DÜNYA
Siciliyada daşqın nəticəsində çökərək 9 nəfərin ölümünə səbəb olan villanın qanunsuz tikildiyi müəyyənləşib
Roma, 8 noyabr, AZƏRTAC
Siciliyanın Kasteldaçça bölgəsində aramsız leysan yağışlarından sonra çayın öz məcrasından çıxması nəticəsində su altında qalan villanın çökməsi 9 nəfərin, o cümlədən iki azyaşlının ölümünə səbəb olub.
AZƏRTAC ANSA agentliyinə istinadla xəbər verir ki, təbii fəlakət nəticəsində çökən villanın 2010-cu ildə qeyri-qanuni tikildiyi üzə çıxıb. Bununla əlaqədar villanın sahibləri qanunsuz tikinti işləri aparmaqda təqsirləndiriliblər.
Yerli mənbələrin verdiyi məlumata görə, villanın sahibləri Antonino Peys və Konçetta Surriya üç ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmaqla yanaşı, 23,5 min avro məbləğində cərimələniblər. Məhkəmə qanunsuz tikilən villanın sökülməsi barədə qərar qəbul edib.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:03]
Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır
- 03.05.2024 [17:42]
Leysan yağışları nəticəsində Braziliyanın cənubunda həlak olanlar var
- 03.05.2024 [17:08]
Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir
- 03.05.2024 [16:31]
Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb
- 03.05.2024 [16:23]
Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb
- 03.05.2024 [16:06]
ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub
- 03.05.2024 [16:04]