REGİONLAR
Şirvanda gimnastların çıxışı maraqla qarşılanıb
Şirvan, 23 iyul, Aydın Yavərzadə, AZƏRTAC
Azərbaycan Gimnastika Federasiyası tərəfindən Şirvan Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə Azərbaycan yığma komandasının üzvlərinin nümunəvi çıxışlarından ibarət idman tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə gənclər və idman nazirinin müavini Mariana Vasileva, Şirvan Şəhər İcra Hakimiyyətin başçısi İlqar Abbasov, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin rəisi vəzifəsini icra edən Aydın Yusifov, idmançılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Gimnastlar tərəfindən həm fərdi, həm də qrup hərəkətləri proqramında ip, top, lent, halqa və gürzlər ilə hərəkətlər icra olunub. Gimnastların çıxışları izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [16:35]
Forum iştirakçıları Ağdamın dağıdılmış abidələrini ziyarət ediblər
- 03.05.2024 [16:14]
AXA-nın sədri Beyləqanda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
- 03.05.2024 [15:32]
Azərbaycanda bu mövsüm pambıq sahələrinin sığortasında yenilik tətbiq olunub
- 03.05.2024 [14:58]