İQTİSADİYYAT
Sığorta agentlərinin lisenziyalarına dair qərar qəbul edilib
Bakı, 13 iyun, AZƏRTAC
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 9 iyun 2017-ci il tarixli qərarına əsasən, bəzi sığorta agentlərinin fəaliyyətinə verilmiş lisenziyaların qüvvəsi 3 ay müddətinə dayandırılıb və üç fiziki şəxsə verilmiş lisenziyalar ləğv edilib.
MBNP-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Direktorlar Şurasının iclasında Sığorta Bazarına Nəzarət Departamentinin 46 nəfər fiziki şəxsin sığorta agenti fəaliyyətinə verilmiş lisenziyanın 3 ay müddətinə dayandırılması müraciətinə baxılaraq müsbət qərar qəbul edilib. Lisenziyaların dayandırılmasına səbəb sığorta agentlərinin "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununun 93.2-3-cü maddəsinin tələblərinə riayət etməyərək MBNP-yə rüblük hesabatları təqdim etməmələri olub.
İclasda, həmçinin Babayeva Nüşabə Qurban qızının, Qurbanov Pənah Məhəmməd oğlunun və Hüseynov Zaur Namiq oğlunun MBNP-yə müraciəti əsasında onların sığorta agenti fəaliyyətinə verilmiş lisenziyaları ləğv edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]