Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sovet İttifaqında çox nəhəng tikinti olan Baykal-Amur Magistralı Heydər Əliyevin adı ilə bağlıdır

Bakı, 20 aprel, Rabil Kətanov, AZƏRTAC

Nəqliyyat infrastrukturu tarixin bütün dövrlərində hər bir dövlət üçün böyük əhəmiyyət daşıyıb. İqtisadiyyatın və ticarətin inkişafı həmişə yolların rəvanlığından asılı olub. Sovet İttifaqı vaxtilə dünyanın ən böyük ölkəsi idi və ərazisi Avropa qitəsindən başlayaraq uzaq Şərqdə bitirdi. Bu böyük əraziyə nəzarət etmək, təhlükəsizliyini təmin etmək, əyalətlərlə mərkəzi birləşdirmək, regionların əlaqəsini yaratmaq və iqtisadi səmərə götürmək üçün Baykal-Amur Magistralı (BAM) kimi dəmir yoluna böyük ehtiyac olub.

Baykal-Amur Magistralı bu günədək dünyada həyata keçirilən ən böyük nəqliyyat layihələrindən biridir. Bu dəmir yolunun tikintisinə ötən əsrin əvvəllərində başlanılıb və demək olar ölkənin bütün ərazisindən keçərək SSRİ kimi nəhəng bir dövlətin Sakit okean sahillərinə çıxışını təmin edib. Sibiri Sovet İttifaqının mərkəzi və Qərb regionları ilə birləşdirən bu dəmir yolunun tikintisi heç də asan olmayıb. Dəmir yolu indiki kimi yeni texnologiyaların, müasir texniki avadanlıq və maşınların olmadığı zamanlarda, yalnız insan təfəkkürünün və əməyinin gücü ilə inşa edilib. Bu nəhəng infrastrukturun həyata vəsiqə almasında mühüm rol oynayan xalqımızın Ümummilli Lideri Heydər Əliyev 1999-cu ilin iyulunda BAM-ın 25 illiyinin qeyd olunması üçün yaradılmış Təşkilat Komitəsinə yazdığı məktubda bildirmişdi: “Mənim xatirimdə BAM mənən güclü, böyük işlərə qadir insanları birləşdirən bir tikinti kimi qalmışdır. Biz fəxr edirik ki, bu magistralın tikintisində Azərbaycanın bir çox nümayəndələri iştirak etmiş, onlar digər obyektlər sırasında Ulkan şəhərini də salmışlar. BAM tayqa, yolsuzluq və daimi donuşluq şəraitində işləmiş insanların, dostluq və qardaşlıq amallarına sadiq insanların mərdlik və dəyanətinin nümunəsi kimi tarixdə həmişəlik qalacaqdır”.

1974-cü ildə SSRİ Nazirlər Sovetinin qərarı ilə yenidən BAM-ın tikintisinə başlanıldı və məhz elə texnoloji çətinliklər dəmir yolunun inşasının uzun illər davam etməsinə səbəb oldu. Lakin 1984-cü ildə SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini Heydər Əliyev sovet dövlətinin magistral boyu 10 günlük səfərə yollanan ilk yüksəkvəzifəli şəxsi idi. Məhz bu səfərdən sonra BAM-ın tikintisində ciddi dönüş yarandı. Moskvaya qayıdan Heydər Əliyev Siyasi Büro üçün geniş məruzə hazırladı. Məruzədə tikintinin sürətləndirilməsi üçün yeni ideya irəli sürərək onun həyata keçməsinə nail oldu.

SSRİ kimi böyük dövlətdə bürokratiyanın bu və ya digər işin görülməsinə necə böyük əngəllər yaratdığı tarixdən məlumdur. Magistral boyu səfər edən Heydər Əliyev Severomuysk tunelinin qazılması zamanı yeraltı çayın üzə çıxdığını öyrənir və dəmir yolunun bu ərazidən yan keçməsi fikrini irəli sürərək hazırladığı məruzədə bunu əsaslandırır. Heydər Əliyev məruzədə nəzərə çatdırır ki, tunelin inşasının davam etdirilməsi dövlətə böyük məbləğdə maliyyə itkisinə başa gələcək və nəticədə dəmir yolunun tikintisi sonu görünməyən vaxtadək uzanacaq. Fitri istedad sahibi olan və uzaqgörən dövlət xadimi Heydər Əliyevin irəli sürdüyü təşəbbüs Siyasi Büroda müzakirəyə çıxarılır, onun haqlı olduğu bildirilir və təklif qəbul edilir.

