DÜNYA
“Samsung Pay” xidmətini bütün “Samsung” smartfonları dəstəkləyəcək
Bakı, 17 dekabr, AZƏRTAC
Yaxın zamanlarda “Samsung Pay” xidməti demək olar ki, şirkətin istehsal etdiyi bütün smartfonlarda mövcud olacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə “The Korea Herald” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.
Nüfuzlu informasiya agentliyinin məlumatına əsasən, hazırda xidmətin sınaqları başa çatıb və yaxın zamanlarda geniş auditoriya üçün əlçatan olacaq.
Qeyd edək ki, hazırda ödəniş xidmətindən yalnız müəyyən smartfon modellərinin istifadəçiləri yararlana bilər. Ancaq yaxın zamanlarda vəziyyət dəyişəcək və “Samsung Pay” xidmətini demək olar ki, “Samsung” korporasiyasının bütün cihazları dəstəkləyəcək.
İlkin məlumatlara görə, xidmətin tam olaraq tətbiqinə artıq 2017-ci ilin yanvar ayında başlanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:03]
Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır
- 03.05.2024 [17:42]
Leysan yağışları nəticəsində Braziliyanın cənubunda həlak olanlar var
- 03.05.2024 [17:08]
Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir
- 03.05.2024 [16:31]
Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb
- 03.05.2024 [16:23]
Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb
- 03.05.2024 [16:06]
ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub
- 03.05.2024 [16:04]