REGİONLAR
Sumqayıtda Xurşidbanu Natəvanın 190 illiyinə həsr edilmiş bədii qiraət müsabiqəsinə yekun vurulub
![](/files/galleryphoto/2022/2/1200x630/16513919136428820753_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16513919136508536059_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16513919134047530759_1200x630.jpg)
Sumqayıt, 1 may, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtda Xan qızı Xurşidbanu Natəvanın 190 illiyinə həsr edilmiş məktəblilər arasında bədii qiraət müsabiqəsi keçirilib. Gənc qiraətçilər Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi və Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Mərkəzləşdirilmiş Kitabxana Sistemində (MKS) reallaşan tədbirə böyük həvəslə qatrılıblar.
Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsindən AZƏRTAC-a bildirilib ki, müsabiqədə görkəmli şairənin qəzəlləri gənclər tərəfindən musiqi müşayiəti ilə səsləndirilib.
Sonda münsiflər heyətinin qərarına əsasən Ayxan Soltanlı birinci, Mələk Namazova, Mələk Cəbrayılova ikinci, Sərmayə Mehrəliyeva, Nəzrin Nəbizadə və Həcər Həsənova isə üçüncü yerə layiq görülüblər.
Qaliblər fəxri fərman və hədiyyələrlə təltif ediliblər.