Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şəmkir – Azərbaycan şəhərinin alman füsunkarlığı

Bakı, 6 iyun, AZƏRTAC 

Şəmkir Azərbaycanın şimal-qərbində yerləşən qədim şəhərdir. Münasib iqlimə, bakirə təbiətə, zəngin mədəni və tarixi irsə, inkişaf etmiş infrastruktura malik Şəmkir turistlər üçün olduqca cəlbedicidir. Səyahətçilərin diqqətini bu diyarın tarixinin almanlarla bağlı səhifələri xüsusilə cəlb edir. Burada XIX-XX əsrlərdə alman koloniyalarının mövcud olduğu dövrdən bir çox tarixi sübutlar - alman evlərinin tikildiyi küçələr, Lüteran kilsəsi, şərab istehsalı və s. qalıb. Son 2 ildə Şəmkir sözün həqiqi mənasında dəyişib: yeni rahat parklar, otellər, əyləncə kompleksləri, restoranlar tikilib, müasir ticarət pasajı açılıb. Bir sözlə, bu şəhər həm marağa, həm də cibə uyğun istirahət təklif edə bilər.

İstixana səltənəti və Arran memarlığı inciləri

Şəmkiri dolaşan səyahətçinin ilk olaraq gözünə, rayonun, demək olar ki, hər yerində rast gəlinən istixana və parniklərin çoxluğudur. Bu diyarda aqrar ənənələr olduqca güclüdür və sahibkarlıq fəaliyyəti inkişaf edib. Azərbaycanda bütün istixanaların yarısı məhz Şəmkirdədir. Fərdi şəxslərə məxsus bu cür parniklərin hesabına bir çox şəmkirli ailəsi dolanır. İstixanalarda yetişdirilən pomidor, xiyar, şirin bibər, çiyələk və digər tərəvəz, meyvə və giləmeyvələr təkcə Azərbaycanın daxilində istehlak olunmur, onların böyük hissəsi həm də Rusiyaya və regionunun digər ölkələrinə ixrac edilir. Təəccüblü deyil ki, ölkədə holland qızılgüllərinin yetişdirilməsi üzrə yeganə istixana təsərrüfatı məhz Şəmkirdə fəaliyyət göstərir. Bu məsələyə biz hələ qayıdacağıq. 

Hələlik isə ənənəvi olaraq, diyarın tarixi barədə bir neçə kəlmə. Dəqiq müəyyən edilib ki, Şəmkir qədim tarixə malikdir. Onun ərazisində tapılmış neolit dövrünə aid artefaktlar sübut edir ki, insanlar bu diyarı çoxdan məskən seçiblər. “Şəmkir” toponimi orta əsr mənbələrində “Şəmkir” (türk mənbələri), “Şamkur” (ərəb, fars mənbələri), “Şankori” (gürcü mənbələri). “Şünkyur” (rus mənbələri) kimi qeyd olunub. Bu toponimin mənşəyi haqqında müxtəlif fikirlər irəli sürülüb. Bu, “günəşə sitayiş edən”, “Kür qalası”, “Kür mayakı” kimi şərh edilir. Lakin mütəxəssislər etiraf edirlər ki, toponimin dəqiq elmi izahı hələ ki yoxdur.

Orta əsrlər şəhəri Şəmkir eyniadlı çayın sahilində yerləşirdi. Ümumiləşdirilmiş tarixi faktlara və son dövrdə aparılan qazıntılar nəticəsində əldə edilmiş məlumatlara əsasən Şəmkir şəhərinin formalaşmasını erkən orta əsrlərə, təxminən V əsrə, çox ehtimal ki, ondan da əvvəlki dövrə aid etmək olar. Azərbaycanın şimal torpaqlarının Ərəb Xilafəti tərəfindən istilası prosesində Şəmkirin zəbt olunmasına və ondan gələcəkdə strateji məqsəd kimi istifadə edilməsinə xüsusi önəm verilib. Ərəb Xilafətinin mövcudluğu dövründə Şəmkir həm siyasi proseslərdə, həm də dövlətin sosial-iqtisadi həyatında mühüm rol oynayıb. Şəhər beynəlxalq ticarətdə fəal iştirak edib. Güman edilir ki, Aran zərbxanası məhz burada yerləşib.