Dəmir yolunun tikintisi gedən əraziyə 10 gündən çox davam edən ezamiyyəti zamanı Heydər Əliyev rezin çəkmədə qurşağa kimi suyun və palçığın içinə girərək sadə fəhlələrlə görüşür, onlara ruh verirdi. Sovet dönəmində sadə adamların dövlətin yüksək səviyyəli rəhbərləri ilə belə görüşlərinə çox nadir hallarda rast gəlinirdi. Saatlarla hərbi vertolyotla sahədən-sahəyə baş çəkən Heydər Əliyev səhra şəraitində müşavirələr keçirir, işin gedişinə ciddi nəzarət edir, tövsiyə və tapşırıqlar verirdi.

Qeyd edək ki, Sovet İttifaqı üçün BAM-ın tikintisi çox mühüm əhəmiyyət kəsb edirdi. Sibir və Uzaq Şərqin təbii sərvətlərinin mənisənilməsində, ölkənin istehsal gücünün artırılmasında, dövlətin nəqliyyat arteriyasının dayanmadan işləməsində və ümumilikdə iqtisadiyyatın inkişafında bu dəmir yolu əvəzolunmaz rola malik idi. Heydər Əliyev yolun həm ölkə daxili, həm də beynəlxalq mahiyyətini analiz edərək tikintinin bu ərazilərdə yaşayan əhalinin də sosial vəziyyətinə nə qədər müsbət təsir göstərəcəyini nəzərə alırdı. Təsadüfi deyil ki, 2008-ci ildə BAM-ın 210-cu kilometrliyində yerləşən Anqoy stansiyası yenidən təmir edildi və ona Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı verildi. Ulkan və Anqoy qəsəbələrini Heydər Əliyevin azərbaycanlılardan ibarət formalaşdırdığı tikinti briqadaları inşa edib və magistral boyu salınan qəsəbələrdən 2 ay tez təhvil verilib.

Uzunluğu 4324 kilometr olan bu dəmir yolunun tikintisində 2 milyondan artıq insan iştirak edib, 2230 körpü, 8 tunel, 200 dəmir yolu stansiyası inşa olunub. Bu gün Rusiya Federasiyasının iqtisadi inkişafında əhəmiyyətli rol oynayan Sibir və Uzaq Şərqin təbii resursları məhz bu dəmir yolu ilə mərkəzi və Qərbi Rusiyaya, eləcə də xarici dövlətlərə ixrac edilir. Rusiyanın əsas neft-qaz yataqları, meşə və balıqçılıq, heyvandarlıq təsərrüfatları bu magistral boyunca yerləşir ki, bunların da daşınmasında, ixracında, eləcə də yerli xalqların maliyyə və sosial vəziyyətinin inkişafında BAM çox böyük rola malikdir. Bu magistralla ildə təxminən 180 milyon ton yük daşınır.

Rusiyanın vaxtilə insan ayağı dəyməyən, ucu-bucağı görünməyən əyalətlərində BAM hesabına bu gün müasir şəhərlər yaradılıb. Bu yol Rusiyanın tranzit sahəsində də inkişafına böyük təkan verib. Çin, Koreya Respublikası, Vyetnam, Hindistan və digər cənub Şərqi Asiya və Orta Asiya dövlətləri Avropa ilə ticarət əlaqələrini məhz BAM vasitəsi ilə qurublar. Rusiya mətbuatının yazdığına görə 2030-cu ilədək BAM daha 3,5 min kilometr uzadılacaq, yeni stansiyalar tikiləcək.

Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyevin BAM-ın tikintisindəki rolunu yüksək qiymətləndirən Rusiya Federasiyasının Prezidenti Vladimir Putin deyib: “Sovet İttifaqında çox nəhəng tikinti olan BAM Heydər Əliyevin adı ilə bağlıdır”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Striminq audiokitablar İsveç bazarında kağız kitabları əvəz edir

Fransa Analitika Mərkəzinin rəhbəri: Ermənistanı dəstəkləməklə Makron uğursuzluğa sərmayə qoyur

Almaniya silahlı qüvvələri yeni əsgər cəlb etməkdə çətinlik çəkir

İqdırda məktəblilər və müəllimlər erməni quldur dəstələrinin qurbanlarının xatirəsini yad ediblər

Xaçmazda bataqlığa düşən yeniyetmə axtarılır

İstanbulda İsrail-Fələstin qarşıdurmasının dayandırılması məqsədilə parlamentarilərin ilk iclası keçirilib

Türkiyə Superliqası: "Qalatasaray"dan növbəti qələbə

Sədaqət Hüseynova: Miqren irsi meyilliliyi olan xəstəlikdir

Qadın və kişi voleybolçuların Yüksək Liqasında üçüncü yer və final oyunlarının tarixləri bəlli olub

“Miqrenin diaqnostika və idarə edilməsində 10 addım” mövzusunda elmi konfrans keçirilib

“Doğma torpaq” filminin premyerası olub – Qarabağda çəkilən ilk bədii ekran əsəri

Misli Premyer Liqası: "Araz-Naxçıvan" - "Turan Tovuz" oyununda qalib müəyyənləşməyib

