Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Beynəlxalq ekspert: COP29 cari ildə iqlim maliyyəsinin ədalətli bölüşdürülməsi üçün böyük ümid olacaq – MÜSAHİBƏ

Beynəlxalq ekspert: COP29 cari ildə iqlim maliyyəsinin ədalətli bölüşdürülməsi üçün böyük ümid olacaq –  MÜSAHİBƏ

Bakı, 8 iyun, AZƏRTAC

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq aləmdəki nüfuzundan xəbər verir. Bu hadisə bizim yaşıl iqtisadiyyata keçidimizdə əsas mərhələdir. Tərəflər Konfransının əsas aspektlərindən biri ondan ibarətdir ki, iştirakçı dövlətlər beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərə riayət etmək üçün öz qanunvericiliklərini yeniləyirlər. Azərbaycan iqlim dəyişikliyi, dayanıqlı inkişaf və ekologiya məsələlərinə ardıcıl olaraq xüsusi diqqət yetirir, hər il iqlim tədbirlərində iştirak edərək daha da əhəmiyyətli nəticələr əldə edir.

Mövzu ilə bağlı Ər-Riyadda yerləşən Şahzadə Sultan Universitetinin (Səudiyyə Ərəbistanı) Dayanıqlılıq və İqlim üzrə Mərkəzinin rəhbəri, Oksford Universitetinin Sent-Entoni Kollecinin müəllimi, professor Məhəmməd Nurunnabi AZƏRTAC-ın suallarına cavab verir. Beynəlxalq ekspertlə müsahibəni təqdim edirik.

- Səudiyyə Yaşıl Təşəbbüsü (SGI) 2021-ci ildə fəaliyyətə başlayıb. Bu təşəbbüs iqlim dəyişikliyi ilə mübarizəyə necə kömək edir?

- İqlim dəyişikliyi ilə mübarizə və həyat keyfiyyətinin yaxşılaşdırılması məqsədi daşıyan, 2021-ci ildə başlanmış Səudiyyə Yaşıl Təşəbbüsü (SGI) Səudiyyə Ərəbistanı Krallığının iddialı milli təşəbbüsüdür. Bu təşəbbüs vəliəhd şahzadə və baş nazir Əlahəzrət Məhəmməd bin Salmanın himayəsi altındadır. SGI üç əsas məqsədə nail olmaq üçün cəmiyyətin bütün resurslarını aktivləşdirir. Bu məqsədlərə emissiyaların azaldılması, yeni meşələrin yaradılması, quru sahələrin və dənizin qorunması daxildir. Hazırda proqramda hər biri yaşıl iqtisadiyyata böyük sərmayə qoyan 77 təşəbbüs həyata keçirilir. 2021-ci ildə SGI-nin açılışından bəri krallığın qlobal öhdəlikləri nəzərəçarpacaq tədbirlərə çevrilib və Səudiyyə Ərəbistanının iqlim dəyişikliyi ilə mübarizə ambisiyaları daha effektiv şəkildə həyata keçirilir. Proqramın 2021-ci ildəki 60-dan çox təşəbbüsü yaşıl iqtisadiyyatın inkişafına kömək edərək 186 milyard dollardan çox investisiya cəlb edib. 2022-ci ildə 17 yeni ekoloji təşəbbüs irəli sürülüb. İcma miqyasında fəaliyyət və investisiya vasitəsilə SGI daha yaşıl gələcəyə doğru yol alıb. Növbəti illərdə Səudiyyə Ərəbistanının yaşıl gələcək yaratmaq ambisiyalarını genişləndirən daha çox təşəbbüslər həyata keçiriləcək. Bakı SGI-nin təcrübəsi ilə tanış ola bilər və ölkələrimiz onların üzərində birgə işləyə bilər.

- Azərbaycan və Səudiyyə Ərəbistanı iqlim dəyişikliyi ilə mübarizə ilə bağlı problemlərin həllində bir-birinə necə kömək edə bilər?