Həm Şəmkirin, həm də ümumilikdə Azərbaycanın tarixində dönüş dövrü monqol istilası olub. Marağa və Təbrizin işğalından sonra monqollar Gəncəyə hücum ediblər. Şəhər, əhalinin var qüvvə ilə müqavimət göstərməsinə baxmayaraq, 1235-ci ildə zəbt edilib. Həm Şəmkirdə, həm də Gəncədə monqollara güclü müqavimət göstərilib. Bütün cəhdlərə baxmayaraq, Şəmkir yandırılıb, əhalisi isə məhv edilib.

Qədim Şəmkirin xarabalığı bu gün Şəmkirçayın sol sahilində, rayonun Muxtariyyə kəndinin şimalındadır. Qazıntılar nəticəsində burada bir çox tikililərin, o cümlədən istehkam qurğularının, ictimai və yaşayış binalarının, şəhərin abadlığı üçün mühəndis qurğularının qalıqları aşkar edilib. Qeyd etmək lazımdır ki, Şəmkir polixrom və kombinasiyalı divar hörgüsünün səciyyəvi olduğu Arran memarlıq məktəbinin mərkəzlərindən biri olub. Orta əsrlər memar və inşaatçıları hərbi memarlığın həqiqi incilərini yaradıblar. Tikintidə müxtəlif materiallardan, o cümlədən çay daşı, bişmiş kərpic və ağ daşdan məharətlə istifadə edilib. Bu, divarları həm möhkəmləndirməyə, həm də estetik baxımdan gözəl etməyə imkan yaradıb. Arxeoloqların məlumatına görə, istehkamların divarları XI əsrdə tikilib və bir neçə dəfə təmir edilib.

Şəhər sakinlərinin suya olan tələbatının təmini üçün Şəmkirdə kəhrizlər düzəldilib, keramik borulardan su kəmərləri çəkilib. Şəhər abadlığının yüksək səviyyəsi o dövrdə şəhər sakinlərinin mədəni səviyyəsi, qədim ənənələrin mövcudluğu, iqtisadi-mədəni əlaqələrin genişlənməsi, islam dininin ciddi gigiyena tələbləri ilə bağlı olub. Qədim şəhərin qalıqları yerində arxeopark salınması və ən qədim dəmir dövrünə aid edilən bütün qiymətli eksponatların nümayiş olunması planlaşdırılır.

Maraqlıdır ki, 1801-ci ildə Rusiya istilası başlanandan sonra rəsmi sənədlərdə Şəmkir əvəzinə əksər hallarda Şamxor yazılıb. Bu vəziyyət 1991-ci ildə Şəmkir adı bərpa olunanadək davam edib.

Çar Rusiyası dövründə Şamxor dairəsinin həyatında daha bir mühüm hadisə baş verib. Cənubi Qafqaza köçürülən almanların bir hissəsi Şəmkirdə yerləşdirilib və onlar Annenfeld koloniyasının əsasını qoyublar.

Kolonistlərin istinadgahı və ya “Əhməd haradadır?”

Almanların Qafqaza köçürülməsi 1816-1818-ci illərdə, Napoleon müharibələrindən sonrakı dövrdə baş verib. Mühacirlər əvvəlcə Gürcüstana gəliblər, 1819-cu ilin yazında Azərbaycana çatıblar. Burada əslən Vürtemberqdən olanlar ilk iki koloniyanın: Yelenendorf və Annenfeldin (indiki Göygöl və Şəmkir şəhərləri) əsasını qoyublar. Sonralar daha dördü - Qrinfeld, Traubenfeld, Yelizavetinka, 1888-ci ildə Şəmkirçayın sahilində yeni alman məskəni - Georqsfeld (indiki Çinarlı qəsəbəsi) yaradılıb. 1906-cı ildə isə Gürcüstandakı almanlar da Azərbaycana köçüb və Eygenfeld kəndinin (və ya Engelskənd), indiki İrmaşlı kəndinin əsasını qoyublar. Demək lazımdır ki, almanlar öz məskənlərini çar Romanovlar sülaləsinin nümayəndələri şərəfinə adlandırıblar. 

