Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Şuşa və Moskva bəyannamələri ilə Azərbaycan üç ölkə arasında yeni müttəfiqlik münasibətlərinin mərkəzinə çevrilib

Şuşa və Moskva bəyannamələri ilə Azərbaycan üç ölkə arasında yeni müttəfiqlik münasibətlərinin mərkəzinə çevrilib

Bakı, 23 fevral, AZƏRTAC

ATƏT-in fundamental sənədlərində, xüsusilə də 1999-cu ildə İstanbul görüşündə yüksək səviyyədə qəbul olunmuş sənədin 2-ci fəslinin 8-ci bəndində "hər bir dövlət öz təhlükəsizliyini təmin etmək üsullarını o cümlədən təkmilləşdikcə müttəfiqlik müqavilələrini sərbəst şəkildə seçmək və dəyişmək hüququna malikdir" müddəası açıq şəkildə vurğulanıb. Lakin o sənədin elə həmin bəndində “bir dövlətin digər dövlətin təhlükəsizliyi hesabına öz təhlükəsizliyini möhkəmləndirməyəcəyi” də xüsusi qeyd olunub.

Bu sənədləri oxuyarkən Azərbaycan Prezidentinin beynəlxalq qanunlara və davranış qaydalarına hərfi-hərfinə və üslubuna uyğun əməl etmə qabiliyyəti ilə yanaşı, onun bu qaydalara əməl edərək özünə düşmən yox, dost qazanma və bununla da öz ölkəsinin suverenliyini, beynəlxalq əlaqələrini və digər dövlətlərlə, onların xalqları ilə münasi bətlərini inkişaf etdirmə bacarığına heyran olursan.

Bəli, 44 günlük müharibədə Azərbaycanın qələbəsi xalqımızın əzminin göstəricisidir. Lakin bu həm də bu əzmi tarixi ədaləti bərpa etməyə, torpaqlarımızı cinayətkarlardan, işğalçılardan, separatçılardan azad etməyə və bununla da dövlətin dirçəlişinə yönəltmiş Ali Baş Komandanın danılmaz istedadıdır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, ölkəmizin Avropa Şurası Parlament Assambleyası yanında nümayəndə heyətinin rəhbəri Səməd Seyidov ifadə edib.

S.Seyidov bildirib: “Biz azadlıq uğrunda 44 günlük müharibənin hər bir mərhələsinin texniki, hərbi-strateji baxımdan zərgər dəqiqliyi ilə həyata keçirilməsinə təəccüblənirik. Lakin, eyni zamanda, hazırda fikri bütün dünya tərəfindən dəyərləndirilən Prezidentin xarici siyasətdə atdığı hər bir addımın dərinliyinə, ətraflı düşünüldüyünə heyran oluruq. Gəlin hadisələrə sıra ilə nəzər salaq:

1. BMT-nin dörd qətnaməsi.

Heç kimə sirr deyil ki, hələ uzaq 1993-cü ildə qəbul edilmiş bu qətnamələr Azərbaycanın Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunması faciəsini real olaraq əks etdirən ilk qətnamələr olmuşdur. Həmin qətnamələrdə işğal faktı da, qoşunların dərhal çıxarılması tələbləri də, qaçqınların öz əzəli torpaqlarına qayıtması da, bir sözlə, ədalətin bərpa olunması üçün dünyanın edə biləcəyi hər şey var idi. Məhz bu sənədləri tarixin arxivinə göndərmək istəyirdilər. Bir az kəskin də olsa, düşünürəm ki, məhz BMT sənədlərini gündəmdən çıxarmaq və Azərbaycanın maraqlarına cavab verməyən yeni sənədlər hazırlamaq 1992-ci ildə yaradılmış ATƏT-in Minsk Qrupu və həmsədrlər institutu adlanan qurumun əsas məqsədinə çevrilmişdi. Prezident İlham Əliyevin ən mühüm xidmətlərindən biri də buna imkan verməməsi olmuşdur. Bəli, dövlətimizin başçısı həmsədrləri qəbul edərək ATƏT-in Minsk Qrupu ilə əməkdaşlıq etmişdir, lakin hər zaman digər beynəlxalq təşkilatlardakı nümayəndə heyətlərimizə BMT-nin dörd qətnaməsi əsasında sənədlərin qəbul olunması tapşırığını vermişdir. 2005-ci ildə Avropa Şurası Parlament Assambleyasında da, 2009-cu ildə Avropa Parlamentində də, 2018-2019-cu illərdə Avropa İttifaqında da, İslam Konfransında da, Qoşulmama Hərəkatında da və Prezident İlham Əliyevin qəbul olunan sənədlərdə BMT qətnamələrinin müddəalarını əks etdirərək “ömrünü uzatdığı” bütün digər platformalarda da bu cür olmuşdur. Nəticə etibarilə, məhz bu sənədlər ərazilərimizin işğaldan azad edilməsinin hüquqi əsası olmuşdur.

