Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Şəffaf vergi partnyorluğu intizamlı vergi ödəyiciləri ilə işin aparılmasını nəzərdə tutan bir sistemdir

Şəffaf vergi partnyorluğu intizamlı vergi ödəyiciləri ilə işin aparılmasını nəzərdə tutan bir sistemdir

Bakı, 7 dekabr, AZƏRTAC

Bu ilin dekabr ayından Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti və 1 saylı Vergilər Departamentində Şəffaf vergi partnyorluğu idarələri fəaliyyətə başlayıb. Mövzu ilə bağlı AZƏRTAC-ın suallarını vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri İlkin Vəliyev cavablandırır.

- İlkin müəllim, Şəffaf vergi partnyorluğu idarələrinin yaradılması zərurəti nə ilə bağlıdır?

- Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən yeni iqtisadi inkişaf strategiyasının mühüm istiqamətlərindən biri ölkəmizdə qeyri-neft sektorunun inkişafı, əlverişli biznes mühitinin yaradılması, ölkə iqtisadiyyatının lokomotivi hesab olunan sahibkarlığa geniş dövlət dəstəyinin göstərilməsidir.

Bu siyasətin tərkib hissəsi olan vergi siyasəti də sahibkarlığın inkişafının dəstəklənməsinə, biznesin və vergi ödəyicilərinin fəaliyyətinin stimullaşdırılmasına, bütövlükdə ölkədə vergi mədəniyyətinin formalaşmasına istiqamətlənib.

Dövlət başçısının “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” Sərəncamı vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın və şəffaflığın daha da artırılması, sahibkarlara əlverişli şəraitin yaradılması məqsədilə vergi sistemində islahatların davam etdirilməsini, ölkədə könüllü əməletmə səviyyəsinin yüksəldilməsinə nail olunmasını nəzərdə tutur.

Vergi sisteminin əsas subyektlərindən olan vergiödəyicisi və vergi orqanı arasında qarşılıqlı etimada və əməkdaşlığa söykənən münasibətlərin formalaşması vergilərin məcburi ödənilməsindən könüllü ödənilməsinə keçidin əsas şərtlərindən biri hesab olunur. Könüllü əməletmə səviyyəsinin artırılması isə ilk növbədə vergi ödəyicilərinə geniş spektrli xidmətlərin formalaşdırılması, vergilərin hesablanması və ödənilməsi sisteminin sadələşdirilməsi, vergi ödəyiciləri və vergi orqanları arasında əlaqələrin daha da təkmilləşdirilməsi ilə bilavasitə bağlıdır.

Təsadüfi deyil ki, son illər Vergilər Nazirliyi könüllü əməletmə səviyyəsinin artırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirib. Hazırda vergi orqanları tərəfindən vergi ödəyicilərinə göstərilən elektron xidmətlərin sayı 63-ə çatdırılıb, vergi orqanlarına göndərilən bəyannamələrin 90 faizindən çoxu elektron formada təqdim olunur. Vergi bəyannamələrinin könüllü təqdim edilməsi göstəriciləri hər il daha da yaxşılaşır və müxtəlif vergilərdən asılı olaraq 75-85 faiz arasında dəyişir.

Vergilər Nazirliyinin könüllü əməletmə səviyyəsinin artırılması yönündə həyata keçirdiyi mühüm tədbirlərdən biri də vergi orqanları ilə vergi ödəyiciləri arasında münasibətlərin partnyorluq müstəvisinə keçirilməsidir. Bu sahədə son illər əhəmiyyətli işlər görülüb. Şəffaf vergi partnyorluğu idarələrinin yaradılması tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi və keyfiyyətcə yeni müstəviyə qaldırılması istiqamətində təzə bir yanaşmadır. Bu, ilk növbədə, intizamlı vergi ödəyiciləri ilə işin aparılmasını nəzərdə tutan bir sistemdir. Vergi öhdəliklərini vaxtında yerinə yetirən ödəyicilərə xüsusi münasibətin göstərilməsi beynəlxalq səviyyədə geniş yayılmış təcrübədir. İntizamlı vergi ödəyicilərinə xidmət vergi öhdəliyini yerinə yetirməyən, problemli ödəyicidən, əlbəttə ki, fərqlənməlidir.

