İQTİSADİYYAT
“SIBOS 2014” Beynəlxalq maliyyə sənayesi forumunda Azərbaycanın maliyyə sektorunu “PAŞA Bank” təmsil edir
Bankdan AZƏRTAC-a verilən məlumata görə, dünyanın iri banklarını, maliyyə təşkilatlarını bir araya gətirən forumda Azərbaycanın maliyyə sektorunu “PAŞA Bank” təmsil edir.
Forum bank işi mütəxəssislərinə, maliyyə qurumlarına fəaliyyətin yeni istiqamətlərini, o cümlədən maliyyə xidmətlərinin inkişafını, kapital və investisiyaların hərəkətini müzakirə etmək imkanı verəcək. Bu il forumun fəxri qonağı “Microsoft” şirkətinin direktorlar şurasının sədri Bill Geyts olacaq.
“PAŞA Bank”ın idarə heyətinin sədri Fərid Axundov bildirib ki, bankın forumda iştirakı sektorun aparıcı şirkətləri ilə işgüzar münasibətlər qurmağa və dünyanın ən yaxşı banklarının təcrübəsini mənimsəyərək Azərbaycan bazarında tətbiq etməyə də imkan yaradır.
Qeyd edək ki, “PAŞA Bank” bununla beşinci dəfədir “SIBOS 2014” forumunda iştirak edir.
Ümumdünya İnterbank Maliyyə Telekommunikasiyaları Birliyinin (Society For Worldwide Interbank Financial Telecommunication, SWIFT) təşkilatçısı olduğu forum 2015-ci ildə Sinqapurda keçiriləcək.