İQTİSADİYYAT
Şəkər çuğunduru ilə məşğul olan fermerlərə 7 milyon manat güzəştli kreditlərin verilməsi təmin ediləcək VİDEO
Bakı, 6 mart, Sevda Cəfərova, AZƏRTAC
Şəkər çuğunduru ilə məşğul olan fermerlərə 3 faizlə 7 milyon manat güzəştli kreditlərin verilməsini təmin edəcəyik.
AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev jurnalistlərə müsahibəsində bildirib.
O qeyd edib ki, bu, emal sənayesi ilə kiçik sahibkarlar arasında əməkdaşlığın və bu istiqamətdə dövlətin dəstəyinin ən gözəl bir nümunəsi olacaq.
“Bu istiqamətdə Azərbaycan Sənaye Bankı, eyni zamanda Azərbaycan Şəkər İstehsalı Birliyi və İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu ilə martın 15-də saziş imzalanacaq. Həmin müqavilə əsasında 1400-dən çox kiçik fermer təsərrüfatı dövlətin 3 faizli güzəştli kreditlərindən istifadə edəcəkdir”, - deyə Ş.Abdullayev bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2020 [17:52]
“Made in Uzbekistan Online” biznes forumunun açılışı olub
- 08.07.2019 [17:47]
Azərbaycan sahibkar və menecerləri Almaniyada ixtisasartırma kursunda olub
- 01.07.2019 [18:41]
Bakıda Azərbaycan-Hindistan biznes forumu keçirilib
- 25.06.2019 [11:46]
Bakıda Azərbaycan-Monteneqro biznes forumu keçirilib YENİLƏNİB
- 20.06.2019 [15:07]