- Səudiyyə Ərəbistanı və Azərbaycan keçən il Dubayda COP28-də verilən böyük enerji vədlərindən sonra qlobal istiləşmənin 1,5 dərəcəyə qədər məhdudlaşdırılması yolları üzrə beynəlxalq konsensus istiqamətində əməkdaşlığı gücləndirməyə davam edə bilərlər. COP29-da tərəflərin iqlimin maliyyələşdirilməsi üçün Yeni Kollektiv Kəmiyyət Məqsədi (NCQG) haqqında razılığa gəlmələri, həmçinin 6-cı maddə və Ədalətli Keçid Gündəliyi çərçivəsində işlərini davam etdirmələri gözlənilir. Bildiyiniz kimi, ötən ay Səudiyyə Ərəbistanı və Azərbaycan davamlı və dayanıqlı qlobal enerji keçidi istiqamətində işləyərkən, xüsusilə enerji sektorunda ikitərəfli münasibətlərini gücləndirməyə sadiq olduqlarını bir daha təsdiq ediblər. Azərbaycanın energetika naziri Pərviz Şahbazov qlobal neft bazarında sabitliyin qorunması üçün OPEC+ və digər birgə təşəbbüslər çərçivəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb. Həm Səudiyyə Ərəbistanı, həm də Azərbaycan iqlimlə bağlı balanslaşdırılmış, əhatəli və bərabərhüquqlu fəaliyyətin zəruriliyi barədə razılığa gəliblər. Hər iki ölkə bərpaolunan enerji sahəsində tərəqqiyə sadiqdir. Səudiyyə Ərəbistanı Azərbaycanda külək enerjisi layihələrinə investisiya qoymağı planlaşdırır. Beləliklə, mən qəti şəkildə inanıram ki, Azərbaycanın yaşıl enerji sahəsində tərəfdaş ölkələrlə fəal qarşılıqlı fəaliyyətə diqqət yetirməsi özünü təkcə neft və qaz tədarükçüsü kimi deyil, həm də yaşıl enerji təchizatçısı kimi göstərmək istəyini nümayiş etdirir.

- Azərbaycan yaşıl enerjinin inkişafı üçün öz resurslarından və texnologiyalarından necə istifadə edə bilər?

- COP29 qlobal istiləşməni məhdudlaşdırmaq, iqlim dəyişikliyinə uyğunlaşmanı gücləndirmək və bu təşəbbüslər üçün lazımi maliyyəni səfərbər etmək səylərinə diqqət yetirərək Paris Sazişinin məqsədlərinə nail olmaq üçün mühüm əhəmiyyət kəsb edəcək. Zəngin qalıq yanacaq ehtiyatlarına və qlobal enerji ixracatçısı statusuna baxmayaraq, Azərbaycan strateji baxımdan bərpaolunan enerji mənbələrinin inkişafına və inteqrasiyasına üstünlük verir. 2020-ci ildə Azərbaycan Bərpaolunan Enerji Agentliyinin yaradılması ölkənin davamlı bərpa olunan enerji sektorunun inkişafına sadiqliyini vurğulayır. Bu təşəbbüslər iqlim dəyişikliyi ilə mübarizə və yaşıl enerjinin inteqrasiyasına xüsusi önəm verən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədindəki “Təmiz ətraf mühit və ölkənin yaşıl inkişafı” prioritetinə uyğundur. Bu səylərin bir hissəsi kimi ölkə BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyi çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək üçün bərpaolunan enerji potensialı ilə zəngin sahələri müəyyənləşdirir və prioritetləşdirir. Hazırda Azərbaycanda bərpaolunan enerji mənbələrinin gücü 1687,8 MVt təşkil edir ki, bu da ümumi elektrik enerjisi istehsal gücünün 20,3 faizini təşkil edir.

- İndiyədək keçirilən COP-lardan hansı məhz iqlim dəyişikliyi məsələlərində mühüm rol oynayıb?

