İQTİSADİYYAT
Sənaye zonaları üzrə indiyədək 6,3 milyard manatlıq məhsul istehsal edilib
![Sənaye zonaları üzrə indiyədək 6,3 milyard manatlıq məhsul istehsal edilib](/files/2022/1/1200x630/1648741034191263750_1200x630.jpeg)
Bakı, 31 mart, AZƏRTAC
Sənaye zonaları ölkədə istehsalın genişləndirilməsi, idxalın əvəz edilməsi və yeni ixrac imkanlarının yaradılması baxımından əlverişli mexanizmdir.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, indiyədək sənaye zonalarında 95 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və bunlardan artıq 58-i fəaliyyətə başlayıb. Sahibkarlar tərəfindən bu günədək sənaye zonalarına 6,4 milyard manatdan çox investisiya yatırılıb və 9700-dən çox daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 400 milyon manatdan çox investisiyanın yatırılması və 3200-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Bu ilin yanvar-fevral aylarında sənaye zonalarında fəaliyyət göstərən müəssisələr tərəfindən 436 milyon manat dəyərində məhsul satışı həyata keçirilib ki, bunun da 191 milyon manatı ixrac olunub. Sənaye zonaları üzrə məhsul satışı 2021-ci ilin eyni dövrünə nisbətən 76 faiz, ixracı isə 138 faiz artıb. Sənaye zonaları üzrə indiyədək ümumilikdə 6,3 milyard manatlıq məhsul istehsal edilib ki, bunun 2 milyard manatı (təqribən 32 faizi) ixrac olunub. İstehsal olunan məhsullar dünyanın 35-dən çox ölkəsinə ixrac edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.06.2024 [20:32]
Moldova şirkəti ilə əməkdaşlıq müzakirə olunub
- 28.06.2024 [20:18]
® “Bakcell” Şuşada yeni mağazasını təqdim etdi
- 28.06.2024 [19:31]
“Baku ID” innovasiya festivalına yekun vurulub
- 28.06.2024 [18:49]
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində iclas keçirilib
- 28.06.2024 [18:29]
Dövlət Neft Fondu tərəfindən media nümayəndələri üçün təlim keçirilib
- 28.06.2024 [18:11]
Su təchizatı şəbəkəsinə qoşulma ilə bağlı yeni qaydalar təsdiqlənib
- 28.06.2024 [17:38]