ELM VƏ TƏHSİL
Şəki Regional Elmi Mərkəzinin ümumi yığıncağında mühüm məsələlər müzakirə olunub
Bakı, 30 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şəki Regional Elmi Mərkəzinin (ŞREM) ümumi yığıncağı keçirilib.
ŞREM-dən AZƏRTAC-a bildiriblər ki, yığıncaqda səsvermə yolu ilə mərkəzin 17 əməkdaşı elmi şuranın üzvü seçilib.
İclasda mərkəzin laboratoriyalarının adlarının dəyişdirilərək şöbə adlandırılması qərara alınıb. Həmçinin AMEA tərəfindən 2014-2020-ci illər üzrə təsdiqlənən elmi-tədqiqat işlərinin istiqamətlərinə əsasən tərtib olunmuş iş planları müzakirə edilib.
Tədbirdə geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Hüseyn Mustafabəylinin “Yer qabığında baş verən ehtizasi hərəkətlər və geokimyəvi mühit tipləri arasındakı qarşılıqlı əlaqələrə dair” mövzusunda məruzəsi dinlənilərək müzakirələr olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]