Şəmkirdə almanların əsas məşğuliyyəti üzümçülük və şərabçılıq olub. Onlar bu sahəni o dövr üçün ən mütərəqqi üsullarla inkişaf etdiriblər. 1906-cı ildə təkcə “Hummel qardaşları” şirkəti “Şəmkir stansiyasında 450 desyatin (indiki Təzəkənd kəndi) torpağı 45 min rubla alıb, bundan 60 desyatini üzümlük üçün ayırıb, elə buradaca 150 vedrəyədək şərab tutan anbar tikib”. 1923-1924-cü illərdə Azərbaycanda bir çox alman koloniyalarında, o cümlədən Annenfelddə konyak zavodları tikilib. Beləliklə, Azərbaycanda şərabçılıq sənayesinin əsası qoyulub.

Faşist Almaniyasının SSRİ-yə hücumundan sonra Azərbaycandakı almanların həyatında çətin dövr başlanıb. Onlar 1941-ci ilin oktyabrında Mərkəzi Asiyaya deportasiya ediliblər və bununla da ölkəmizdə alman koloniyalarının 122 illik tarixi başa çatıb.

Bu gün Şəmkirin beş əsas küçəsi - Səməd Vurğun, Nizami, İsrafil Məmmədov, Həzi Aslanov və Sabir küçəsi alman həyat tərzinin bir növ memorialıdır. Əvvəllər bu küçələr sadədə Birinci, İkinci, Üçüncü və s. adlandırılırdı. Burada hər şey - evlər, çəpərlər, arxlar onların əvvəlki sahiblərini xatırladır. Bu küçələrdən birində - Həzi Aslanov küçəsində isə alman Lüteran kilsəsi ucalır. Kirxa 1909-cu ildə neoqotik üslubda tikilib və 1941-ci ilədək kilsə kimi istifadə olunub. 2012-2013-cü illərdə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə orada əsaslı rekonstruksiya işləri aparılıb. Burada quraşdırılan elektroorqanda yerli musiqi məktəbinin müəllimləri bayram tədbirlərində çalırlar. Heydər Əliyev Fondunun “Azərbaycan - tolerantlıq məkanı” layihəsi çərçivəsində həyata keçirilən rekonstruksiya işləri dövlətimizin tarixi keçmişi və dini-mədəni dəyərləri dəstəkləmək üzrə missiyasının növbəti göstəricisidir.

Alman kolonistlərinin Şəmkirdə digər istehkamı inzibati mərkəzdən 15 kilometr cənubda yerləşən indiki Çinarlı kəndi, əvvəlki Georqsfeld məntəqəsidir. Məntəqə 1888-ci ildə yaradılıb, iki ildən sonra burada 5 hektar ərazisi olan mənzərəli park salınıb. Onun ərazisində rəqs meydançası, kəndlilərin istirahət vaxtının təşkili üçün Mədəniyyət Evi, şərab istehsalı zavodu və Lüteran kilsəsi tikilib. Rəqs meydançası və Mədəniyyət Evi yaxşı qalsa da, kirxa yarıuçuq vəziyyətdədir. Lakin ümid var ki, onu nə vaxtsa bərpa edəcəklər.

Parka ağaclar xüsusi gözəllik verir. Burada nəhəng sərv və şam ağacları ilə yanaşı, çətirformalı palmalara rast gəlinir, nadir hind qozu bitir, habelə paradoksal olsa da bambuk ağacına rast gəlinir.

Çinarlı qəsəbəsinin digər görməli yeri köhnə körpüdür. Bu körpüdə Azərbaycan kinematoqrafının klassikası - “Əhməd haradadır?” filmi çəkilib.

Artıq müasir Şəmkirin digər rəmzlərindən biri səkkizguşəli ulduz formasında olan nadir Bayraq Muzeyidir. İkimərtəbəli, şüşə ilə üzlənmiş işıqlı binada Azərbaycanın qədim və müasir tarixindən bəhs edən qiymətli eksponatlar saxlanılır. Muzeyin pavilyonlarında Azərbaycan ərazisində müxtəlif dövlətlər, xanlıqlar dövrünə aid bərpa edilmiş bayraqlar, bayraqların ucluqları, gerblər və s. yer alır. Muzeydə, Bakıda, Dövlət Bayrağı Meydanında quraşdırılmış bayraq dirəyinin dünyada ən hündür bayraq dirəyi olmasını təsdiqləyən Ginnesin Rekordlar Kitabı sertifikatının surəti saxlanılır. Qeyd edək ki, bayraq dirəyinin hündürlüyü 162 metrdir. Bununla belə, Şəmkirin Bayraq Meydanında quraşdırılmış bayraq dirəyi də ondan çox geri qalmır. Hündürlüyü 98 metr olan bu dirək bu göstəriciyə görə Azərbaycanda ikinci hesab edilir.