2. Qoşulmama Hərəkatının rolu.

Prezident İlham Əliyev yaxşı dərk edirdi ki, Qarabağ münaqişəsinin həllini öz üzərinə götürmüş dünyanın əsas dövlətlərində Ermənistanın təsiri o qədər güclü və dərindir ki, Azərbaycanın ədalətli mövqeyini dəstəkləmək üçün birbaşa addımlar gözləmək bir qədər sadəlövhlük olardı. Buna görə də mövcud vəziyyətə qarşı əks qüvvə lazım idi. Bu qüvvələr, təbii ki, İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı idi. Amma onlardan birində birbaşa dini, digərində isə etnik komponent olduğuna görə fövqəlgüclərin vahid fikrinə böyük təsir göstərə bilmirdilər. O zaman Prezident İlham Əliyev çox mühüm qərar qəbul edir. O, Azərbaycanı Qoşulmama Hərəkatına üzv etməklə yanaşı, təşkilatı o qədər gücləndirir ki, müharibənin ən ağır anında Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə qətnamə müzakirə etmək qərarı verildikdə üzv dövlətlərinin sayına görə BMT-dən sonra dünyada ikinci yerdə olan bu qurum Azərbaycanın müdafiəsinə qalxır. İndi bu artıq tarixi faktdır, ancaq o zaman Qoşulmama Təşkilatına üzv ölkələr Qarabağla bağlı yeni qətnamənin qəbulunun əleyhinə səs vermişdilər.

3. Müharibənin dayandırılması.

Prezident İlham Əliyevin heyrətamiz qabiliyyəti, ensiklopedik savadı və müdrikliyi 44 gündə nəinki döyüş meydanında, hətta diplomatik savaşda qələbə qazanmağı mümkün etmişdir. Qardaş Türkiyə ilə yaxınlaşma, İsraillə gözəl münasibətlər, İslam aləminin, Qoşulmama Təşkilatının siyasi dəstəyi, kənar qüvvələrin müharibəyə qarışmasına imkan verilməməsi və bir çox başqa amillər təkcə Şuşanın deyil, Xankəndinin də, bütün Qarabağın da azad olunması üçün lazım olan şəraiti yaratmışdı. Lakin, o dayandı. Həm döyüş meydanında, həm də diplomatiya səviyyəsində daha uğurlu, daha güclü olduğu halda dayandı. Bunu hər kəs bacarmır. Bunu yalnız dahi və mahir strateq bacara bilər. Düşmənlər isə onun Xankəndiyə daxil olub, onu boş şəkildə zəbt etməsini çox arzulayırdılar. Lakin o, daha uzaqgörən idi və birincisi, dünya erməniçiliyinə Qarabağın erməni sakinlərinin hüquqlarının pozulmasından gileylənməyə belə imkan vermədi, ikincisi, daha öncə onu işğalın mövcud reallıqlarını qəbul etməyə razı salmaq istəyən liderlərin hədsiz hörmətini qazandı. İndi artıq onun yaratdığı reallıqlar regionun gələcəyini müəyyənləşdirir. İndi o, dünyanın qüdrətli dövlətləri ilə bərabərhüquqlu şəkildə öz ölkəsinin təhlükəsizliyindən bəhs edir və qalib kimi onlarla regionun gələcəyini müzakirə edir.