- İntizamlı vergi ödəyiciləri ilə tərəfdaşlıq münasibətlərinin yeni səviyyəyə qaldırılması, eləcə də vergi orqanları tərəfindən onlara çevik və şəffaf xidmətlərin göstərilməsi məqsədilə vergi xidmətində “Yaşıl dəhliz” prinsipi ilə çalışan yeni strukturlar yaradılıb. Niyə məhz “Yaşıl dəhliz”? Bu Şəffaf vergi partnyorluğu idarələrinin ödəyicilərinə xüsusi xidmət olunacağına işarədir?

- Beynəlxalq təcrübədə bir qayda olaraq “Yaşıl dəhliz” məhfumundan şəffaflıq və sadələşdirmə simvolu kimi istifadə olunur. Yeni idarələrdə, sözün əsl mənasında, ayrıca “Yaşıl dəhliz” yaradılacaq. Şəffaf vergi partnyorluğu idarələrinin qeydiyyatında olan ödəyicilərə növbədənkənar xidmət ediləcək. Bundan başqa, belə ödəyicilər üçün vergi əməkdaşlarından xüsusi kuratorlar təhkim ediləcək. Onların vergi sahəsində hər hansı çətinliyi yaranarsa, sualı meydana çıxarsa, hansısa ziddiyyətli bir məsələ qalxarsa, onların öz kuratorlarına müraciət etmək imkanı olacaq. Belə ödəyicilərə çevik xidmət göstəriləcək, bütün məsələlərin operativ şəkildə həllinə nail olunacaq. Məsələn, mühüm sənədlər vergi orqanı tərəfindən ödəyiciyə birbaşa təqdim ediləcək, onlara ünvanlı xidmətlər göstəriləcək. Vergiödəyicisinin uçot məlumatlarında hər hansı uyğunsuzluq aşkar edilərsə, təhkim olunmuş kurator dərhal vergiödəyicisi ilə əlaqə saxlayaraq onu məlumatlandıracaq, onunla birlikdə ortaya çıxmış məsələni müzakirə edəcək və onun çətinliklərini aradan qaldırmağa çalışacaq. Yəni belə ödəyicilərin öhdəliklərini davamlı olaraq yerinə yetirilməsinə kömək etmək üçün vergi orqanı həmişə onların yanında olacaq.

- “Yaşıl dəhliz”dən istifadə edə biləcək vergi ödəyiciləri hansı meyarlara əsasən seçilir? Onlar intizamlı vergi ödəyiciləridir, yoxsa böyük həcmdə vergi öhdəlikləri yerinə yetirən ödəyicilərdir?

- Şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri Vergilər Nazirliyi tərəfindən təsdiq olunmuş meyarlar əsasında müəyyən ediləcək. Əlbəttə, vergiödəyicisinin çox və ya az vergi ödəməsi onun intizamlı olmasının göstəricisi deyil.

Şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri, ilk növbədə, vergi öhdəliklərini vaxtında yerinə yetirən, vergilərini tam həcmdə ödəyən, işçi heyətinin sayını və faktiki əmək haqlarını düzgün bəyan edən, mühasibat uçotunu beynəlxalq və ya milli uçot standartlarına uyğun olaraq aparan, riskli vergi ödəyiciləri ilə əməliyyatlar aparmayan, son 3 il ərzində iqtisadi sahədə cinayət təqibinə məruz qalmamış ödəyicilərdir.

- Ölkəmizdə belə meyarlara cavab verən vergi ödəyicilərinin sayı təxminən nə qədərdir? Gələcəkdə regional vergi orqanlarında da belə idarələrin yaradılması nəzərdə tutulurmu?

- Vergi orqanlarında yaradılmış Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin (AVİS) texniki imkanları bizə vergi ödəyicilərinin əməliyyatları üzrə 300-dən yuxarı çarpaz təhlil aparmağa və beləliklə, onun fəaliyyətinə tam şəkildə nəzarət etməyə imkan verir. İntizamlı vergiödəyicisinin müəyyənləşdirilməsi zamanı onlar bu təhlillərin süzgəcindən keçir və biz belə ödəyiciləri mövcud meyarlar üzrə yoxladıqdan sonra müəyyən edirik. İlkin mərhələdə Bakı şəhərində belə tələblərə cavab verən ödəyicilərin sayı 400-ə yaxındır.