- Mən Dubayda keçirilən BMT-nin İqlim Sammiti COP28-də böyük uğur görürəm. Sammitin lap əvvəlində “İtki və Zərər Fondu”na dair ən mühüm mətn razılaşdırıldı və tədbirdə qalıq yanacaqlarla bağlı müzakirələr üstünlük təşkil etdi. Xüsusilə, mətnin qalıq yanacaqların gələcəyini necə təsvir edəcəyi diqqət mərkəzində idi. Bu ilk qlobal icmal 2015-ci ildə qlobal istiləşməni 1,5 dərəcə ilə məhdudlaşdırmaq üçün əldə edilmiş həqiqətən tarixi razılaşma olan Paris Sazişinə cavabdır. Bu icmal ölkələrin bu məqsədə necə nail olacağını müəyyən edir. Dubayda razılaşdırılmış mətn 1,5°C trayektoriyasına uyğun olaraq istixana qazları emissiyalarının dərin, sürətli və davamlı azaldılması ehtiyacını qəbul edir və tərəfləri növbəti qlobal səylərə töhfə verməyə çağırır. Bunu edərkən tərəflər Paris Sazişini və onların müxtəlif milli şərtlərini, yollarını və yanaşmalarını nəzərə alaraq milli səviyyədə fəaliyyət göstərməlidirlər. COP28 qalıq yanacaqlarla bağlı ölkələri “elmi sübutlara uyğun olaraq, 2050-ci ilə qədər xalis sıfıra nail olmaq üçün hərəkətləri sürətləndirərək enerji sistemlərində mədən yanacaqlarından nizamlı və ədalətli şəkildə uzaqlaşmağa” çağırır.

- Yaşıl keçid Azərbaycanın iqtisadi inkişafına və ölkədə yeni iş yerlərinin açılmasına necə təsir edəcək?

- 2024-cü ildə Dünya İqtisadi Forumunun fikrincə, generativ süni intellektin tətbiqi ilə yanaşı, yaşıl istehsala keçid əmək bazarında növbəti böyük inqilab olacaq. Bir çox insanlar bu yaşıl gələcəkdəki rolu ilə bağlı nikbindir, çoxları yox. İşəgötürənlər mühüm dəyişikliklər zamanı insanları bir araya gətirməyə davam etməli, işçilərə gələcəyin necə görünəcəyini göstərməli, onlara bacarıqlarının artırılmasına kömək etməli və “yaşıl iş yerləri”nin bütün nəsillər və həyatın bütün təbəqələri üçün cəlbedici olmasını təmin etməlidirlər. “ManpowerGroup Global Insights 2024” yaşıl iqtisadiyyata keçidin işəgötürənlər və işçilər üçün işin gələcəyinə təsirini araşdırır. İşçi qüvvəsinin böyük hissəsinin bütün dünyada yaşıl iqtisadiyyatda iştirak etməsi üçün geniş imkanları var ki, bu da artmağa davam edəcək. Yaşıl keçidin 2030-cu ilə qədər 30 milyona qədər yeni iş yerinin yaradılmasına səbəb olacağı gözlənilir. Bununla belə, yaşıl keçid istedad çatışmazlığının artdığı bir vaxta təsadüf edir. Azərbaycanın bərpaolunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisini ixrac edən ölkəyə çevrilmək üçün həm potensialı, həm də istəyi var. Azərbaycanın Milli Töhfəsi 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40 faiz azaltmağı hədəfləyir. Azərbaycan son illərdə yeni bərpaolunan enerji layihələrinin hazırlanmasında davamlı irəliləyiş əldə edib ki, bu da öz enerji kompleksinin şaxələndirilməsinə və qlobal ekoloji məqsədlərə uyğun olaraq davamlılığın artırılmasına güclü öhdəliyini əks etdirir.

- COP29-un keçirilməsi qlobal Şimal və qlobal Cənubun birləşməsinə necə təsir edəcək? Azərbaycan bu məsələdə hansı rol oynayacaq?