4. Şuşa Bəyannaməsi.

Məqalənin əvvəlində mən ATƏT-in sənədlərinə təsadüfən müraciət etməmişəm. Məsələ burasındadır ki, çox təəssüf, İkinci Dünya müharibəsindən və xüsusən Sovet İttifaqı dağılandan sonra sülh "birinin gücü başqasının zəifliyi deməkdir" prinsipi ilə inkişaf etmişdir. Hətta bir neçə ölkə bir yerdə birləşsə belə, bu eyni məna daşıyırdı, bəzilərinin gücü başqalarının zəifliyi idi. Paradoksal olsa da, bu, prinsipcə, ölkələrin özlərinin qəbul etdikləri fundamental dinc yaşayış prinsiplərinə zidd idi. Bu baxımdan Prezident İlham Əliyev müasir Avropa tarixində ilk dəfə olaraq əməkdaşlıq və kollektiv təhlükəsizliyin yeni prinsiplərini hazırlamış və tətbiq etmişdir. Prezident İlham Əliyev Türkiyə ilə müttəfiqlik münasibətləri quraraq, nəinki özünü və Türkiyəni, bütün region ölkələrini gücləndirmişdir. Məğlub, təslim olmuş ölkə ilə sülhə nail olmaq uğrunda mübarizə aparır ki, onu da, bütün bölgəni də dirçəltsin. Böyük Altılıq təşəbbüsü bunun birbaşa sübutudur. Başqa sözlə desək, Prezident İlham Əliyev güclənir, amma bunu başqalarının hesabına etmir, başqalarını gücləndirərək güclənir. İlk dəfə olaraq birinin möhkəmlənməsi hamının güclənməsi prinsipini özündə ehtiva edən Şuşa Bəyannaməsi ölkələr və xalqlar arasında münasibətlərin yeni mərhələsini və səviyyəsini yaradır.

5. Moskva Bəyannaməsi.

Yalnız müasir tariximizdə yox, ümumiyyətlə bütün tarix boyu, regionumuzda Rusiya və Türkiyə nəinki bir-biri ilə rəqabət aparmış, hətta bir-biri ilə savaşmışlar. Türkiyə ilə Rusiya arasında qarşılıqlı münasibətlərə Azərbaycanın daxil olması ilə vəziyyət köklü şəkildə dəyişmişdir. Türkiyə ilə qardaşlıq və Rusiya ilə strateji tərəfdaşlıq münasibətləri məhz Azərbaycanda hər üç dövlətin bayrağının eyni vaxtda dalğalanmasına imkan vermişdir. Bu mənzərəni biz Vətən müharibəsində qələbədən sonra görmüşük. Rəsmi Bakı Rusiya və Türkiyə hərbçilərinin sülhməramlı missiyanı birlikdə yerinə yetirdikləri Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərmək imkanını təmin etmişdir. Bu gün rəsmi Bakı Azərbaycan ilə Rusiya arasında münasibətlərin yeni səviyyəsi haqqında Moskva sənədini imzalayaraq müstəqilliyini, təhlükəsizliyini gücləndirmişdir. Bəyannamədə qeyd olunduğu kimi, Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar. Göründüyü kimi, Prezident İlham Əliyev öz suverenliyini Qafqazda rolu olan başqa bir əsas dövləti, yəni, Rusiyanı zəiflətməklə deyil, onun milli maraqlarını və prioritetlərini nəzərə alaraq gücləndirmişdir. Dövlətimizin başçısı hələ yaşayan, lakin həm regionda, həm də onun hüdudlarından kənarda son nəfəsini verən revanşistlərin son həmləsini də məhv edən Azərbaycan, Rusiya və Türkiyənin yeni, arzu olunan və çox ehtiyac duyulan ittifaqını yaratmışdır. Azərbaycan Türkiyə ilə müttəfiqlik münasibətləri səviyyəsində müqavilə - Şuşa Bəyannaməsi, daha sonra Rusiya ilə Moskva müqaviləsi imzalamaqla faktiki olaraq üç dövlət - Azərbaycan, Rusiya və Türkiyə arasında yeni müttəfiqlik münasibətlərinin mərkəzinə çevrilmişdir. Məgər bizim hər zaman danışdığımız, istədiyimiz elə bu deyildimi?! Bu isə Avropa İttifaqı ilə münasibətlərimizin möhkəmlənməsi, gələcəkdə onunla ikitərəfli sazişin imzalanması, İngiltərə və ABŞ ilə öz gücünü zamanla sübut edən münasibətlər fonunda baş verir. Əsas, birləşdirici rolun Azərbaycana məxsus olduğu, bərabərhüquqlu, müstəqil, suveren, eyni zamanda, bir-biri ilə bu cür ciddi müqavilələrlə bağlanan üç ölkənin birliyi həqiqətən də Prezident İlham Əliyevin ölkəmizin milli maraqları naminə atdığı parlaq addımdır”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan nefti cüzi bahalaşıb

