Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

SÜLEYMAN DƏMİRƏL: HEYDƏR ƏLİYEV AZƏRBAYCAN ÜÇÜN BÖYÜK BİR ŞANSDIR TÜRKİYƏNİN SABİQ PREZİDENTİ SÜLEYMAN DƏMİRƏLİN AZƏRBAYCAN TELEVİZİYASINA MÜSAHİBƏSİ

Türkiyə Respublikasının 9-cu prezidenti, xalqımızın

böyük dostu cənab Süleyman Dəmirəl Ankarada

Azərbaycan televiziyasının müxbirinə müsahibə

vermişdir. Həmin müsahibənin mətnini oxuculara

təqdim edirik.

MÜXBİR: Hörmətli cənab Süleyman Dəmirəl, bu gün bizi qəbul etdiyinizə görə Sizə təşəkkürümüzü bildiririk. İcazənizlə, ilk sualım Türkiyə və Azərbaycan üçün çox önəmli olan Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz boru kəmərlərinin layihələri ilə bağlıdır.

Türkiyə, Gürcüstan və Azərbaycan dövlət başçılarının iştirak etdikləri Trabzon zirvə görüşündə hörmətli cənab Şevardnadze Prezident Heydər Əliyevin neft siyasətini, xüsusilə də Bakı-Tbilisi-Ceyhan layihəsinin dəstəklənməsini qəhrəmanlıq adlandırdı. Bu layihənin həyata keçirilməsində Sizin də çox böyük əməyiniz vardır. Bunu Sizin necə dəyərləndirdiyinizi öyrənmək istərdik.

SÜLEYMAN DƏMİRƏL: Baki-Tbilisi-Ceyhan boru xətti, sadəcə, ticarət məqsədlərinə xidmət edən bir layihə deyildir. Hətta, yalnız təkcə ticarətə xidmət edən layihə olsa belə, çox parlaq layihədir.

Bu boru xətti, eyni zamanda Aktaudan başlayan xətt, yəni Aktau-Bakı-Tbilisi-Ceyhan boru xətti olacaqdır. O, Avropaya açılan qapı olan Türkiyəni Qafqaz və Orta Asiya ilə birləşdirən layihələrdən biridir. Həqiqətən Türkiyə, Gürcüstan, Azərbaycan və Qazaxıstanın böyük bir layihədə birləşməsi bölgəmizdəki sülh, sabitlik baxımından çox dəyərlidir.

Hörmətli prezident, dəyərli qardaşım Heydər Əliyevin bu işdə çox böyük rolu vardır. Layihə uzun müddət davam edən işlərdən sonra bu gün həyata keçirilməkdədir. Qısa müddətdə boru kəmərinin inşasına başlanacaqdır. Bu hadisəni çox böyük sevinclə gözləyirəm.

MÜXBİR: Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəmərləri ilə bağlı layihə işləri demək olar ki, artıq son mərhələyə çatmışdır. Bunu siz də söylədiniz. Gələcəkdə həmin boru xətlərinin təhlükəsizliyi son dərəcə böyük əhəmiyyət daşıyır. Bu, Trabzon zirvə görüşündə də gündəliyin əsas məsələsi idi. Bu barədə Sizin düşüncələrinizi bilmək istərdik.

SÜLEYMAN DƏMİRƏL: Təbii ki, bölgəmizdə bəzi problemlər vardır. Amma boru xətlərinin Türkiyə hüdudları çərçivəsində çəkiləcək hissəsinin təhlükəsizliyi ilə bağlı heç bir narahatlıq yoxdur.

Necə ki, Kərkükdən Ceyhana qədər uzanan, 100 milyon ton neft nəql etmək imkanına malik olan boru xəttində təhlükəsizlik təmin olunur, bu kəmərin də təhlükəsizliyi ilə bağlı heç bir narahatlıq yoxdur.

Mənim fikrimcə, yaxın vaxtlarda inşasına başlanacaq kəmərin ilk dövrdə təhlükəsizliyi ilə əlaqədar çətinlik olmayacaqdır. Kəmərin Gürcüstan və Azərbaycan sərhədləri daxilindəki hissələri ilə əlaqədar lazımi tədbirlər görüləcəkdir.