Regionlara gəlincə, belə qurumların yaradılması ilə bağlı təkliflərin hazırlanması üzərində iş gedir və yaxın vaxtlarda həmin təkliflər də müzakirə olunacaq.

- Vergiödəyicisinin Şəffaf vergi partnyorluğu idarəsinin xidmətlərindən istifadə etməsinin faydası nədir? Yəni sahibkarın intizamlı vergi ödəyiciləri sırasına qoşulması ona konkret nə verəcək?

- Hər şeydən öncə, yaddan çıxarmayaq ki, vergi öhdəliyini vaxtında və tam həcmdə ödəmək hər kəsin Konstitusiya ilə müəyyən olunmuş vəzifəsidir. Yəni sahibkar öz Konstitusiya borcunun həyata keçirilməsi üçün dövlətdən əvəz ummamalıdır.

Ayrı bir məsələdir ki, öz borcunu anlayan, onu vicdanla həyata keçirən vergiödəyicisinin daha yüksək keyfiyyətli xidmət əldə etməyə, fərdi yanaşmaya əsaslanan yüksək münasibət gözləməyə haqqı var.

Şəffaf vergi partnyorluğu idarəsinin qeydiyyata alınacaq vergi ödəyiciləri məhz yüksək səviyyəli xidmət əldə edəcəklər. Buraya, ilk növbədə, vaxt itkisinə yol verilməməsi, qəfil yoxlama və ya vergi nəzarəti tədbirləri ilə üzləşməməsi, sabit vergi planlaması apara bilməsi, vergilərlə bağlı yaranmış çətinliklərinin onunla razılaşdırılmış qaydada həll edilməsi və s. daxildir.

Vergi orqanı belə ödəyicilərin vergitutma ilə bağlı müraciətlərinin cavablandırılması, təqdim etdikləri bəyannamələrlə bağlı hər hansı uyğunsuzluq və ya sual yaradan məqam olduğu halda həmin vergi ödəyicilərinin və ya onların nümayəndələrinin iştirakı ilə belə halların qısa müddətdə aradan qaldırılması, onlara ünvanlı xidmətlərin göstərilməsi, onların vergi qanunvericiliyində baş vermiş dəyişikliklərlə bağlı dərhal məlumatlandırılması, vergi qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin birgə müzakirə edilməsi və digər istiqamətlərdə vəzifələri həyata keçirəcək.

Mühüm faydalardan biri də şəffaf vergi partnyorluğu strukturları tərəfindən xidmət edilən vergi ödəyicilərinin fəaliyyəti üzrə vergi xidmətinin digər strukturları tərəfindən aparılan vergi nəzarəti tədbirləri həmin idarələrlə razılaşdırılacaq və əlaqələndiriləcək. Yəni bu idarə ilə razılaşdırılmamış hər hansı nəzarət tədbiri aparılmayacaq.

Şəffaf vergi partnyorluğu idarələrində qeydiyyatda olan ödəyicilərə təhkim olunmuş kuratorlar isə bir növ ödəyicinin çətinliklərinin aradan qaldırılmasında yardımçı rolunda çıxış edəcəklər.

Yeri gəlmişkən, intizamlı vergiödəyicisi onunla çalışan kontragentlər üçün də vacib tərəfdaşdır. Çünki şəffaf partnyor olmaq hər bir biznes subyektinin etimad və etibarının göstəricisi olacaq.

Dövlət qarşısında öhdəliklərini yerinə yetirən intizamlı vergi ödəyiciləri üçün yaradılan bu şərait onların vergi öhdəliklərini rahat və tez həyata keçirməsinə, yarana biləcək çətinlikləri və problemləri vergi orqanları ilə birgə dərhal aradan qaldırmasına imkan verəcək və digər vergi ödəyicilərinin də vergi öhdəliklərini vaxtında həyata keçirməyə və intizamlı ödəyicilər sırasına qatılmasını stimullaşdıracaq.

- Vergilər Nazirliyinin vergi ödəyiciləri ilə tərəfdaşlıq münasibətlərinin qurulması siyasətini genişləndirmək planları varmı?