- Bu il dünyanın bir çox yerlərində sosial-iqtisadi və geosiyasi problemlərə görə çətin ildir. Qlobal Şimalla qlobal Cənubun birləşdirilməsi baxımından Azərbaycan “İtki və Zərər Fondu”nda mühüm rol oynaya bilərdi. Bu fond sənaye ölkələrinə fəlakətlərin bərpası yardımını inkişaf etməkdə olan ölkələrə köçürməyə imkan verən zərərin ödənilməsi mexanizmini təmin edir. Fond cəmi 429 milyon dollar toplayıb ki, bu da inkişaf etməkdə olan ölkələrə dəymiş zərərdən xeyli azdır. Bu ziyan ildə 400 milyard dollar həcmində qiymətləndirilir. Beləliklə, düşünürəm ki, COP29-dan daha çox öhdəlik və daha çox fəaliyyət tələb olunur. Bakıda keçiriləcək COP29 cari ildə iqlim maliyyəsinin ədalətli bölüşdürülməsi üçün böyük ümid olacaq.

- Azərbaycan Səudiyyə Ərəbistanının yaşıl enerji sahəsində təcrübəsindən necə faydalana bilər?

- Azərbaycan ilk öncə Səudiyyənin Yaşıl Təşəbbüsündən yararlana bilər. Bundan əlavə, biz iqlim dəyişikliyi ilə bağlı bir-birimizə kömək etmək üçün birlikdə bəzi təşəbbüslər üzərində əməkdaşlıq edə bilərik. Biz Səudiyyə Ərəbistanında davamlılıq və iqlim üzrə ilk beyin mərkəzi olan Şahzadə Sultan Universitetinin Dayanıqlılıq və İqlim üzrə Mərkəzi institusional resursların effektiv idarə edilməsi vasitəsilə Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə (SDGs) sadiqik. Davamlılıq və İqlim Mərkəzi öhdəliyi fəaliyyətə çevirir və karbonsuz, daha davamlı dünya qurur. Beləliklə, Azərbaycan davamlı inkişaf, ətraf mühit və iqlim sahələrində tədqiqatlar aparmaq üçün təhsil müəssisələri ilə əməkdaşlıq etmək və siyasətlə bağlı tövsiyələr hazırlamaq imkanı əldə edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AZƏRTAC-ın növbəti təcrübə proqramının iştirakçılarına sertifikatlar verilib

Azərbaycan ilə Qırğızıstan arasında birgə layihələrin həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb

Avstriyada polis zorakılığının araşdırılması üçün müstəqil qurum yaradılması tələb olunur

Naxçıvanda müəllimlərin növbəti sertifikatlaşdırılma prosesi yekunlaşıb

“Sağlam həyat tərzi, sağlam düşüncə, uğurlu gələcək” mövzusunda tədbir keçirilib

Eşqi Bağırov: Növbəti tədris ilində Şuşa, Xankəndi və Xocalıda tədrisin bərpası planlaşdırılır

“Sənətkarın dostu” layihəsi davam edir

DİM: Ötən il 1494 abituriyent 600-dən yuxarı bal toplayıb

“Turan Tovuz” yeni futbolçu ilə anlaşıb

Dövlət qulluğuna yeni qəbul edilən əməkdaşlar and içiblər

Rəsədxana: Geomaqnit sahəsinin sakit olacağı proqnozlaşdırılır

“İTi Zəka-2” hakatonu üzrə seçimlər başa çatıb

NASA Yerin asteroidlə toqquşmasının qarşısını ala bilməyəcəyini etiraf edib

“Azərfon” abunəçilərinə “Narkotiklər haqqında həqiqəti öyrənək və birlikdə mübarizə aparaq!” SMS-bildirişi göndərilib

Azərbaycanı Rusiyadakı turnirdə iki bədii gimnast təmsil edəcək

Berlində Azərbaycan dili məktəbinin açılışı olub

Müəllimlərin sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi avqust ayında təşkil olunacaq

Rektor: ECOLEAD platforması ətraf mühit problemlərinin həllinə töhfə verəcək

“Baku Open - 2024” turnirində iştirak edəcək şahmatçı sayı açıqlanıb

Braziliya-Azərbaycan parlamentlərarası əlaqələrinin inkişaf potensialı müzakirə olunub

Şahzadə Anna xəstəxanaya yerləşdirilib

FHN yanında İctimai şuranın üzvləri çimərlik mövsümü ilə əlaqədar monitorinqlər keçirib