SUAL: Məsələyə 11 sentyabr hadisələri baxımından yanaşsaq, Türkiyə, Azərbaycan, Gürcüstan - üç qonşu, qardaş dövlət arasındakı bu yaxınlaşmanı antiterror koalisiyası nöqteyi-nəzərindən necə dəyərləndirirsiniz?

CAVAB: Onsuz da bu dövlətlər öz siyasətlərində terrorla birgə mübarizəyə mühüm yer ayırır, lazımi addımlar atırlar. Bu üç ölkə arasında həm də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində terrorla birgə mübarizə layihəsi qəbul edilmişdir. Bu məsələdə niyyətlərin təzələnməsindən məmnunluq duyuruq.

SUAL: Türkiyə və Azərbaycan Ermənistanın yeritdiyi siyasətin terrorçu siyasət olduğunu bütünlüklə dünya ictimaiyyətinin nəzərinə nə vaxt çatdıra biləcəkdir?

CAVAB: Görünür, bu iş bir az vaxt tələb edəcəkdir. Çünki dünyada ermənilərin güçlü lobbisi, diasporu var. Ermənistandan kənardakı ermənilərin güclü diasporu var. Bu diaspor dostluqdansa “keçmişin hayıfını çıxmaq” kimi yalnış siyasət yeridir. Gördüyü işlər də göz qabağındadır. Qarabağdan və ətraf bölgələrdən 1 milyondan çox Azərbaycanlı soydaşlarımızı doğma yurdlarından çıxararaq məhrumiyyətlərə düçar etmişlər. Bütün bunlara baxmayaraq, dünyanın buna göz yumub, erməni lobbisinin təsiri ilə hər şeyə tərsinə baxması bir həqiqətdir. Bundan məyus olmamaq və həqiqəti dünyaya anlatmaq lazımdır.

SUAL: İcazənizlə, Sizə həssas bir məsələ ilə bağlı sual vermək istəyirəm. Sizin prezidentlik dövrünüzdə işlətdiyiniz bir ifadə vardı: “Türkiyə və Ermənistan sərhədlərinin açarları hörmətli Heydər Əliyevin cibindədir. Azərbaycanın, Heydər Əliyevin razılığı olmadan, iki ölkə arasındakı sərhəd açılmayacaqdır”. Təəssüf ki, bəzi dövlət adamları, rəsmi şəxslər vədlərini yerinə yetirmirlər. Məsələn, İstanbul ilə Yerevan arasında həftədə ən azı 3 dəfə təyyarələr uçur. Bu azmış, İstanbul hava limanında Ermənistanın hava yollarının rəmzi kimi Ararat dağının şəkli göstərilir. Halbuki, bir az keçmişə nəzər salsaq, Tansu Çillər baş nazir olduğu dövrdə H-50 dəhlizini açdırdı. Guya ermənilər bunun əvəzində bir addım güzəştə getməli idilər. Ancaq bunların heç biri olmadı. Bunu siz necə dəyərləndirirsiniz?

CAVAB: Burada incikliyə heç bir əsas yoxdur. Türkiyə Azərbaycanı narahat edəcək heç nəyə yol verməz və verə də bilməz. Türkiyə ictimaiyyəti buna imkan verməz. Deyilənləri də Türkiyənin Azərbaycana dəstək verməkdən uzaqlaşaraq, Ermənistana yaxınlaşması kimi qəbul etmək mümkün deyildir. Bəzi fikir ayrılıqları ola bilər. Amma nəticədə Azərbaycanı narahat edəcək heç nə ola bilməz.

SUAL: Ancaq son zamanlar Türkiyə mətbuatında Ermənistanla münasibətlərin yumşalmaya meyilli olduğunu göstərən yazılar dərc edilir. Erməni əsilli kanadalı rejissor Atom Eqoyan “Ararat”, yəni “Ağrıdağ” adlı film çəkib və onlar cəsarət edərək, filmin ilk nümayişini Türkiyədə keçirmək istəyirlər.

İstanbulda nəşr olunan “Aqos” qəzetinin baş yazarı Qrant Drinq Türkiyə ilə Avropa Birliyi arasındakı əlaqələri bəhanə gətirərək, bəzi mənfi fikirlər yürüdür. Bu məsələlərə, xüsusilə də Türkiyə mətbuatında Ermənistanla bağlı yazılara, Ermənistan mövzusuna çox Yer verilməsinə münasibətinizi bilmək olarmı?

CAVAB: Təbii ki, türk mətbuatında bir çox müxtəlif cərəyanlar vardır. Yenə də vurğulamaq istəyirəm ki, mahiyyət etibarilə Azərbaycanın düçar olduğu haqsızlığa Türkiyədə göz yuma biləcək heç bir cərəyan ola bilməz. Bunların hamısı müvəqqəti haldır. Hadisələrin mahiyyətinə baxmaq lazımdır. Azərbaycanı narahat edəcək, ölkənizin əleyhinə olacaq hər hansı bir işə qatılmaq mümkün deyildir. Türkiyə Azərbaycanı narahat etməz.

SUAL: Trabzondakı son zirvə görüşünü xatırladıq. Bunun ardınca, Türkiyənin ədliyyə naziri hörmətli Hikmət Sami Türk Azərbaycanda səfərdə oldu. İndi, Sizinlə müsahibə apardığımız anda baş nazirin müavini hörmətli Dövlət Baxçalının Bakıya səfərinin üçüncü günüdür. Sizin qoyub getdiyiniz Azərbaycan-Türkiyə əlaqələri və iki ölkənin bugünkü münasibətləri arasında nə kimi fərq görürsünüz? Bugünkü siyasətçilər Türkiyənin Azərbaycanla bağlı siyasətində Sizdən sonra yaranmış boşluğu tam doldura bilirlərmi?

CAVAB: Doldura bilmirlər desəm, bir tərəh alınar. Doldurmaları lazımdır. Bizim münasibətlərimiz şəxsi münasibətlərdən daha çox ölkələr, xalqlar və dövlətlər arasındakı münasibətlərdir.

Türkiyədə kimlərin hakimiyyətdə olmasından asılı olmayaraq, həmin qüvvə Azərbaycanla Türkiyə arasında mehriban münasibətlərdən imtina edə bilməz. Bu münasibətlər yaxşıdır və belə də qalacaqdır. Amma hər kəsin öz üslubu var. Mənim yanaşmamla başqasınınkı arasında fərq ola bilər. Yenə də deyirəm, işin mahiyyəti budur ki, Türkiyə ilə Azərbaycan bir millətin iki dövləti kimi öz yollarını davam etdirəcəklər.

SUAL: Bir az da daxili siyasətlə bağlı, Məmməd Əli Bayarla əlaqədar sual vermək istəyirəm. Deyəcəksiniz ki, Azərbaycan televiziyası nə üçün Məmməd Əli Bayarla maraqlanır. Həmin şəxs ilk diplomatik fəaliiyyətinə Bakıda səfir müavini kimi başlamışdı. Ona görə də Azərbaycan ictimaiyyəti onu yaxşı tanıyır və maraqlanır ki, Demokratik Türkiyə Partiyasının rəhbərliyinə gəldikdən sonra o, nə dərəcədə uğur qazana biləcəkdir? Bu sualı başqa bir səpgidə qoysaq, ictimaiyyət arasında hörmətli Süleyman Dəmirəlin varisi kimi tanınan bu şəxs siyasətdə özünə nə dərəcədə uğur qazana biləcəkdir?

CAVAB: Təbii ki, mən gündəlik siyasətdən kənardayam. Amma Məmməd Əli Bayarın mənimlə yaxınlığı var. Bu o demək deyil ki, o, mənim varisimdir. Onun atası ilə birlikdə siyasətlə məşğul olmuşuq. Özü mənim prezidentliyim dövründə müşavir vəzifəsində işləmişdir. Son dərəcə kamil və dəyərli bir insandır.

Türk siyasətində həddindən çox mühüm cərəyanlar, boşluqlar var. Mən Türkiyəyə xidmət edən hər kəsə, o cümlədən Məmməd Əli Bayara da müvəffəqiyyətlər arzulayıram. Onun müvəffəqiyyət qazanması, Türkiyənin siyasətinə sabitlik gətirməsi baxımından çox mühümdür. Türkiyə sabitlik axtarır. Təbiidir ki, Məmməd Əli Bayarın Azərbaycanda ilk səfir müavini vəzifəsində işləməsi mühümdür. O, öz vəzifəsini layiqincə yerinə yetirmişdir. Azərbaycan xalqını yaxından tanıması, xalqla qaynayıb qarışması sevindirici haldır. Baxarıq, hadisələr necə inkişaf edəcəkdir.