AMADA Xankəndidə antidopinq maarifləndirmə proqramı həyata keçirib

BDU-nun Qazax filialında “Müasir Azərbaycanın Demokratik Hüquqi Əsasları – Konstitusiyamız” mövzusunda intellektual yarış keçirilib

Məhkəmədə Ermənistanın törətdiyi Xocalı soyqırımı ilə bağlı dəhşətli videomateriallar nümayiş etdirilib

Bakıda türkiyəli rəssamın sərgisi açılıb

Azərbaycan-Gürcüstan əlaqələrinin güclənməsi regionun strateji əhəmiyyətini daha da artırır ŞƏRH

Madat Babayan Ermənistan silahlı qüvvələrinin tərkibində Xocalı soyqırımında iştirak etdiyini məhkəmədə etiraf edib

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib VİDEO

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib VİDEO

Qazi Universitetində Azərbaycanın “Konstitusiya və Suverenlik İli”nə həsr olunan açıq dərs keçirilib

Şərqşünaslıq İnstitutunda “Milli mübarizəmizin məntiqi nəticəsi - Konstitusiya və Suverenlik” mövzusunda respublika konfransı keçirilib

“Rəqəmsal gömrük və media” mövzusunda seminar keçirilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən layihələrlə tanış olublar YENİLƏNİB  VİDEO

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən layihələrlə tanış olublar YENİLƏNİB VİDEO

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib

Mingəçevir şəhərində yeni su layihəsinin icrası başa çatdırılıb

İlk rübdə dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları proqnozu 6,7 milyon manat üstələyib

Naxçıvanda probasiya qeydiyyatında olan şəxslərə hüquqi və psixoloji yardım göstərilib

Birinci sinfə elektron qeydiyyatla bağlı görüş keçirilib

® “Ziraat Bank” Azərbaycan 2025-ci ilin 1-cü rübünü mənfəətlə başa vurub

“İRS” jurnalının yunan dilində növbəti nömrəsi işıq üzü görüb

Azad olunmuş ərazilərin tikintisi və minalardan təmizlənməsinə I rübdə 830 milyon manatdan çox vəsait xərclənib

FHN-in İdman-sağlamlıq klubunda çoxnövçülük üzrə çempionata yekun vurulub

Buraxılış imtahanında 300 bal toplayan şagird: Hədəfim ölkəmizə həkim kimi fayda verməkdir

İmtiyazlı şəxslərdən ibarət 62 nəfər sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb

İqtisadiyyat nazirinin birinci müavini Gəncədə vətəndaşlarla görüşüb

Azərbaycanın dövlət borcu açıqlanıb

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 8 fevral tarixli 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sağlamlıq imkanları məhdud olan şəxslərin təhsili üçün xüsusi təhsilin dövlət standartları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qazaxıstan nümayəndə heyəti Azərbaycan HHQ-ni ziyarət edib

Böyük Britaniyada dəniz suyundakı karbonun çıxarılması məqsədilə layihəyə start verilib

Hökumətin hesabatının Ali Məclisin komitə iclaslarında müzakirəsi başa çatıb

Milli Məclisin sədri Sankt-Peterburqda faşizm üzərində Qələbənin 80 illiyi ilə bağlı tədbirlərdə iştirak edib

FHN: İntensiv yağışlarla əlaqədar yaranmış fəsadların nəticələri aradan qaldırılır

Dövlət sərhədində müşahidə edilən PUA zərərsizləşdirilib

Aqrar Universitet ilə “AzerBlast” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

Baş Prokuror Milli Aviasiya Akademiyasında “Rəqəmsal dövr və hüquq: Yeni çağırışlar” mövzusunda mühazirə oxuyub

Sosial müdafiə və məşğulluq proqramları bu il daha da genişləndiriləcək

® ABB-dən yeni rəqəmsal yığım hesabı və əlavə qazanc fürsəti

Bu ilin ilk rübündə dövlət büdcəsi 1,7 milyard manatlıq profisitlə icra olunub

Yanğına qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyi artırılır - Şəkidə regional müşavirə

MDB PA-nın iclasında Azərbaycan xalqının faşizm üzərində Qələbədə rolundan danışılıb

Şirvanda topdansatış mağazasında saxta spirtli içkilər aşkarlanıb

Gürcüstan-Azərbaycan dostluğu və strateji tərəfdaşlığı xüsusi və nümunəvidir ŞƏRH

İmişlidə keçirilən əmək yarmarkasında 150-ə yaxın vakansiya təqdim olunub

İntizam Komitəsinin qərarı ləğv edilib, iş əlavə araşdırılması üçün geri qaytarılıb

Azərbaycan və Türkiyənin Hərbi Dəniz Qüvvələri arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