- Ölkə Prezidentinin “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” Sərəncamında təsdiq edilmiş mühüm istiqamətlər sırasında vergi orqanları ilə vergi ödəyiciləri arasında tərəfdaşlıq münasibətlərinin daha da genişləndirilməsi və şəffaflığının artırılması, eləcə də intizamlı vergi ödəyiciləri ilə münasibətlərin daha yüksək səviyyəyə çatdırılması istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Qarşıdakı dövrdə bununla bağlı vergi ödəyiciləri üçün bir sıra yeni layihələr də həyata keçiriləcək. “Könüllü vergi açıqlaması” (Voluntary tax disclosnre), “Vergi öhdəliklərinin hüquqi nəticələr doğurmazdan əvvəl vergi orqanları ilə razılaşdırılması” (Advance tax ruling) və s. kimi müasir institutların vergi qanunvericiliyinə gətirilməsi üzrə işlər aparılır.

Vergi öhdəliklərinin əvvəlcədən müəyyənləşdirilməsi (“Advance tax ruling”) sistemi inkişaf etmiş ölkələrdə istər fərdi vergi ödəyiciləri, istərsə də iri şirkətlər üçün geniş istifadə edilən alətlərdəndir. Bu zaman vergi ödəyicilərinin müraciəti əsasında vergi orqanları qanunvericilikdə nəzərdə tutulmuş qaydada həmin vergiödəyicisinin əməliyyatları üzrə yarana biləcək vergi öhdəliyi barədə məlumat hazırlayaraq ona təqdim edirlər.

Sahibkarların hər hansı səbəbdən vergi öhdəliklərini düzgün müəyyən etməməsi nəticəsində Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə səbəb olur. Yəni həmin şəxsə maliyyə sanksiyaları və faizlər hesablanır və o, maliyyə sanksiyaları və faizləri ödəməklə dövriyyə vəsaitindən səmərəli istifadə edə bilmir, nəticədə ciddi maliyyə itkiləri ilə üzləşir. Belə halların qarşısının alınmasına kömək edən üsullardan biri də vergiödəyiciləri tərəfindən aparılması planlaşdırılan əməliyyatlar üzrə vergi öhdəliklərinin əvvəlcədən müəyyənləşdirilməsi mexanizminin hazırlanmasıdır.

Vergi öhdəliklərinin hüquqi nəticələr doğurmadan vergi orqanları ilə razılaşdırılması qaydasının müəyyən edilməsi ilə bağlı qanunvericiliyə müvafiq dəyişikliklər layihəsi hazırlanıb və təqdim edilib.

Bundan başqa, hər bir vergiödəyicisinə öz səhvlərini könüllü açıqlamaq şansı da veriləcək. Könüllü vergi açıqlaması, vergi yoxlaması üçün qanunla müəyyən edilmiş müddət bitdikdən sonra, yoxlama zamanı aşkar olunmamış səhvlərin könüllü bəyan edilməsini nəzərdə tutur. Bununla da vergiödəyicisinin dəqiqləşmiş bəyannamə vermək hüququ yaranacaq və həmin bəyannamə ilə könüllü açıqlanmış vergi məbləğlərinə görə faizlərin hesablanması və maliyyə sanksiyasının tətbiqi istisna ediləcək.

Bütün bunlar vergi ödəyiciləri ilə vergi orqanları arasında münasibətlərin daha şəffaf qurulmasına, vergi ödəyicilərinin hüquqlarının genişlənməsinə, tərəfdaşlıq münasibətlərinin dərinləşməsinə əhəmiyyətli dərəcədə müsbət təsir edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Brayn Azərbaycana səfər edəcək

® BVLGARI Luvr muzeyində sərgilənəcək “Torloniya Mərmərləri” sərgisinin əsas sponsorudur

Faktiki hava: Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında saniyədə 27 metrə çatır

Hikmət Hacıyev: Ermənistanın siyasi-hərbi rəhbərliyində olan şəxslərə revanşizm xülyalarından tamamilə əl çəkməyi tövsiyə edirik

İnger Anderson Şirvan Milli Parkında ceyran sürüsünü müşahidə edib

Şuşa və Ağdamda “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq” adlı tədbir keçiriləcək

Keçmiş məhkumdan külli miqdarda narkotik vasitə aşkarlanıb

“Neftçi”nin yeni baş məşqçisi bəlli olub

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

Sumqayıt ayparaçılarının yeni sədri seçilib

Azərbaycan Ordusu öz inkişafının ən parlaq dövrünü yaşamaqdadır ŞƏRH

Kür çayına düşən iki nəfərin axtarışları davam etdirilir VİDEO

ADAU-da “Məzun günü” keçirilib VİDEO

Avropa Liqası: "Şerif" - "Zirə" oyununun hakimləri bəlli olub

Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşüb VİDEO

Şuşada Qarabağ müharibəsi qaziləri, hərbçilərimiz və şəhid ailələrinin üzvləri ilə görüş təşkil edilib

