CƏMİYYƏT
Soyğunçuluqda və narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb
Bakı, 23 noyabr, AZƏRTAC
Soyğunçuluqda şübhəli bilinən Bakı şəhər sakini R.Məmmədov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində noyabrın 22-də Binəqədi qəsəbəsi ərazisində qəsəbə sakini M.Əliyevanın içərisində 235 manatı olan pulqabısını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakini R.Məmmədov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində isə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən A.Babayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 5 qramdan artıq metamfetamin aşkar edilib.
Onun yaşadığı evdən isə əlavə olaraq 69 qrama yaxın heroin və 38 qramdan artıq metamfetamin aşkar edilərək götürülüb.