Azərbaycan Ümumdünya Fermerlər Təşkilatının illik yığıncağında təmsil olunub

Lənkəranda itkin düşən 35 yaşlı kişinin meyiti tapılıb

Azərbaycanın 15 rayonunda Sosial Reabilitasiya Mərkəzləri fəaliyyət göstərir

Rus bölməsi üzrə birinci sinfə qəbulu müsabiqə yolu ilə aparılan məktəblərə qeydiyyat tamamlanıb

Astanada keçiriləcək V Dünya Köçəri Oyunlarında 89 ölkə iştirakını təsdiqləyib

“Media ayı” çərçivəsində təlimlər davam edir

Ərazi bütövlüyümüzün bərpası Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir - ŞƏRH

Prezident İlham Əliyev “Euronews”a müsahibəsində Avropanın enerji ehtiyaclarının həlli yollarını göstərdi - Politoloq

Avro-2024: Çexiya–Türkiyə oyununun hakimləri açıqlanıb

“Səbail” təlim-məşq toplanışı üçün Türkiyəyə yollanacaq

Hərbi Prokurorluqda Vətən Müharibəsi qəhrəmanları ilə görüş keçirilib

Rezidenturaya ikinci cəhd qəbul imtahanının nəticələri açıqlanıb: 436 nəfər müsabiqə şərtini ödəyib

Zəngilan Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumuna ev sahibliyi edir - YENİLƏNİB FOTO

Nüfuzlu “Əl Əhram” nəşrində Azərbaycan səfiri ilə müsahibə dərc edilib

Milli Məclisdə bələdiyyələrin statusu və onların fəaliyyətinə inzibati nəzarət haqqında qanunlarda dəyişikliklər müzakirə olunub

Rektor: Məzunlarımız ibadət ocaqlarında imam kimi fəaliyyət göstərirlər

DİM: Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 2274 namizədlə 4254 müsahibənin keçirilməsi planlaşdırılır

Mərkəzi Bank Dünya Bankı ilə Ölkə Tərəfdaşlıq Çərçivəsini müzakirə edib

Baş nazirin müavini: Qazaxıstan Orta Dəhlizin inkişafına töhfə verir

® “Birbank Biznes”də Sahibkarlığın İnkişafı Fondunun kreditindən yararlanma imkanı

FHN dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyini diqqətdə saxlayır

Berlində Azərbaycan Mədəniyyət Mərkəzində “Əlifba: A Cultural Alphabet” kitabının təqdimatı keçirilib

Aygün Əliyeva: Azad edilmiş ərazilərdə ilk dəfə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçirilir

“Azərbaycanın milli parklarının tanıtımı” tədbirində mindən artıq ziyarətçi iştirak edib

Professor İradə Hüseynovanın “Tarix. Zaman. Düşüncələr” çoxcildliyinin V cildi çapdan çıxıb

Yeni Daşkənd şəhərinin Baş planının detalları açıqlanıb

Musiqili Teatr iyul repertuarını açıqlayıb

Lənkəranda mənzildə 68 yaşlı qadın meyiti tapılıb

Viktor Orban Avropa Komissiyasının Prezidentini dəyişdirməyə çağırıb

İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub

“Təhsilalanların sosial media savadlılığının artırılması” layihəsi həyata keçirilib

Avro-2024: Kilian Mbappe Polşa ilə matçda oynaya bilər

Qida Təhlükəsizliyi Agentliyinin sədri Göyçayda vətəndaşları qəbul edib

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Bu günədək 400 min hektardan artıq sahədə taxıl biçini aparılıb – operativ məlumat

Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğu barədə Prezidentin sorğusuna baxacaq

Azərbaycanı sevən Renato Formenti növbəti dəfə Ədəbiyyat Muzeyinin qonağı olub

“The Jerusalem Post”: Bakı Kommünikesi COP29 çərçivəsində kiçik ada dövlətləri ilə dialoqa çağırır

Zəngilanda “Azərbaycan QHT-ləri: nəticələr və hədəflər” adlı panel müzakirələrə başlanılıb