Şahmat, “tiramisu” və bir milyon qızılgül

Bayraq Meydanının yanında son texnologiya ilə təchiz edilən “Zəka” İntellektual Gənclər Mərkəzi yerləşir. Mərkəzin müasir pavilyonunda “Ağıllı oğlanlar və ağıllı qızlar” intellektual verilişinin və “Nə? Harada? Nə vaxt?” oyunu üzrə turnirlərin çəkilişləri aparılır. Maraqlıdır ki, mərkəzin zəngin kitabxanası dünyanın ən geniş təhsil kitabxana şəbəkəsi olan “Follett International”a qoşulub. “Follett International” saysız elektron nəşrlərə və audiovizual məhsullara giriş imkanını təmin edir. Bu xidmətdən istifadə etmək üçün sadəcə “Zəka” Mərkəzinin “www.zeka-edu.az” saytında qeydiyyatdan keçmək kifayətdir.

Bundan başqa, Şəmkirdə şahmata xüsusi hörmət var və gənc şahmatçı nəslinin yetişdirilməsinə böyük diqqət yetirilir. 1984-cü ildən rayonda Şəmkir Uşaq-Gənclər Şahmat Məktəbi fəaliyyət göstərir. Bu məktəb 4 ustalığa namizəd, 28 nəfər birinci dərəcəli şahmatçı, II və III dərəcəli yüzlərlə oyunçu yetişdirib. Şəmkirdə ən əhəmiyyətli ictimai və idman hadisələrindən biri hər il keçirilən, tanınmış azərbaycanlı qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess” beynəlxalq şahmat turniridir. Turnirdə adlı-sanlı qrossmeysterlər, o cümlədən hazırkı dünya çempionu Maqnus Karlsen də iştirak edib.

Bayraq Meydanı və Şəmkirdəki Heydər Əliyev Mərkəzinin yaxınlığında böyük şəhər parkı salınıb. 2013-cü ildə açılan parkın ümumi sahəsi 22 hektardır. Onun ərazisində 7 müasir fəvvarə var, 800 metr uzunluğunda tunel tipli su kanalları çəkilib, kanalların üzərindən 10 körpü salınıb. Parkda həmçinin süni göl yaradılıb, təxminən 20 min bəzək ağacı və müxtəlif növ gül əkilib.

Şəmkir şəhər parkının özəl cəhəti isə böyük əyləncə mərkəzidir. Mərkəzdə çoxlu sayda açıq hava attraksionları və 150-dən çox oyun avtomatı olan örtülü pavilyon var. Açıq havada 12 növ başgicəlləndirici yelləncək və attraksion, o cümlədən bu gün Azərbaycanda yeganə olan “Amerikan təpəcikləri” quraşdırılıb.

Parkdakı orijinal “Şamburg” “fast-food” restoranında qəlyanaltı etmək və “ŞəmŞirin” qənnadı evində şirniyyatlar dadmaq olar. “Şamburg”da əlüstü yemək restoranlarının ən yaxşı ənənələri gözlənilib. Burada hamburger, fransız kartofu və qızardılmış toyuq, “naggets”, kokteyl, dondurma, şirələr və s. yemək olar. Bütün yeməklər qatqısızdır, yerli ət, süd, tərəvəz və digər ekoloji cəhətdən saf məhsullardan istifadə olunmaqla hazırlanıb. Məsələn, pomidor Şəmkirdən, kartof Gədəbəydə, toyuq əti “Şəmkir-Quşçuluq” fabrikindən alınır.