SUAL: Mitçel komissiyası ilə bağlı sual vermək istəyirəm. İsrail ilə Fələstin arasında bitmək bilməyən bu münaqişənin həlli ilə bağlı Türkiyə diplomatiyasının vasitəçilik təşəbbüsləri var. Həmin komissiyada Sizin üzərinizə düşən mühüm vəzifə ilə əlaqədar məlumat verərdinizmi?

CAVAB: Mitçel komissiyasının tövsiyələri yerinə yetirilsəydi, qan tökülməzdi. Bu gün yenə 17 nəfər həlak olub. Qan tökülməsi davam edir. Hər iki tərəf haqsızdır. Bir tərəf “kamikadze” hücumları ilə günahsız dinc insanların qanını tökür. Bu dinc insanlar israillilərdir. Ancaq qanı tökülən insanların qisasını almaq üçün İsrail ordusu digər dinc insanların qanını tökür. Hər ikisi yanlışdır, səhvdir. Bizim tövsiyə etdiyimiz - bu qan tökülməsini qeyd-şərtsiz dayandırmaq tələbidir. Ondan sonra qarşılıqlı etimadı bərpa etmək və masa arxasına əyləşib danışıqlara başlamaq lazımdır. Bunu etsəydilər, indiki çətinliklər olmazdı.

Əvvəl-axır, onsuz da bu, baş verəcəkdir. Nə yəhudilər fələstinlilərin, nə də fələstinlilər yəhudilərin axırına çıxa bilər. Birgə yaşamağa məcburdurlar. Bunu nə qədər tez anlasalar, bir o qədər yaxşı olar. Mitçel komissiyasının hesabatındakı tövsiyələr qalır. Bundan başqa görüləsi iş yoxdur.

SUAL: Bu gün mayın 8-dir. Bəzi jurnalistlərə çatan xəbərlərə görə, Siz artıq bu gün - sabah Bakıda olmalıydınız. Çünki mayın 10-u, Sizin təbirinizcə desək, dostunuz -qardaşınız Heydər Əliyevin anadan olduğu gündür. Azərbaycanda və Bakıda Sizi gözləyirlər. Lakin Siz Ankaradasınız. Tez-tez səyahət edirsiniz. Bir gün əvvəl Aydında, sonra İstanbulda idiniz. Bugünkü proqramınızda da bir sıra görüşlərdə, açılışlarda iştirakınız və çıxışınız nəzərdə tutulur. Nə səbəbə mayın 10-da Bakıya gedə bilmədiniz?

 

CAVAB: Ümumiyyətlə, təbriklər həyəcanlı vəziyyətdə edilir. Bu işin rəsmi tərəfi var. Mən hörmətli Əliyevi telefon vasitəsilə təbrik etdim. Ona cansağlığı, gözəl günlər arzuladım. Bu gün də arzulayıram. Ayın 10-da da zəng edəcəyəm. Hörmətli Əliyevi təbrik etməyim nə vaxt istəsəm, olar. Rəsmi təbrik günləri keçdikdən sonra, münasib vaxtda Azərbaycana səfər edəcəyəm. Elə həmin səfər zamanı təkcə Bakını deyil, digər yerləri də görmək istəyirəm. Bir neçə gün ərzində Azərbaycandakı soydaşlarımızla, qardaşlarımızla qucaqlaşmaq istəyirəm. Bunu daha sakit bir vaxtda istəyirəm. Mən əziz qardaşım, hörmətli Heydər Əliyevə cansağlığı, xoş günlər diləyirəm. O, Azərbaycan üçün bir şansdır, Azərbaycan üçün tarixdir. Bu qədər çox təcrübəli, dünyada tanınmış bir şəxsiyyət olaraq böyük xidmətlər göstərmişdir və göstərməkdə davam edir. Azərbaycanda sabitlik yaratmışdır. Xalqın əmin-amanlığına, rifahının yaxşılaşmasına kömək edən çox böyük addımlar atmışdır.

Neft strategiyasını yenidən meydana çıxarması xalqınızın rifahının yaxşılaşması üçün də çox mühüm addımdır. Azərbaycan hər sahədə tərəqqi etməyə istiqamət götürüb və dünyada özünə layiqli yer tutmuşdur. Azərbaycan xalqına əmin-amanlıq, rifah, xoşbəxtlik və sevgi dolu günlər arzulayıram.