Azərbaycan Bellapais Beynəlxalq musiqi festivalında

Bakıda gənc oğlanı qəsdən öldürməkdə şübhəli bilinən iki şəxs tutulub

Azərbaycanın ICESCO üzrə sözçüsü: “By Youth For Youth” tədbirinin ilk dəfə ölkəmizdə keçirilməsi qürurvericidir

Silahlı Qüvvələr Gününə həsr olunmuş fləş-mob VİDEO

Culian Assanc Avstraliyada ailəsi ilə görüşüb - tarixi an

Gürcüstanda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı xüsusi əməliyyat keçirilib

İqtisadiyyat Nazirliyində AİB-lə əməkdaşlığın genişləndirilməsi istiqamətləri müzakirə edilib

Bakıda qara maska taxaraq quldurluq edənlər saxlanılıb

Çempionlar Liqası: “Sabah” basketbol komandasının rəqibləri müəyyənləşib

ETSN sözçüsü: Hava xəbərdarlıqları fəsadlardan qorunmaq üçündür

İstanbulun tarixi “Validə Sultan” gəmisində “Zəngəzur sənətkarlığı” sərgisi açılıb

Yüksək dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır

Silahlı Qüvvələr Günü münasibətilə Ulu Öndərin və şəhidlərimizin məzarları ziyarət olunub VİDEO

Azərbaycanı "Asiya Uşaqları" Oyunlarında 8 boksçu təmsil edəcək

Gürcüstan mətbuatında AZƏRTAC-ın xüsusi müxbirinin Silahlı Qüvvələr Gününə həsr olunmuş məqaləsi dərc edilib

“By Youth For Youth” Beynəlxalq Forumu işini Bakıda davam etdirir

Qərbi Azərbaycan İcması BMT-nin ali komissarını insan hüquqları məsələsinə ikili standartlar prizmasından yanaşmamağa çağırıb

Hərbi orkestrin müşayiəti ilə hərbi qulluqçuların yürüşü təşkil edilib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Silahlı Qüvvələr Günü ilə bağlı tədbir keçirilib

Prezident İlham Əliyev İtaliyanın müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib  YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevə İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan hərbi nəqliyyat təyyarəsi təqdim edilib  YENİLƏNİB VİDEO

BMT-nin Ətraf Mühit Proqramının nümayəndələri Kür çayına balıq buraxıblar

Nazirlik: Siyəzəndə təsərrüfatların 80 faizinin genişzolaqlı internetə çıxışı təmin edilib

Azərbaycanda son 25 gün ərzində 165 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Qəbələnin Nohurqışlaq kəndi ərazisində güclü küləyin aşırdığı ağaclar magistral yoldan götürülüb VİDEO

Ukrayna ordusunda yeni qoşun qüvvələri yaradılıb

Kuala-Lumpurda Şuşanın tarixi haqqında film təqdim edilib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan Silahlı Qüvvələri ilə tək yumruq, tək ürək olmağa davam edəcəyik

NATO ilə Azərbaycan arasında güclü siyasi dialoq və əməkdaşlıq əlaqələri qurulub

Azərbaycan hər zaman ordu quruculuğunu inkişaf etdirəcək – ŞƏRH

ATƏT-in iclasında Qərbi azərbaycanlıların qayıdış hüququndan danışılıb VİDEO

Azərbaycan klubu rusiyalı qapıçını transfer edib

ETSN: Çaylarda suyun səviyyəsi izlənilir

Avro-2024: Türkiyə millisi bu gün Çexiya ilə qarşılaşacaq

Qarabağda ucalan azadlıq bayrağı müzəffər Ordumuzun şərəf əsəri kimi dəyərləndirilir ŞƏRH

Azərbaycanda küləkli hava şəraiti iyunun 27-si səhərədək davam edəcək

Nazirlik: Əmək, məşğulluq və sosial müdafiə sahələrində e-xidmətlərin dairəsi genişləndirilir

