MƏDƏNİYYƏT
“Şelkunçik” tamaşası maraqla qarşılanıb
Bakı, 28 yanvar, AZƏRTAC
R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Şelkunçik və siçanlar kralı” nağılı əsasında hazırlanan “Şelkunçik” tamaşasının premyerası olub.
Teatrdan AZƏRTAC-a bildirilib ki, səhnə əsəri bu dəfə “Günay” uşaq teatrının kollektivi tərəfindən təqdim edilib.
Rəngarəng musiqilər, maraqlı, zəngin dekorasiya və səhnə kostyumları tamaşanı daha da baxımlı edib. Balaca dostlarını nağıllar dünyasına aparan “Şelkunçik”də əsas hadisələr Marini sakitləşdirmək üçün xaç atasının ona oyuncaq hədiyyə etməsindən sonra başlayır.
Kukla ilə oynayarkən Mari yorulub yuxuya gedir, yuxuda nağıllar aləminə düşür, sonda isə əlindəki oyuncaq gözəl bir şahzadəyə çevrilir...
Balacalar üçün nəzərdə tutulan tamaşa maraqla qarşılanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]