İQTİSADİYYAT
Səyahət sığortasından ƏDV tutulurmu?

Bakı, 5 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası hüdudlarından kənarda yerləşən şirkətin onlayn təqdim etdiyi səyahət sığortası üçün bank tərəfindən 18 faiz ƏDV tutulması düzgündürmü?
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, Vergi Məcəlləsinə əsasən, səyahət sığortasının əldə edilməsinə görə xarici ölkənin sığorta şirkətinə edilən ödənişlər elektron ticarət qaydasında göstərilən iş və xidmətlərə aid edilmir.
Bu baxımdan, həmin ödənişlərdən ödəməni həyata keçirən yerli bank tərəfindən alıcının vəsaiti hesabına 18 faiz dərəcə ilə ƏDV tutulmur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]