CƏMİYYƏT
Сari ilin yanvar-noyabr aylarında narkotiklərlə bağlı 9758 cinayət faktı aşkarlanıb
![Сari ilin yanvar-noyabr aylarında narkotiklərlə bağlı 9758 cinayət faktı aşkarlanıb](/files/2023/3/1200x630/1702541230505545178_1200x630.jpg)
Bakı, 14 dekabr, AZƏRTAC
Сari ilin yanvar-noyabr ayları ərzində hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 9758 cinayət faktı aşkarlanıb.
Bu barədə AZƏRTAC-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun 2023-cü ilin yanvar-noyabr aylarının yekununa dair məlumatında bildirilib.
Onlardan 3158-i narkotik vasitələrin qanunsuz satışı 6276-sı narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 294-ü qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 30-u isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 6 ton 719 kq 031,413 qr narkotik vasitələrin və psixotrop maddələrin1 ton 886 kq 649,814 qr-nı heroin, 3 ton 961 kq 758,574 qr-nı marixuana, 265 kq 153,968 qr-nı tiryək, 53 kq 459,642 qr-nı həşiş,750,831 qr-nı kokain,407 kq 951,329 qr-nı psixotrop maddələr, 143 kq 307,255 qr-nı digər narkotik vasitələr təşkil etmişdir. Həmçinin göstərilən dövr ərzində 50901 ədəd həb metadon,95 ədəd həb psixotrop maddə, 16630 ədəd çətənə bitkisi, eləcə də3 kq 197,368 qr, 7703 ədəd kapsul, 3591 ədəd həb və 25,55 qr güclü təsir edən maddə, 1 kq 613 qr zəhərli maddə və 65,68 qr prekursor qanunsuz dövriyyədən götürülüb.