DÜNYA
Smartfonların avtonom işləmə müddətini artırmaq üçün mobil proqram hazırlanıb
Bakı, 17 avqust, AZƏRTAC
Smartfonların avtonom işləmə müddətini artırmaq üçün mobil proqram hazırlanıb. Bu proqram təminatı sayəsində displeyin ayrı-ayrı hissələrində ekranın parlaqlığı müxtəlif olacaq.
AZƏRTAC “life.ru” saytına istinadla xəbər verir ki, Vaterloo Universitetinin alimləri tərəfindən hazırlanmış mobil tətbiqin köməyi ilə smartfonun avtonom işləmə vaxtını artırmaq mümkündür.
Yeni proqram təminatı ilə ekranın parlaqlığı mobil tətbiqdən asılı olaraq ekranın ayrı-ayrı hissələrində müxtəlif olacaq: məsələn, istifadəçi bir proqramın pəncərəsini açarkən daha parlaq, digər pəncərə isə tutqun görünəcək.
Məlum olub ki, bu proqramın aktivliyi müddətində mobil qurğunun avtonom işləmə vaxtı 10-25 faiz artıb. Belə imkan yalnız OLED displeyli smartfonlarda əlçatandır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:03]
Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır
- 03.05.2024 [17:42]
Leysan yağışları nəticəsində Braziliyanın cənubunda həlak olanlar var
- 03.05.2024 [17:08]
Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir
- 03.05.2024 [16:31]
Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb
- 03.05.2024 [16:23]
Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb
- 03.05.2024 [16:06]
ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub
- 03.05.2024 [16:04]