İQTİSADİYYAT
Selçuk Bayraktar: Bir millətin sərhədlərini aşan qardaşlığı tək festivalımız “TEKNOFEST” ilə yeni uğur hekayələrinə çevrilsin
İstanbul, 8 fevral, AZƏRTAC
Bir millətin sərhədlərini aşan qardaşlığı, iki dövlətin ortaq taleyi, tək festivalımız "TEKNOFEST" ilə yeni uğur hekayələrinə çevrilsin.
AZƏRTAC xəbər verir ki, bu fikirləri “TEKNOFEST” Müşahidə Şurasının sədri və Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) rəhbəri Selçuk Bayraktar “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı ilə bağlı özünün tviter hesabında etdiyi paylaşımda ifadə edib.
Bu gün "TEKNOFEST Azərbaycan"ın təqdimatı üçün Bakıda olduqlarını xatırladan Selçuk Bayraktar paylaşımını da Azərbaycan dilində edib.
Xatırladaq ki, türk brendi olan “TEKNOFEST”in “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı bu il mayın 26-29-da ilk dəfə olaraq Azərbaycanda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul