İQTİSADİYYAT
“Sumqayıt” Elektrik Şəbəkəsi Müəssisəsi üzrə istehlak 257,4 milyon kilovat-saat olmuşdur
Bakı, 11 may (AZƏRTAC). Cari ilin birində rübündə “Sumqayıt” Elektrik Şəbəkəsi Müəssisəsi üzrə elektrik enerjisinə olan tələbatın daha da keyfiyyətli şəkildə paylanması, elektrik verilişi xətlərində texnoloji itkilərin azaldılması istiqamətində transformator məntəqələri və elektrik verilişi xətlərində nəzərdə tutulmuş yenidənqurma işləri başa çatdırılmışdır.
“Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bu dövrdə müəssisənin xidməti ərazisində 28 kilometrdən artıq SİP, 700 metrə yaxın isə kabel xətləri çəkilmişdir. Eyni zamanda, 1,7 kilometə yaxın naqil və 15 dayaq yenisi ilə əvəzlənmiş, 1450-dən artıq sayğac quraşdırılmış və s. işlər görülmüşdür.
Müəssisədə keçirilmiş reydlər zamanı cari ilin birinci rübü ərzində 760-dan artıq istehlakçının sayğaç-uçot komplektini pozması faktı aşkar edilmiş və itirilmiş elektrik enerjisinin 77,2 min manatdan artıq istehlak dəyəri bərpa olunmuşdur. Bu dövrdə müəssisə üzrə istehlak təqribən 257,4 milyon kilovat-saat təşkil ermişdir.