REGİONLAR
Siyəzəndə keçirilən humanitar aksiyada 150-dən çox donor könüllü qan verib VİDEO
Siyəzən, 18 may, Elxan Yusifli, AZƏRTAC
Mayın 18-də Siyəzən rayonunda hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən xəstələrə yardım məqsədilə təşkil olunan aksiyada 150-dən çox könüllü donordan qan götürülüb.
AZƏRTAC xəbər verir ki, Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Siyəzən Regional Diaqnostika Mərkəzində keçirilən könüllü aksiya səhər saatlarından başlayıb.
B.Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutu nəzdində Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim-hematoloqları donorları müayinə etdikdən sonra onlardan qan götürüblər.
Humanitar aksiya çərçivəsində əldə edilən qan nümunələri Respublika Mərkəzi Qan Bankına göndəriləcək və irsi qan xəstəliklərinin müalicəsində istifadə olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [16:35]
Forum iştirakçıları Ağdamın dağıdılmış abidələrini ziyarət ediblər
- 03.05.2024 [16:14]
AXA-nın sədri Beyləqanda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
- 03.05.2024 [15:32]
Azərbaycanda bu mövsüm pambıq sahələrinin sığortasında yenilik tətbiq olunub
- 03.05.2024 [14:58]