Neftçalada saxlanılan şəxsdən 12 kiloqram narkotik götürülüb

Lənkəranda yanğın zamanı yaşlı qadın həlak olub

Yevlaxda narkotik tərkibli bitki yetişdirən şəxs saxlanılıb

Culian Assanj Britaniyanı tərk edib 

Culfada bacısını öldürməkdə şübhəli bilinən şəxs tutulub

Misirdə 33 antik qəbir aşkar edilib

Amerika Kuboku: Kolumbiya qalib gəlib, Braziliya xal itirib

Avropa Komissiyası “Apple” şirkətini cərimələməyə hazırlaşır

Culian Assanj ABŞ hökuməti ilə razılaşıb

İndoneziya məlumat mərkəzinə kiberhücum olub

Pentaqon rəhbəri israilli həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcək

Hanter Baydenin vəkilləri təkrar məhkəmə ilə bağlı vəsatət qaldırıblar

Qazaxıstan nümayəndə heyəti “ASAN xidmət”də olub

Metyu Miller: Azərbaycan və Ermənistan arasındakı əlaqələri dəstəkləməyə davam edirik

Avro-2024: İspaniya və İtaliya 1/8 finala yüksəlib

“Turkish Airlines” doqquzuncu dəfə Avropanın ən yaxşı aviaşirkəti elan olunub

Vyanada Tofiq Əhmədovun 100 illik yubileyinə həsr olunmuş konsert təşkil olunub

Türkoloqlar Bişkekdə Mahmud Kaşğari irsini müzakirə ediblər

Avropa çempionatı: Azərbaycan güləşçisi finala vəsiqə qazanıb

Qızıl medal qazanan Azərbaycan ağırlıqqaldıranı: Belə nəticə əldə edəcəyimizə inanırdıq

Yığmanın baş məşqçisi: Bu nəticə idmançılar üçün böyük motivasiyadır

Firdovsi Umudov: Avropa birinciliyində nəticə qazanan idmançılar gələcəyin Olimpiya mükafatçılarıdır

2024-cü ildə ABŞ-da polis 545 nəfəri qətlə yetirib

Avropa birinciliyində yüksək nəticələr əldə edən Azərbaycan ağırlıqqaldıranları Vətənə qayıdıblar

DSMF beynəlxalq təşkilatın Mükəmməllik Sertifikatına layiq görüldü

Bakıda “Rus klassikası” adlı qala-konsert keçirilib

Bayram günlərində Türkiyənin muzey və mədəni obyektlərini milyondan çox adam ziyarət edib

