DÜNYA
Səudiyyə Ərəbistanında “günah vergisi”nin tətbiqinə başlanılıb
Bakı, 24 avqust, AZƏRTAC
Səudiyyə Ərəbistanında tətbiqinə başlanılmış “günah vergisi” adlı yığım siqaretə, eləcə də tərkibində alkoqol olmayan energetik və qazlı içkilərə aid ediləcək.
AZƏRTAC “vergiler.az” saytına istinadla bildirir ki, siqaret üçün tətbiq olunan verginin dərəcəsi 100 faiz, energetik və alkoqolsuz qazlı içkilər üçün tətbiq edilən verginin dərəcəsi isə 50 faiz təşkil edəcək. Beləliklə, Səudiyyə Ərəbistanı İran Körfəzi regionunda faktiki olaraq, aksiz vergisi tətbiq edən ilk ölkə olacaq.
Ekspertlərin proqnozlarına əsasən, bu ilin sonuna qədər “günah vergisi”ndən dövlətin büdcəsinə 1,87 milyard dollar əlavə vəsait daxil olacaq.
Xatırladaq ki, bu ilin əvvəlindən ölkə tarixində ilk dəfə əlavə dəyər vergisinin, indi isə “günah vergisi”nin tətbiqi neftin qiymətinin ucuzlaşması ilə bağlı ortaya çıxan iqtisadi problemlərin aradan qaldırılmasına yönəldilmiş tədbirlərdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:03]
Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır
- 03.05.2024 [17:42]
Leysan yağışları nəticəsində Braziliyanın cənubunda həlak olanlar var
- 03.05.2024 [17:08]
Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir
- 03.05.2024 [16:31]
Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb
- 03.05.2024 [16:23]
Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb
- 03.05.2024 [16:06]
ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub
- 03.05.2024 [16:04]