CƏMİYYƏT
Sədrliyə namizədlərin adları açıqlanmışdır
Bakı, 23 aprel (AZƏRTAC). Xəbər verdiyimiz kimi, mayın 5-də “İrəli” İctimai Birliyinin (İB) ikinci hesabat-seçki konfransı keçiriləcəkdir.
Bununla bağlı yaradılmış təşkilat komitəsi aprelin 16-da qurumun bütün struktur təmsilçilərinin buraxılması barədə qərar qəbul etmişdir.
Konfransın təşkilat komitəsindən AZƏRTAC-a bildirmişlər ki, “İrəli” İB-nin seçkili strukturlarına namizədliyini irəli sürmək istəyən şəxslərin ərizələri qəbul edilmişdir. Daxil olan müraciətlər nəzərdən keçirilmiş və “”İrəli” İB-nin sədrliyinə Rauf Mərdiyev və Nərmin Məmmədova, mərkəzi nəzarət-təftiş komissiyasının üzvlüyünə isə Leyla Yolçiyeva, Orxan Əmrahov, Kövsər Orucova, Xəqani Fərəcov və Dünya Fərzəliyevanın namizədlikləri qeydə alınmışdır.
Namizədlikləri təsdiqlənmiş şəxslər aprelin 23-dən mayın 3-dək təbliğat-təşviqat kampaniyası apara biləcəklər.
Aprelin 23-dən 26-dək www.ireli.az/2012 səhifəsində ikinci hesabat-seçki konfransının say komissiyası və katiblik üzvlüyü üçün müraciətlərin qəbulu elan ediləcəkdir.