Sertifikatlaşdırma imtahanının nəticələri ilə bağlı apellyasiya müraciətlərinin qəbuluna başlanılıb

Xankəndi şəhərində elmi-praktik konfrans keçirilib

Qubada sel Qusarçayın sahilini yuyub, yol çöküb VİDEO

Türkər Əliyeva: Mediasiya tərəflərə mübahisələri daha qısa müddətdə həll etməyə imkan yaradır

QHT nümayəndələri Qubadlıda sərhədçilərlə görüşüblər VİDEO

Professor Mönsüm Alışovun 70 illik yubileyi qeyd olunub

Bakıda 150-dən çox şirkətin məhsul və xidmətlərini təqdim etdiyi “5-ci yerli şirkətlərin tanıtım sərgisi” keçirilir YENİLƏNİB VİDEO

Salyan şosesinin bir hissəsində təmir işlərinə başlanılıb

Azərbaycan basketbol millisi Avropa çempionatına hazırlığın ikinci mərhələsinə start verib

Azərbaycanlı şahmatçı İngiltərə çempionu olub

Xətai rayonunda Azərbaycan Silahlı Qüvvələri Günü ilə əlaqədar dəyirmi masa təşkil olunub

Naxçıvanda təhsilverənlərin sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi yekunlaşıb

Samux rayonunda “Son zəng” tədbirləri barədə təlimatın pozulduğu məktəbin direktoru işdən azad edilib

“Aztelekom”un 3000-ə yaxın əməkdaşına əməyin mühafizəsi üzrə təlimlər keçilib

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin Forumu təqdimatlarla davam edib

Parisdə azərbaycanlı Fransa qəhrəmanı Əhmədiyyə Cəbrayılova həsr edilmiş filmin nümayişi olub VİDEO

AZAL növbəti dəfə Mərkəzi Asiya və MDB-nin ən yaxşı aviaşirkəti seçilib

Prezident İlham Əliyevin “Euronews”a müsahibəsi Azərbaycanın “yaşıl enerji” siyasətinin mahiyyətini açdı ŞƏRH

“Sabah” klubu yamaykalı futbolçunu transfer edib

Ədəbiyyat İnstitutunda yarım ilin yekunları və qarşıya qoyulan vəzifələr müzakirə olunub

Azərbaycanlı bəstəkarın şəhidə həsr etdiyi əsər Polşada birinci yerə layiq görülüb

Xətai rayonunda fəaliyyət göstərən bazarda plandankənar yoxlama aparılıb

Bənövşəyi xətdə qatarların hərəkət qrafiki dəyişdirilir

Azərbaycanda Rusiya Mədəniyyəti Günləri başlayır

Kənd Təsərrüfatı Nazirliyində dövlət qulluğuna yeni qəbul olunan əməkdaşların andiçmə mərasimi keçirilib

Almaniyada polis zorakılığı faktlarının araşdırılması üzrə vəziyyət pisləşir

DİM: Ötən il hər 100 məzuna düşən plan yerlərinin sayı 57.1 olub

Polis serjantı Mirəli Heydərov Kürdəmirdə torpağa tapşırılıb FOTO VİDEO

Beynəlxalq Qurama Festivalına Şuşada yekun vurulub

Son beş ayda ƏƏSMN-in e-xidmətlərinə 1 milyon 400 mindən çox müraciət qeydə alınıb

Çad Respublikasının gənclər və idman naziri Milli Gimnastika Arenasında olub

AZƏRTAC-ın növbəti təcrübə proqramının iştirakçılarına sertifikatlar verilib

Gəncədə saxta alkoqollu içkilər istehsal edən müəssisə aşkarlanıb

Azərbaycan ilə Qırğızıstan arasında birgə layihələrin həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb

Beynəlxalq Muğam Mərkəzi Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutu ilə əməkdaşlıq edəcək