Hörmətli Heydər Əliyevə mən də, həyat yoldaşım da gözəl günlər diləyirik. Ad gününü təbrik edirik.

SUAL: Dörd-beş gün əvvəl Sizin evinizdə Sumqayıt və Gəncənin adını çəkmişdiniz. Hörmətli Prezident Heydər Əliyev ilə Sizin dostluğunuz 1967-ci ilə gedib çıxır. Siz o zaman baş nazir ikən Azərbaycana ilk dəfə gələrkən Sumqayıtı da görmüşdünüz. İndi Qafqazı, o cümlədən Sumqayıtı, Gəncəni gəzmək fikrinə düşmüsünüz?

CAVAB: Bəli, Gəncəni, Azərbaycanın o hissəsini görmək istəyirəm. Naxçıvana daha öncə getdim, oranı tanıyıram. Amma istər Xəzər dənizi sahillərini, istərsə də respublikanın daxilindəki bölgələri bir az görmək istəyirəm.

SUAL: Çox təşəkkür edirəm.Bu fürsətdən istifadə edib hörmətli prezidentimizi təbrik etdiniz. Bizə çox mühüm məlumatlar verdiniz. Son olaraq Azərbaycan xalqına nələr söyləmək istərdiniz?

CAVAB: Bu fürsətdən istifadə edərək, Azərbaycan xalqına, qardaşlarımıza sevgilərimi və ehtiramımı yetirmək istəyirəm. Onlara məmnunluq diləyirəm. Türkiyə-Azərbaycan dostluğu əbədidir və heç bir şərtlə bağlı deyildir. Bir millətin iki dövləti olaraq, həmişə işbirliyi içərisində olacağıq və unutmayacağıq ki, yüksələn bayraq enməz.

Azərbaycanın müstəqilliyi xalqa, ölkəyə çox uğurlar gətirmişdir. Ötən on ildə ölkənizdə çox böyük inkişaf olmuşdur və gələcəkdə daha böyük nailiyyətlər əldə edəcəksiniz, gələcəyə inamla, ümidlə baxacaqsınız. İki qardaş ölkə əslində eyni taleyi yaşamışdır. Bundan sonra da bir-birinə kömək və arxa olacaqdır. Azərbaycandakı qardaşlarımı qucaqlayıram.

MÜXBİR: Sizə təşəkkür edirəm.

SÜLEYMAN DƏMİRƏL: Mən də sizə təşəkkür edirəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli Hidrometeorologiya Xidməti: hava məlumatlarını diqqətlə izləyin, xəbərdarlıqlara əməl edin!

“Strateji araşdırmalar və dövlət müdafiəsi idarəetmə akademik kursu”nun buraxılış mərasimi keçirilib

Xaricə köçən milyonçuların sayına görə çinlilər liderlik edir

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Havanın çirklənməsi son 40 ildə 135 milyon insanın həyatına son qoyub

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

ABŞ və Çin nüvə silahı məsələlərinə dair qeyri-rəsmi məsləhətləşmələr aparıblar

Qırğızıstanda avtomobilin gölə düşməsi nəticəsində 6 uşaq ölüb

Qubada 2 tondan çox çətənə kolu aşkarlanaraq yandırılıb

Kanada Çin elektrik avtomobillərinə tariflər tətbiq etməyə hazırlaşır

Şimali Koreya əsgərləri yenidən demarkasiya xəttini keçməyə cəhd ediblər

Rumıniya Cənubi Koreyadan 920 milyon dollar dəyərində özüyeriyən haubitsa alacaq

Bu gün riyaziyyat və xarici dil müəllimləri sertifikatlaşdırma imtahanı verəcəklər

Yaponiyada son üç ayda əcnəbi turistlərin sayı ardıcıl olaraq 3 milyon nəfəri ötüb

Autizmin arxasında neandertal genləri ola bilər

İsveçdə “Midsommar” bayramı qeyd olunur

BMT-nin eksperti: Müstəmləkə ərazilərinin nümayəndələrini bir araya toplamaq çox yaxşı təşəbbüsdür

