütəxəssisləri Şabran rayonunda təlim, məsləhət və qiymətləndirmə xidmətləri həyata keçirib

® “PAŞA Holding”in dəstəyilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək

Norveçli səyyah: Azad olunmuş əraziləri ziyarət etmək bizim üçün çox maraqlı oldu VİDEO

Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb

İcraçı direktor: Azərbaycan dilində süni intellektin yaradılması üzrə işlər davam etdirilir

Macarıstan hökuməti Budapeştin UEFA Çempionlar Liqasının finalına ev sahibliyi etməsini dəstəkləyir

Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb

“Bakı KOB evi”ndə sahibkarlara göstərilən xidmətlərin 72 mindən çoxu 10 dövlət qurumunun payına düşür

Ağdamda “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiya keçirilib

AXA-nın sədri Beyləqanda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

Azərbaycan-Türkiyə əməkdaşlığının dini sahədə inkişaf perspektivləri müzakirə edilib

Sərhədçilər “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

® Azərbaycan banklarının nümayəndələri Türkiyənin “Ziraat Bankası”nda qonaq olublar

ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub

Suriyada İŞİD-in hücumu nəticəsində 17 hərbçi həlak olub

MDB İnformasiya Şurasının növbəti iclası Moskvada keçiriləcək

Həm delimitasiya, həm də sülh prosesinin vasitəçilərsiz də praktiki nəticələr verdiyi reallıqdır - ŞƏRH

Bakı-Tbilisi-Qars dəmir yolu xəttində modernləşdirmə işləri başa çatıb MÜSAHİBƏ

ADAU-da sahibsiz heyvanlarla bağlı növbəti aksiya

Avropa çempionatı: Azərbaycanın U-17 yığmasının seçmə mərhələdəki rəqibləri bəlli olub

Agentlik aprel üzrə diplomların tanınması statistikasını açıqlayıb

Pakistanda avtobus qəzasında ölənlərin sayı 20 nəfərə çatıb

Norveçli səyyahlar Laçında həyata keçirilən bərpa və yenidənqurma işləri ilə tanış olublar VİDEO

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşların müraciətlərini dinləyib

BP-nin dəstəyilə Sumqayıt Dövlət Universitetində kimya mühəndisliyi üzrə yeni magistr proqramı yaradılıb

AZƏRTAC-ın İdarə Heyətinin sədri: Həmkarlarımızı COP29 barədə informasiyaların yayılması üzrə birgə fəaliyyətə dəvət edirik

Rusiya din xadimi: Azərbaycan gündən-günə dinlərarası dialoq mərkəzi kimi mövqeyini gücləndirir

Azərbaycanın hərbi qulluqçuları “Anatolian Phoenix-2024” beynəlxalq təlimində iştirak edəcəklər

Azərbaycanda bu mövsüm pambıq sahələrinin sığortasında yenilik tətbiq olunub

Azərbaycan gimnastı Bakıdakı Avropa Kubokunda finala yüksəlib

Özbəkistanın Daşkənd Kimya-Texnologiya İnstitutunun rektoru BDU-da

Coğrafiya dərsliyinin məzmunu, quruluşu və tədrisi metodikasının xüsusiyyətləri – vebinar

Bakıda fəaliyyət göstərən çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Milanda içki satışına bəzi qadağalar qoyulub

ANAMA nümayəndəsi: Qarabağ və Şərqi Zəngəzurda 248 min hektar ərazi minalarla yüksək səviyyədə çirkləndirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Gürcüstan nümayəndə heyəti ilə görüş olub

Bakı güləş üzrə Avropa çempionatına ev sahibliyi edəcək

Azərbaycan və Səudiyyə Ərəbistanı enerji tərəfdaşlığını gücləndirən sənədlər imzalayıb

Paytaxtın abad məhəllələrində minifutbol yarışları başa çatıb

Vyetnamda qidadan 487 nəfər zəhərlənib

Biologiya və coğrafiya üzrə respublika fənn olimpiadalarının yekun nəticələri elan edilib

Çin Ayın görünməyən tərəfinə kosmik missiyaya start verib VİDEO

Milli Məclisdə Bosniya və herseqovinalı deputatla görüş təşkil edilib

Azərbaycan avarçəkənləri "Prezident Kuboku"nu 9 medalla başa vurublar

Mediasiya Şurası BDU tələbələri ilə görüş keçirib

Günel Səfərova: Məktəblərdə bullinq haqqında maarifləndirmə işləri aparılır

Türk dövlətlərinin iqtisadi təşəbbüsü ŞƏRH

Ağdamda peşə hazırlığı kurslarına mediatur təşkil edilib

Ötən ay Şirvan-Salyan Regional Təhsil İdarəsinə 545 müraciət daxil olub

MDB İnformasiya Şurası faşizm üzərində Qələbənin 80 illiyinə xüsusi nəşr hazırlayacaq

BDU-da tədbir: Yaşıl enerji çağırışları kontekstində gələcəyə baxış

İndoneziyada torpaq sürüşməsi və sel 7 nəfərin həyatına son qoyub

AzMİU QS reytinqində bir neçə istiqamət üzrə uğurla təmsil olunur

Gürcüstan Fransanın Avropa və Xarici İşlər Nazirliyini qeyri-obyektivlikdə günahlandırıb

Paytaxtın Suraxanı və digər ərazilərindəki obyektlərdə 361 kəsici alət aşkarlanıb VİDEO

Azərbaycan-Argentina parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib

Çin Ayın görünməyən tərəfinə kosmik missiya göndərib

Tələbələr üçün təlim: Düşüncənin gücü

I Beynəlxalq Opera Festivalının iştirakçıları “Landmark”da çıxış ediblər

® “Araz” supermarketlər şəbəkəsi tədarükçülərini Rəqabət Məcəlləsi ilə bağlı məlumatlandırıb

Dövlət Komissiyası: Cari il yanvarın 1-dək 802 qadın narkotik istifadəsi ilə bağlı dispanser nəzarətinə götürülüb

Ombudsmanın müşaviri: Sosial şəbəkələrdə etikaya, əxlaqa zidd paylaşımlar yeniyetmələrin düşüncəsinə mənfi təsir edir

Kuleba və Kemeron Ukraynaya hərbi yardımı müzakirə ediblər

Cənubi Koreya xaricdəki diplomatları üçün terror həyəcanı səviyyəsini yüksəldib

Almaniyanın Bonn şəhərində “COP29 və sonrası - sülh, təhlükəsizlik və iqlim dəyişikliyi” mövzusunda konfrans keçirilib

MDB dövlət informasiya agentliklərinin rəhbərləri Şuşada Qlobal Media Forumunda iştirak etməyə dəvət olunub VİDEO

Əli Hüseynli: Dövlətimiz idman sahəsində gənclərə böyük dəstək verir

İraqın şimalında 32 PKK terrorçusu zərərsizləşdirilib

BƏƏ neft hasilatını artırdığını bəyan edib

Bu il Azərbaycanda narkotiklərlə bağlı aşkarlanmış faktların sayı açıqlanıb

Əlahiddə Ümumqoşun Ordu komandanı İran İslam Respublikasına rəsmi səfər edib

Reymond Bondin: Qarabağ regionunda mədəni nümunələrin dağıdılması bəşəriyyətə qarşı cinayətdir