Avstriyada polis zorakılığının araşdırılması üçün müstəqil qurum yaradılması tələb olunur

Naxçıvanda müəllimlərin növbəti sertifikatlaşdırılma prosesi yekunlaşıb

“Sağlam həyat tərzi, sağlam düşüncə, uğurlu gələcək” mövzusunda tədbir keçirilib

Eşqi Bağırov: Növbəti tədris ilində Şuşa, Xankəndi və Xocalıda tədrisin bərpası planlaşdırılır

“Sənətkarın dostu” layihəsi davam edir

DİM: Ötən il 1494 abituriyent 600-dən yuxarı bal toplayıb

“Turan Tovuz” yeni futbolçu ilə anlaşıb

Dövlət qulluğuna yeni qəbul edilən əməkdaşlar and içiblər

Rəsədxana: Geomaqnit sahəsinin sakit olacağı proqnozlaşdırılır

“İTi Zəka-2” hakatonu üzrə seçimlər başa çatıb

NASA Yerin asteroidlə toqquşmasının qarşısını ala bilməyəcəyini etiraf edib

“Azərfon” abunəçilərinə “Narkotiklər haqqında həqiqəti öyrənək və birlikdə mübarizə aparaq!” SMS-bildirişi göndərilib

Azərbaycanı Rusiyadakı turnirdə iki bədii gimnast təmsil edəcək

Berlində Azərbaycan dili məktəbinin açılışı olub

Müəllimlərin sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi avqust ayında təşkil olunacaq

Rektor: ECOLEAD platforması ətraf mühit problemlərinin həllinə töhfə verəcək

“Baku Open - 2024” turnirində iştirak edəcək şahmatçı sayı açıqlanıb

Braziliya-Azərbaycan parlamentlərarası əlaqələrinin inkişaf potensialı müzakirə olunub

Şahzadə Anna xəstəxanaya yerləşdirilib

FHN yanında İctimai şuranın üzvləri çimərlik mövsümü ilə əlaqədar monitorinqlər keçirib

Azərbaycan Ümumdünya Fermerlər Təşkilatının illik yığıncağında təmsil olunub

Lənkəranda itkin düşən 35 yaşlı kişinin meyiti tapılıb

Azərbaycanın 15 rayonunda Sosial Reabilitasiya Mərkəzləri fəaliyyət göstərir

Rus bölməsi üzrə birinci sinfə qəbulu müsabiqə yolu ilə aparılan məktəblərə qeydiyyat tamamlanıb

Astanada keçiriləcək V Dünya Köçəri Oyunlarında 89 ölkə iştirakını təsdiqləyib

“Media ayı” çərçivəsində təlimlər davam edir

Ərazi bütövlüyümüzün bərpası Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir - ŞƏRH

Prezident İlham Əliyev “Euronews”a müsahibəsində Avropanın enerji ehtiyaclarının həlli yollarını göstərdi - Politoloq

Avro-2024: Çexiya–Türkiyə oyununun hakimləri açıqlanıb

“Səbail” təlim-məşq toplanışı üçün Türkiyəyə yollanacaq

Hərbi Prokurorluqda Vətən Müharibəsi qəhrəmanları ilə görüş keçirilib

Rezidenturaya ikinci cəhd qəbul imtahanının nəticələri açıqlanıb: 436 nəfər müsabiqə şərtini ödəyib

Zəngilan Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumuna ev sahibliyi edir - YENİLƏNİB FOTO VİDEO

Nüfuzlu “Əl Əhram” nəşrində Azərbaycan səfiri ilə müsahibə dərc edilib

Milli Məclisdə bələdiyyələrin statusu və onların fəaliyyətinə inzibati nəzarət haqqında qanunlarda dəyişikliklər müzakirə olunub

Rektor: Məzunlarımız ibadət ocaqlarında imam kimi fəaliyyət göstərirlər

DİM: Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 2274 namizədlə 4254 müsahibənin keçirilməsi planlaşdırılır