REGİONLAR
Samur-Abşeron kanalında 2 nəfər boğulub
Qusar, 13 iyun, Elxan Yusifli, AZƏRTAC
Samur-Abşeron kanalında boğulan 2 nəfərin meyiti sudan çıxarılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iyunun 12-də Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Samur-Abşeron kanalının Qusar rayonu, Samur qəsəbəsi ərazisindən keçən hissəsində 2 nəfərin batması barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Axtarış qrupu Samur qəsəbə sakinləri - 1993-cü il təvəllüdlü Əlirzayev Əlirza Tofiq oğlu və 1988-ci il təvəllüdlü Qasımov Vadim Ənibala oğlunun meyitlərini sudan çıxardaraq aidiyyəti üzrə təhvil veriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [16:35]
Forum iştirakçıları Ağdamın dağıdılmış abidələrini ziyarət ediblər
- 03.05.2024 [16:14]
AXA-nın sədri Beyləqanda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
- 03.05.2024 [15:32]
Azərbaycanda bu mövsüm pambıq sahələrinin sığortasında yenilik tətbiq olunub
- 03.05.2024 [14:58]