“ŞəmŞirin” qənnadı evinin də öyünməyə haqqı var. Buranın fərqləndirici xüsusiyyəti təklif edilən şirniyyatın reseptlərinə ciddi əməl etmədir. Bu qənnadı evində İtaliyadakı kimi həqiqi “tiramisu” dadmaq olar. “ŞəmŞirin” ustaları əmindirlər ki, bu məşhur italyan deserti yalnız “maskarpone” desert pendirindən istifadə etməklə hazırlana bilər və ustalar belə də edirlər. Klassik Amerikan piroqu “çizkeyk”in və ya bişirilmiş kremdən olan karamel qabıqlı “krem-brüle”, eləcə də fransız mətbəxinin şah əsəri “profitroli” və digər kökələrin hazırlanmasının da öz sirləri var. Ənənəvi reseptlər və orijinal məhsullardan istifadə “ŞəmŞirin”dəki bişintilərə gözəl dad verir. Təəccüblü deyil ki, “ŞəmŞirin”in bişintilərinə yalnız şəmkirlilərin yox, həm də qonşu rayonların sakinlərinin, hətta bakılıların böyük tələbatı var. Yaxşı ki, rayonda çatdırılma xidmət fəaliyyət göstərir. Həm də 50 kilometr radiusda çatdırılma pulsuzdur, əgər təyinat yeri çox uzaqdadırsa, müştəri yalnız benzinin dəyərini ödəyir.

Parklar haqqında danışarkən onlardan daha ikisi barədə söz açmamaq qeyri-mümkündür. Kiçik, lakin rahat İstiqlal parkı öz heykəltəraşlıq kompozisiyaları və ərazisindəki köhnə alman evinin içində açılan “Annenfeld” kafesi ilə tanınır. Parkın girişi ilə üzbəüz əslən şəmkirli Aşıq Teymurun heykəli ucalır. Abidənin yaxınlığındakı kiçik meydançada tez-tez gənc aşıqlar çıxış edir. Bir neçə il əvvəl isə Şəmkirdə gənc aşıqların Azərbaycan müsabiqənin finalı keçirilib. Bu parkda daha bir heykəltəraşlıq kompozisiyası var: royal arxasında oturan dahi bəstəkar Üzeyir Hacıbəyli və yanında dayanan, əslən şəmkirli söz ustadı Əhməd Cavad. Onların yaradıcılıq birliyi Azərbaycan himninin yaradılması ilə yekunlaşıb. 1918-ci ildə musiqisini Ü.Hacıbəylinin bəstələdiyi himnin sözlərinin müəllifi Ə.Cavaddır.

Şəmkirdə daha bir maraqlı park “Abidələr parkı” adlanır. Burada həqiqətən Azərbaycanın ən məşhur görməli yerləri ilə tanış olmaq mümkündür. Amma dəqiqliklə hazırlanan kiçik ölçülərdə. Parkın planı Azərbaycanın xəritəsinin cizgilərini təkrarlayır, Xəzər dənizini isə fəvvarələrlə bəzədilmiş hovuz təcəssüm etdirir.

İndi də vəd edilən holland qızılgüllərinin yetişdirildiyi “AzAqro” istixana kompleksindən söz açaq. Burada istixanalar bütün istehsal dövrünü əhatə edə bilən avadanlıqla təchiz olunub. Qızılgüllər torpaq olmadan, xüsusi mineral substratlarda yetişdirilir. Bu gün burada müxtəlif çalarlı təxminən 10 növ gül becərilir. Ən populyar növ istixanada daha böyük sahə tutan “Red Naomi”dir. Həmçinin burada yenicə yaranan, bir budağında ağ, qırmızı və narıncı rəngli butalar olmaqla (15-ə qədər olması mümkündür) “Spray” qızılgül qrupuna aid çiçəklər maraq doğurur. Bir belə gül bütöv dəstəni xatırladır, odur ki, tez-tez bu qrupdan olan qızılgülləri “toy buketi” adlandırırlar. Bu kompleksdə yetişdirilən çiçəklər Şəmkir, Bakı və ölkənin digər şəhərlərin gül mağazalarında “SBuket” markası ilə satılır, eləcə də Gürcüstana ixrac edilir.

Nəhayət, Şəmkir təkcə qədim abidələr, təmiz hava və gözəl parklar yox, həm də maraqlı alış-veriş yeridir. 2013-cü ildə burada biçimli cərgələri 2 kilometr uzanan, ən nüfuzlu brendlərin yüzlərlə satış obyektini birləşdirən “West Gate” böyük ticarət pasajı açılıb.