Kənd təsərrüfatı naziri Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Cansız əşyalara həyat verən kukla ustaları - REPORTAJ

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü: Əcnəbi turistlərin Qobustan haqqında təəssüratları

® “Ziraat Bank Azərbaycan” regionlardakı fəaliyyətini genişləndirir

“Qarabağ” həndbol klubundan ölkə çempionatında növbəti qələbə

Tacikistan səfiri: İstəyirik ki, yerli əhali və əcnəbilər Qarabağın yeni simasını görə bilsin

Nazirlik: Əmək müqavilələrini “e-sosial” portalının mobil tətbiqi vasitəsilə imzalamaq mümkündür

Nazir: Moldova Azərbaycan qazının idxalına ciddi maraq göstərir – MÜSAHİBƏ

“Tarixi abidələrin qorunması, bərpası ənənəsinin davamı” mövzusunda tədbir keçirilib

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə mediatur və seminar təşkil olunub

Beynəlxalq Xalça Festivalının rəsmi saytı istifadəyə verilib

Prezident İlham Əliyev Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Almaniya silahlı qüvvələrində xidmət etmək istəyənlərin sayı artır

Azərbaycanın pravoslav xristian icmasına

Diplomatik korpusun nümayəndələri Şuşa şəhəri ilə tanış olublar VİDEO

Diplomatik korpusun nümayəndələri Şuşa şəhəri ilə tanış olublar VİDEO

Görkəmli memar Fikrət Hüseynovun xatirəsinə həsr olunan elmi-praktik konfrans keçirilib

Fövqəladə hallar naziri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyəcək

Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Ürəyin qanı ilə” adlı sərgi açılıb

BMU-da “Qədim Alban yolu” kitabı və saytının təqdimatı olub

“Elektron Bələdiyyə” portalının təqdimatı olub

“Xanların şəcərəsi”: Qazax əlyazması dünya irsinə daxil edilib

Milli Məclisin sədri MDB PA-nın Şura və 58-ci plenar iclaslarında iştirak edib

“Beşiktaş”ın müdafiəçisi sıradan çıxıb

Dubayda keçirilən beynəlxalq konfransda azərbaycanlı şərqşünasın məruzəsi dinlənilib

Yaponiya Ukraynaya təqribən 3 milyard dollar kredit verəcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın yeni tərkibi seçilib

Aİ iqlim dayanıqlığı və su təhlükəsizliyi layihələrinə 86 milyon avro investisiya qoyur

Milli Kitabxanada “Bəxtiyar Vahabzadə-100” adlı metodik vəsait hazırlanıb

Ağcabədidən Kiyevə qədər gələn yol – Ukraynada çalışan azərbaycanlı vəkillə MÜSAHİBƏ

PSJ gənc futbolçusu ilə müqavilə müddətini uzadacaq

Qubanın 7 kəndinin rayon mərkəzi ilə əlaqəsi kəsilib – yolun açılması üçün tədbirlər görülür VİDEO

Qubanın 7 kəndinin rayon mərkəzi ilə əlaqəsi kəsilib – yolun açılması üçün tədbirlər görülür VİDEO

Naxçıvanda istehlakçılara 2,6 milyon manat ƏDV məbləği geri qaytarılıb

Qəhvəyi mərmər bağacığına qarşı tədbirlər davam etdirilir

“E-Şikayət” platformasına indiyədək 6 minə yaxın müraciət daxil olub

Kəngərlidə Milli Müdafiə Universitetinin təhsil müəssisələrinə qəbulun təşviqi ilə bağlı görüş keçirilib VİDEO

Kəngərlidə Milli Müdafiə Universitetinin təhsil müəssisələrinə qəbulun təşviqi ilə bağlı görüş keçirilib VİDEO

“HÜMA” incəsənət qalereyasında Anatoli Buzayevin sərgisi açılıb

“YAŞAT” Fondunun 1-ci intellektual marafonu başlayıb

Buraxılış imtahanında maksimum bal toplayan şagird uğurunun sirrini açıqlayıb VİDEO

Buraxılış imtahanında maksimum bal toplayan şagird uğurunun sirrini açıqlayıb VİDEO

Hematoloq: Cəmiyyətin talassemiya haqqında məlumatlandırılması xəstəliyin yayılmasının qarşısını alır

Professor Fərid Ələkbərlinin biblioqrafiyası çap olunub

Dünya mediası: Azərbaycanda nadir tapıntı aşkarlanıb

Marko Rubio: Fransa, Almaniya və Böyük Britaniya Ukraynada sülhə kömək edə bilər

İsveçdə dövlət qulluqçuları iqlim naminə anonim şəbəkədə birləşirlər

Bu ilin ilk rübündə DOST xidmətlərindən 213 min vətəndaş faydalanıb

Diplomatik korpusun nümayəndələri Şuşa şəhərinə gəliblər