İQTİSADİYYAT
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ekologiya ilə bağlı 4, dövlət standartı və metrologiya ilə bağlı üç rəhbəredici sənədi təsdiq etmişdir
Bakı, 26 may (AZƏRTAC). Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) Ekologiya üzrə Texniki Komitə tərəfindən təqdim edilmiş "Ətraf mühitin idarə olunması. Ekoloji səmərəliliyin qiymətləndirilməsi", "Torpağın keyfiyyəti-torpağı qeydiyyata almaq üçün format və ərazi haqqında məlumat", "Ətraf mühitin mühafizəsi. Atmosfer havası. Atmosfer havasında azot oksidlərinin naftiletilendiaminlə spektrofotometrik metodla təyini", "Ətraf mühitin mühafizəsi. Atmosfer havası. Atmosfer havasında tozun (asılı bərk hissəciklərin) qravimetrik metodla təyini" dövlət standartlarını təsdiq etmişdir.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bundan başqa, SMPDK-nin müvafiq əmri ilə metrologiya şöbəsi tərəfindən işlənib təqdim edilmiş RS 023-2011 "Ölçmə vasitələri üçün iyerarxiya sxemlərinin yaradılması prinsipləri", RS 024-2011 "Etalonlar. Seçmə, tanınma, tətbiq edilmə, saxlanılma və sənədləşdirmə", RS 025-2011 "Metroloji nəzarətin prinsipləri" rəhbəredici sənədlər də təsdiq olunmuşdur.