Görmə qabiliyyəti demensiyanı 12 il əvvəldən xəbər verə bilər

Bakı Təşəbbüs Qrupu BMT-də müstəmləkəçiliyə dair beynəlxalq konfrans keçirib YENİLƏNİB

Rusiya və Azərbaycan qanunvericilik orqanları arasında əməkdaşlıq üzrə parlamentlərarası komissiyanın iş planı imzalanıb

Avro-2024: İtaliya millisini məğlub edən İspaniya 1/8 finala yüksəlib

“OneSXM” Assosiasiyasının rəhbəri: Biz artıq Sent-Martinin müstəmləkə olmasını istəmirik

Azərbaycana yay fəsli daxil oldu

Cənubi Koreya Ukraynaya silah tədarükü məsələsini yenidən nəzərdən keçirəcək

Cəbrayılda mina hadisəsi baş verib, xəsarət alan var

Britaniyanın maliyyə naziri partiyasının seçkilərdə qələbə qazanacağına inanmır

Sərgüzəştlər, istirahət və unudulmaz təəssüratlar: Şahdağda yay mövsümü açılıb REPORTAJ

İcraçı direktor: Bakı Təşəbbüs Qrupu müstəmləkə regionlarının azadlıq mübarizəsini dəstəkləməyə davam edəcək

Avro-2024: İngiltərə millisi Danimarka komandası ilə bacarmayıb

Güclü külək Tərtər rayonuna da ziyan vurub

BMT-də Yeni Kaledoniyada öldürülən mülki şəxslərin xatirəsi anılıb

Külək Yevlaxda fəsadlar törədib

Belarus Xalq yazıçısı Vasil Bıkovun anadan olmasının 100 ili tamam olur

Milli İncəsənət Muzeyində “Vəcihə Səmədova 100: sənətkar ömrünün səhifələri” adlı sərgi açılıb

Yazıçı Adil Quliyevin “Xüsusi təyinatlı” romanının təqdimatı keçirilib

Qərbi Azərbaycan İcması Ermənistanı qovulmuş azərbaycanlıların qayıdışına şərait yaratmağa çağırıb

Mədəniyyət Nazirliyi Çində keçirilən Asiya Mədəni İrs Alyansının 2-ci Baş Assambleyasında uğurla təmsil olunub

Azərbaycandan 129 nəfər Macarıstanın nüfuzlu universitetlərində təqaüdlə təhsil alacaq

Latviyada Azərbaycana həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Erməni səfir ABŞ-ı təhdid edir

Hazırda ölkənin qərb rayonlarında güclü külək əsir - Faktiki hava

Beyləqanda yol qəzası: iki nəfər ölüb, iki nəfər yaralanıb

Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə istiqamətində təşəbbüslərinin həyata keçirilməsində əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycanda ilk dəfə keçirilən Beynəlxalq Qurama Festivalının açılış mərasimi olub

“Humanitar elmimiz müasir texniki tərəqqi müstəvisində” mövzusunda konfrans keçiriləcək

Gürcüstanda keçiriləcək parlament seçkilərində bir sıra yeniliklər tətbiq olunacaq

Budapeştdə bəstəkar Eldar Mansurovun yaradıcılıq gecəsi keçirilib VİDEO

Aprel-may aylarında müxtəlif avadanlıqlara xüsusi icazə verilməsi üçün 10 mindən çox müraciət edilib

İnformatika və coğrafiya fənləri üzrə iyunun 9-da keçirilmiş əlavə imtahanın nəticələri açıqlanıb

Bu il Türkiyədə elektromobil satışı 2,5 dəfədən çox artıb

Aqrar Xidmətlər Agentliyinin sədri Yardımlıda vətəndaşların müraciətlərini dinləyib

Boris Conson yeni kitabının işıq üzü görəcəyi tarixi açıqlayıb

Malayziyada təqaüdlə təhsil almaq imkanı

Misirli ekspert: Azərbaycan Yaxın Şərq regionunda çox mühüm iqtisadi oyunçuya çevriləcək - MÜSAHİBƏ

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Serbiya şirkətinin məhsulları ilə tanış olub

Milli Məclisdə “Sağlam ailə modeli və nikah hüququ” mövzusunda ictimai dinləmə keçirilib

Qazaxıstan və Çin Transxəzər beynəlxalq nəqliyyat marşrutunun inkişafını genişləndirir

Fransa Bakı Təşəbbüs Qrupunun BMT-də keçiriləcək tədbirində iştirak edəcək bəzi şəxsləri hava limanından buraxmayıb VİDEO

Xaçmazın Palçıqoba kəndində yeni məktəb binası inşa olunub

Azərbaycanın yunan-Roma güləşçiləri BRICS Oyunlarını 6 medalla başa vurublar

Sabah Abşeron çimərliklərində dəniz suyunun temperaturu nə qədər olacaq?

