SİYASƏT
Şarl Mişel: Naxçıvana və əks istiqamətdə dəmir yolunun bərpasına dair Azərbaycanın və Ermənistanın mövqeləri yaxınlaşıb
![Şarl Mişel: Naxçıvana və əks istiqamətdə dəmir yolunun bərpasına dair Azərbaycanın və Ermənistanın mövqeləri yaxınlaşıb](/files/2023/2/1200x630/16840893815152749129_1200x630.jpg)
Bakı, 14 may, AZƏRTAC
Bağlantılar məsələsində tərəflər regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpası istiqamətində müzakirələrdə aydın irəliləyişə nail olublar.
AZƏRTAC xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel mayın 14-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə keçirilmiş görüşün yekunlarına dair mətbuata açıqlamasında deyib.
Ş.Mişel qeyd edib ki, bu mövzuda xüsusilə də Naxçıvana və əks istiqamətdə dəmir yolu əlaqəsinin bərpasına dair mövqelər olduqca yaxınlaşıb. Dəmir yolu əlaqələrinin bərpası ilə bağlı modallıqları və konkret qrafik üzrə zəruri inşaat işlərini özündə ehtiva edəcək ümumi razılaşmanın yekunlaşdırılmasına dair müvafiq heyətlərə təlimatlar verilib. Bu işdə tərəflər Ümumdünya Gömrük Təşkilatından dəstək alınmasına dair razılığa gəliblər.