Əfqanıstanın şərqində torpaq sürüşməsi yeddi nəfərin həyatına son qoyub

“Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsinin qarşısının alınması məqsədilə Vergi Sazişi üzrə tədbirlərin həyata keçirilməsinə dair Çoxtərəfli Konvensiya”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Dövlət qulluqçuları təltif edilib - SƏRƏNCAM

Qara və əlvan metal qırıntı və tullantıları ixracının tənzimlənməsi sahəsində əlavə tədbirlər və “Qara və əlvan metal qırıntı və tullantıları ixracının müvəqqəti dayandırılması barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 17 aprel tarixli 457 nömrəli Fərmanının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Dövlət qulluqçularının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Dünya Bankı Misirə 700 milyon dollar maliyyə yardımı ayıracaq

Aİ-də bəzi Rusiya media resurslarına qarşı qadağalar sabah qüvvəyə minəcək

Bild: Almaniyanın hakim koalisiyası dağıla bilər

Tədqiqat: Qəhvə içmək hərəkətsizliklə bağlı ölüm riskini azalda bilər

Ötən il Londonda silahlı cinayətlərin sayı artıb

ABC nəşri: Fransızlar Makronu Romanı yandıran Neronla müqayisə edirlər

Əməliyyat zamanı həlak olan polis kapitanı torpağa tapşırılıb VİDEO

Yeni nəşr: “Böyük türkmanlar və türk dastan yaradıcılığı tarixinin Oğuznamə dövrü”

“Sabah” Xorvatiya millisinin sabiq futbolçusu ilə anlaşıb

Azərbaycanlı rəssam Başkortostanda etnik-bədii simpoziumda iştirak edəcək

Xankəndidə ECOLEAD layihəsinə dair anlaşma memorandumu imzalanıb

ANAMA: Ötən həftə ərzində 946 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib VİDEO

Azərbaycanın qlobal enerji təhlükəsizliyindəki rolunu təsdiq edən dövlətlərin sayı artmaqdadır - ŞƏRH

Tural Əliyev: Layihəsi ilə praktikada əməli uyğun gəlməyən QHT-lərə heç bir güzəşt olunmayacaq

Nazirlik: 835 nəfər xaricdə təhsil üçün Dövlət Proqramına müraciət edib

Baş prokuror: Qondarma “qurum”un separatçı rəhbərləri barəsində cinayət işləri məhkəməyə göndəriləcək

ABŞ-ın Ayova ştatından quşçuluq məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyulub

“Sabah” klubu üç basketbolçu ilə müqaviləni yeniləyib

Qabiliyyət imtahanlarında iştirak edəcək konsertmeysterlərin nəzərinə

Çində təkrar istifadə oluna bilən raketin sınağı keçirilib VİDEO

Ali Məhkəmə yanında Elmi-məsləhət şurasının iclasında əsassız varlanma mövzusu ətrafında müzakirələr aparılıb

Ərəb mediası Qərbi Azərbaycan həqiqətlərindən yazıb

Sabah paytaxtın iki prospektində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

“Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında şəhadətnamə”nin yeni formada verilməsinə başlanılıb

Sabah bəzi Bakı ətrafı ərazilərdə yağış yağacağı ehtimalı var

Prorektor Mahirə Hüseynova: Məqsədimiz Qərbi Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqdır

İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzində ilk “Məzun günü”

Üçüncü “Baku Piano Festival” çərçivəsində istedadlı uşaqların konsertləri olub

Azərbaycan idmançıları reytinq turnirində iştirak edəcəklər

“Divanü lüğat-it-türk”ün 950 illiyi münasibətilə beynəlxalq elmi konfrans keçiriləcək

Media nümayəndələri musiqi və incəsənət məktəblərinə şagirdlərin qəbul imtahanını izləyiblər

Avro-2024: Oyun vaxtı huşunu itirən futbolçunun son durumu açıqlanıb

“Nərd oyunu” kitabı yenidən nəşr edilib

Xidməti vəzifələrini yerinə yetirərkən həlak olan polis əməkdaşları ilə vida mərasimi keçirilib