Şəmkirdə turistlərin yerləşdirilməsi ilə bağlı vəziyyət çox yaxşıdır. Rayonda ucuz motellərdən tutmuş lüks 5-ulduzlu otellərədək müxtəlif dərəcəli mehmanxana kompleksləri fəaliyyət göstərir. Sonunculardan biri də “Excelsior Hotel Şəmkir”dir. Bina tipik Avropa üslubunda layihələndirilərək inşa olunub və Şəmkirdəki bir çox tikililər kimi köhnə Almaniya ilə bağlı xatirələr oyadır. Bununla bərabər, otel otaqlarının dizaynında qədim Şəmkir xalçalarının naxışlarından istifadə edilib.

Şəmkir Azərbaycanın qədim torpağıdır, o həm yaşadığı tarixin çoxsaylı mərhələləri haqqında xatirələri qayğı ilə qoruyur, həm də turistlərə müasir otellərdə rahat istirahət, başgicəlləndirici attraksionlar və dünya səviyyəli əyləncələr təklif etməyə qadirdir!

Emil Eyyubov

məxsusi olaraq AZƏRTAC üçün

Foto Şahin Mürşüdlü

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ ordusu İranda bir neçə hədəfə zərbələr endirdiyini açıqlayıb

Pit Heqset: ABŞ bu gecə İrana sərt hərbi zərbələr endirəcək

“Maritsa Səhnələri” festivalında Azərbaycanın zəngin mədəni irsi nümayiş etdirilib

Bakıda meditasiya və daxili harmoniya mövzusunda görüş: Sri-Sri Ravi Şankarın mesajları

Sülh Şurasının baş müşaviri: Orta Dəhlizi dünyanın əsas ticarət marşrutlarından birinə çevirə bilərik

Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj

Mikayıl Cabbarov: Qeyri-neft-qaz sektoru artıq iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilib – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Mikayıl Cabbarov: Qeyri-neft-qaz sektoru artıq iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilib – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Nazir: Özəl kapital dövlət investisiyalarını üstələyir VİDEO

Nazir: Özəl kapital dövlət investisiyalarını üstələyir VİDEO

Sri-Sri Ravi Şankar: Dünyadakı münaqişələrin bitməsinin yeganə çıxış yolu dialoqdur

Sahibkarlığın inkişafı üçün kredit, zəmanət və startap dəstəyi mexanizmləri tətbiq edilir VİDEO

Sahibkarlığın inkişafı üçün kredit, zəmanət və startap dəstəyi mexanizmləri tətbiq edilir VİDEO

Qarabağda və Şərqi Zəngəzurda güzəştlərin müddətinin uzadılması nəzərdən keçirilir VİDEO

Qarabağda və Şərqi Zəngəzurda güzəştlərin müddətinin uzadılması nəzərdən keçirilir VİDEO

Xankəndidə şəhər-universitet modeli böyük iqtisadi dividendlər vəd edir VİDEO

Xankəndidə şəhər-universitet modeli böyük iqtisadi dividendlər vəd edir VİDEO

Nazir: Əlavə gəlirlər ehtiyatların artırılmasına yönəldilir VİDEO

Nazir: Əlavə gəlirlər ehtiyatların artırılmasına yönəldilir VİDEO

Azərbaycan və Avstriya Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

“Kölgə iqtisadiyyatı” ilə mübarizədə əhəmiyyətli irəliləyiş əldə olunub VİDEO

“Kölgə iqtisadiyyatı” ilə mübarizədə əhəmiyyətli irəliləyiş əldə olunub VİDEO

Ruhani lider: Azərbaycan insanlar arasında sülhün və qarşılıqlı anlaşmanın tapılması üçün çox yaxşı bir körpü ola bilər

İqtisadiyyat naziri: Data mərkəzlərinin inkişafı prioritet layihələrimizdəndir -  EKSKLÜZİV VİDEO

İqtisadiyyat naziri: Data mərkəzlərinin inkişafı prioritet layihələrimizdəndir - EKSKLÜZİV VİDEO

Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb VİDEO

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb VİDEO

Azərbaycanın lavanda rəngləri Bolqarıstanda “Soleil” beynəlxalq festivalında təqdim olunub

Mikayıl Cabbarov: Ölkənin xarici borcu azalma tendensiyasındadır və ehtiyatları artır - EKSKLÜZİV VİDEO

Mikayıl Cabbarov: Ölkənin xarici borcu azalma tendensiyasındadır və ehtiyatları artır - EKSKLÜZİV VİDEO

Həsən Həsənov: İndiyədək azərbaycanlılarla macarları birləşdirən çoxlu sayda sözün qohumluğunu sübut edə bilmişəm

Laçın şəhərində yeni yol nişanları quraşdırılıb və xətlər yenidən çəkilib VİDEO

Laçın şəhərində yeni yol nişanları quraşdırılıb və xətlər yenidən çəkilib VİDEO

Azərbaycan millisinin üzvü "Şamaxı"da

Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir

Azovda yük gəmilərinə dron hücumunda həlak olmuş 4 Azərbaycan vətəndaşının nəşləri ölkəyə gətirilib

Batut gimnastikası və tamblinq üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub

Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb

ABŞ senatoru: Azərbaycan və region ölkələri ilə münasibətlər strateji səviyyəyə yüksəlib

Hacıqabul rayonunda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Hacıqabul rayonunda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB

Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib

"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb

Bu saata olan əsas xəbərlər

“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 415-VIIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Hikmət Hacıyev: Yaxın Şərqdə münaqişənin kəskinləşməsi şəraitində Orta Dəhliz əlavə əhəmiyyət qazanır

İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır

Dünya Kuboku: BMT Vaşinqtonu miqrasiya siyasətini “hərtərəfli” nəzərdən keçirməyə çağırır

İtaliyalı ekspert: Azərbaycanın azad edilmiş əraziləri innovativ şəhərsalma laboratoriyasına çevrilir

Prezidentin köməkçisi: Türk dünyası yeni siyasi reallığa və geniş Avrasiya qitəsində əməkdaşlıq platformasına çevrilir

Putin miqrantların tibbi müayinədən keçirilməsi ilə bağlı yeni qaydaları nəzərdə tutan qanunu imzalayıb

“Qəhrəmanlıq Zirvəsi” kitabının təqdimatı olub VİDEO

“Qəhrəmanlıq Zirvəsi” kitabının təqdimatı olub VİDEO

Türkiyənin İzmir Yüksək Texnologiya İnstitutunun nümayəndə heyəti Qarabağ Universitetində olub

Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb VİDEO

Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb VİDEO

İkiqat Avropa çempionu olan baş məşqçi: Azərbaycanın futbol ölkəsi olmadığı fikri ilə razı deyiləm – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

İkiqat Avropa çempionu olan baş məşqçi: Azərbaycanın futbol ölkəsi olmadığı fikri ilə razı deyiləm – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Hikmət Hacıyev: Regionda sülhün bərqərar olmasından sonra Azərbaycanın xarici siyasətində yeni imkanlar yaranıb

ABŞ səfirliyinin nümayəndə heyəti Azərbaycan İdman Akademiyası ilə tanış olub

Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub YENİLƏNİB VİDEO

Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub YENİLƏNİB VİDEO

“Code for Future” layihəsinin cari il məzunları 87 faiz performans göstəriblər

Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib

ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib

Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan

Azərbaycanın zəngin mədəni irsi “İpək Yolu – 2026” festivalında nümayiş olunub

Samir Mahmudov: Sağlam cəmiyyətin təməli möhkəm ailə və hüquqi maarifləndirmədən keçir VİDEO

Samir Mahmudov: Sağlam cəmiyyətin təməli möhkəm ailə və hüquqi maarifləndirmədən keçir VİDEO

® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib

Psixoloq: Sosial şəbəkə məhdudiyyətləri uşaqların emosional inkişafına müsbət təsir edəcək

Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsi və yaşıl enerji perspektivləri - ŞƏRH

“Abşeron Şərab 1” MMC-nin qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib

ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb

Astanada İpək Yolunun gələcəyi – energetikadan mədəniyyətə qədər müxtəlif istiqamətlər müzakirə olunub

Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb

İsmət Əliyev: Risk altında olan uşaqların müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür VİDEO

