DÜNYA
Sözün düzünü demək nə vaxtdan satqınlıq hesab edilir
Bakı, 22 may (AZƏRTAC). Tarix boyu anti-smit ruhda böyümüş ermənilərin faşizmlə əlaqələri tarixin ən qaranlıq səhifələrindəndir. Türkiyə və İrandan fərqli olaraq ermənilər İkinci Dünya müharibəsində faşistlərlə sıx əlaqədə olmuşlar. Lakin erməni tarixinin bu səhifəsi o qədər də yaxşı tədqiq edilməmişdir.
“New- York Tayms” qəzetində 1941-ci il 24 iyul tarixli nömrəsində dərc edilən və müəllifi Rey Brok olan “Faşistlər İran ermənilərini qızışdırır” sərlövhəli məqalədə “böyük Ermənistan” ideyası ilə alışıb yananların faşistlərlə əlaqələrinə az da olsa aydınlıq gətirmişdir. Bu məqalə Fransada fəaliyyət göstərən “Avropada erməni demokratları kollektivi” təşkilatının saytında yerləşdirilmişdir.
Müəllif yazmışdır: “Tehrana soxulmuş alman agentləri erməniləri qızışdıraraq hökumət əleyhinə qaldırmışlar. Diplomatik mənbələrin xəbərinə görə, faşistlər ermənilərə bu gün pul, sabah-yəni müharibə qurtardıqdan sonra isə “böyük Ermənistan” vəd etmişlər. Ermənilər faşistlərin köməyi ilə Azərbaycan və İranın bir hissəsini işğal edərək “böyük Ermənistan” qurmağı xəyal edirlər. Erməni təbliğatını və terrorçuluq hərəkətlərini isə Almaniya maliyyələşdirir. Ermənilərdən əsasən sərhəd zonalarında çaxnaşma yaratmaq üçün istifadə olunur. Son bir həftədə Suriya və Türkiyə sərhədlərində iğtişaşlar törədənlər də ermənilərdir”.
Bu, 1941-ci ildə dərc edilən məqalənin bir hissəsidir.
Qeyd etmək lazımdır ki, bu təşkilatın nümayəndələri vaxtaşırı Ermənistan tərəfdən təzyiqlərə məruz qalırlar. Daşnaksutyun partiyası isə “Avropada erməni demokratları kollektivi” təşkilatını satqın adlandırır. Görəsən sözün düzünü demək nə vaxtdan satqınlıq hesab edilir.