Avro-2024: Sloveniya millisi son dəqiqədə qələbəni əldən verib

“COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantının ikinci günü yekunlaşıb

Aİ 14-cü sanksiyalar paketi çərçivəsində 69 nəfəri qara siyahıya salacaq

Şotlandiyanın Cənubi Ayrşir inzibati ərazi vahidindən heyvandarlıq məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyulub

Odessa merinin müavini: Müharibə başlayan kimi Azərbaycan dərhal öz yardımını etdi VİDEO

Baş konsul Birey Yılmazsoy: Odessada Azərbaycan icması ilə sıx əməkdaşlığımız var VİDEO

“SABAH” qrupları layihəsinin magistratura səviyyəsində müəllimlərin işə qəbulu aparılır

Hande Harmancı: Bütün inkişaf səylərində sağlamlıq bir nömrəli prioritet olmalıdır

Avropa Komissiyasının Enerji üzrə Baş Direktorluğu COP29 zamanı birgə tədbirlərin keçirilməsini təklif edib

Xidmət rəisi: Qeyri-sabit hava şəraitinin davam edəcəyi ehtimalı var

Abşeron gənclərinə narkomaniyanın zərərləri haqqında məlumat verilib

İqtisad Universitetinin ilk rektoru olmuş Mehdi bəy İsmayılovun xatirəsi anılıb

Kirayə mexanizmi ilə 400-ə yaxın yeni mənzil satışa çıxarılıb

Lüksemburqun Böyük Hersoqu Anridən

“İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 iyun tarixli 928-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1103-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Şirkətlərdə ESG prinsiplərinin tətbiqi yaşıl iqtisadiyyata transformasiya üçün töhfə verir

Azərbaycan və Belarusun fövqəladə hallar nazirləri əməkdaşlıq Sazişi imzalayıblar VİDEO

“Müdafiə və ya dövlət təhlükəsizlik ehtiyaclarının meyarları və onlarla bağlı satınalmaların keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
 Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bayram günlərində 47 mindən çox sərnişin daşınıb

NATO-nun bütün ölkələri Mark Ruttenin baş katib vəzifəsinə namizədliyi ilə razılaşıb

® “Unibank KB” “iPhone” alınması ilə bağlı kotirovka elan edir

MEK Özbəkistanın Ürgənc Dövlət Universiteti ilə əməkdaşlıq edəcək

UNEC 94 yaşını qeyd edib

ADA Məktəbində “Məzun günü”

“Araz-Naxçıvan” klubu növbəti transferini reallaşdırıb

ADA Universiteti Milan Politexnik Universiteti ilə birgə Şəkidə təlim proqramı həyata keçirib

Küləkli hava şəraiti ilə bağlı “sarı”, “narıncı” və “qırmızı” xəbərdarlıq

Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir

Coğrafiya İnstitutunun alimləri Xəzər dənizinin səviyyəsinin dəyişməsi ilə bağlı tədqiqat aparıblar

Arvadını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Hindistanda istilər fonunda elektrik enerjisi təchizatında uzunmüddətli fasilələr yarana bilər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç qızıl medal qazanıb

ABC nəşri: Makron ölkənin başlıca problemidir

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 mart tarixli 723 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Bayrağının təsviri”ndə və 2004-cü il 30 iyun tarixli 82 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası daxili işlər orqanlarının emblemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

YAP nümayəndələri Rusiyanın Vladivostok şəhərində keçirilən beynəlxalq forumda iştirak ediblər

Bakıda “İqlim dəyişikliyinə və Davamlı İnkişaf Məqsədlərinə cavabımızın maliyyələşdirilməsi” mövzusunda müzakirələr aparılıb

Azərbaycan pauerliftinqçisi yeddiqat Avropa çempionu olub

Bayram günlərində milli parkları 12 min 348 turist ziyarət edib