İsmət Əliyev: Risk altında olan uşaqların müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür VİDEO

Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb

COP31 Sədrliyi 2035-ci ilədək qlobal elektrikləşmənin 35 faizə çatdırılmasını hədəfləyir

Oğuzda ilk dəfə keçirilən “Aykido və Yapon Mədəniyyəti Günü” festivalı böyük marağa səbəb olub VİDEO

Oğuzda ilk dəfə keçirilən “Aykido və Yapon Mədəniyyəti Günü” festivalı böyük marağa səbəb olub VİDEO

Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir

Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir

® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər

Anar Bağırov: Uşaqların hüquqlarının müdafiəsində vəkilliyin rolu xüsusi əhəmiyyət daşıyır

Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO

Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO

Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinə mediatur təşkil edilib

Valideynlərin sosial şəbəkə platformalarına nəzarət mexanizmi güclənəcək RƏY

Əmək müqaviləsi ilə çalışmaq işçiyə hansı hüquqlar verir?

Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb

Yaxın Şərqdəki münaqişə qlobal neft tədarükündə 1 milyard barel itkiyə səbəb olub

“Rəqəmsal həllərdə dövlət-özəl tərəfdaşlığı” mövzusunda infosessiya baş tutub

Emin Əmrullayev: Uşaqların rəqəmsal mühitdə davranışları ilə bağlı qərarlar faktlara və araşdırmalara əsaslanmalıdır VİDEO

Emin Əmrullayev: Uşaqların rəqəmsal mühitdə davranışları ilə bağlı qərarlar faktlara və araşdırmalara əsaslanmalıdır VİDEO

Nazir: Təhsil seçimləri maraq və bacarıqlara əsaslanmalıdır VİDEO

Nazir: Təhsil seçimləri maraq və bacarıqlara əsaslanmalıdır VİDEO

Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb

Milli Məclisdə kitabxana sisteminin aktual məsələlərinə həsr olunmuş ictimai müzakirə keçirilib

Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb

Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

Bəzi sosial şəbəkələrdə uşaqların intihara, terrorizmə, kiberbullinqə məruz qalma ehtimalı daha çoxdur VİDEO

Bəzi sosial şəbəkələrdə uşaqların intihara, terrorizmə, kiberbullinqə məruz qalma ehtimalı daha çoxdur VİDEO

ADU-da “Çin dili körpüsü” müsabiqəsinə yekun vurulub VİDEO

ADU-da “Çin dili körpüsü” müsabiqəsinə yekun vurulub VİDEO

Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir

Almaniya səfiri Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunmuş nailiyyətləri təqdir edib

Türk professor Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub

Qərbi Azərbaycan və Qarabağın mətbuat tarixi öyrənilir

Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri Xızıda konsert proqramı ilə çıxış edib

Azərbaycanda urbanizasiya prosesi və mənzil siyasətinin yeni strategiyaları

Kamran Əliyev: Yetkinlik yaşına çatmayan şəxslərlə bağlı qanunvericilikdə xüsusi humanist yanaşma tətbiq olunur VİDEO

Kamran Əliyev: Yetkinlik yaşına çatmayan şəxslərlə bağlı qanunvericilikdə xüsusi humanist yanaşma tətbiq olunur VİDEO

Kamran Əliyev: Uşaqlarla bağlı hər bir hüquq pozuntusu prokurorluq orqanlarını ciddi şəkildə narahat edir VİDEO

Kamran Əliyev: Uşaqlarla bağlı hər bir hüquq pozuntusu prokurorluq orqanlarını ciddi şəkildə narahat edir VİDEO

Konstitusiya Məhkəməsi Palatasının iclasında Göyçay Rayon Məhkəməsinin müraciətinə baxılıb

Salyanda çörək istehsalı müəssisəsində nöqsanlar aşkar edilib

Naxçıvanda fəaliyyət göstərən sahibkarlar üçün proqnozlaşdırılabilən, etibarlı biznes mühiti yaradılacaq - ŞƏRH

Baş prokuror: Dünyada uşaqlara qarşı zorakılıq halları ciddi narahatlıq doğurur VİDEO

Baş prokuror: Dünyada uşaqlara qarşı zorakılıq halları ciddi narahatlıq doğurur VİDEO