DİN: Ötən gün 57 cinayətin üstü açılıb

Leysan nəticəsində Qax və Qəbələ rayonları ərazisindən axan çaylardan sel keçib

Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər başlayıb VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib

Azərbaycan idmançıları VIII "Asiya Uşaqları" Oyunlarında ilk medalı qazanıb

Güclü küləklə müşayiət olunan leysan yağışları Qəbələdə fəsadlar törədib VİDEO

Azərbaycan Ordusu 106 yaşında: Silahlı Qüvvələrimiz istənilən döyüş tapşırığını icra etməyə qadirdir

Ağcabədidə oğurluğa görə əvvəllər məhkum olunmuş şəxs yenidən saxlanılıb

Ruslan Stefançuk: Ukraynanın NATO Sammitindən real gözləntiləri var

Silahlı Qüvvələr Günü təkcə hərbçilərin deyil, bütün xalqımızın bayramıdır - ŞƏRH

Paris Olimpiya Oyunları proqnozlaşdırılan güclü istilər səbəbindən təhlükə altındadır

Culian Assanc azadlığa buraxılıb VİDEO

Araşdırma: Qəzəbli insanlar çətinliklərin öhdəsindən daha yaxşı gəlirlər

ABŞ-ın keçmiş vitse-prezidenti: Culian Assanc mühakimə olunmalı idi

Aralıq dənizində 7 min illik yol tapıldı

Ərdoğan: Türkiyəyə zərər vurmaq məqsədi daşıyan istənilən cəhdlərin qarşısı qətiyyətlə alınacaq

Keniya Prezidenti: Etirazçılarla dialoq konstitusiya mexanizmlərinə əsaslanmalıdır

Diş çıxaran dərmanın nə vaxt buraxılacağı açıqlanıb

Rusiya əsirliyindən azad edilənlər arasında “Azovstal”ın 52 müdafiəçisi var

ABŞ və Rusiya müdafiə nazirləri arasında telefon danışığı olub

Culian Assancın təyyarəsi Sakit okeanda yerləşən Saypan adasına eniş edib

Şərur rayonunda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib

Avro-2024: Daha iki yığma 1/8 finala vəsiqə qazanıb

Prezident İlham Əliyev Milli Qəhrəman Natiq Qasımovla bağlı paylaşım edib

Yaponiya İmperatoru və xanımı üçün Bukinqem sarayında rəsmi ziyafət verilib

Naxçıvanın dağ kəndlərinin avtomobil yollarında yaranan məhdudiyyət aradan qaldırılır

Rusiya və Ukrayna BƏƏ-nin vasitəçiliyi ilə əsirləri dəyişdiriblər

Keniyada etirazlar nəticəsində 10 nəfər ölüb

Naxçıvan Dövlət Universitetində məzun günü keçirilib

Müdafiə naziri: Azərbaycan müstəqilliyini bərpa edəndən ikili standartlarla qarşılaşırıq

Avro-2024: Daha 3 ölkənin yığması 1/8 finala vəsiqə qazanıb

Müdafiə naziri Zakir Həsənov Silahlı Qüvvələr Günü ərəfəsində AZƏRTAC-a və AzTV-yə müsahibə verib

Azərbaycanın müdafiə naziri: Qarşıya vəzifə qoymuşuq ki, özümüzü digər mərmilərlə, raketlərlə təmin edək

“Zərərli vərdişlərin gənc nəslin tərbiyəsinə, mənəviyyatına mənfi təsirləri” mövzusunda tədbir keçirilib

Azərbaycan güləşçiləri Avropa çempionatına 4 medalla başlayıblar

Zakir Həsənov: Antiterror əməliyyatına dünyada unikal əməliyyat kimi baxırlar

İcma sədri: Ermənistan tərəfinin dialoqdan yayınması ədalətli irəliləyişə mane olur

SOCAR ilə VNG şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Prezident İlham Əliyev Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib

Bakıda Moskva Quberniya Teatrının artistlərinin ustad dərsi: Mədəniyyətlərarası qarşılıqlı əlaqə hər zaman sərvətdir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

N.S.Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Əziz Ələkbərli: Qərbi Azərbaycan İcması səsini beynəlxalq müstəviyə çıxara bilib

Avropa çempionatı: Azərbaycanın dörd güləşçisi finala yüksəlib