Şüvəlan qəsəbə Mədəniyyət evində konsert proqramı təqdim edilib
Bakı, 11 aprel, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Şüvəlan qəsəbə Mədəniyyət evində konsert proqramı təqdim edilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, mədəniyyət evinin qızlardan ibarət “Məşəl”, oğlanlardan ibarət “Gold” rəqs qruplarının, həmçinin saz, qarmon, sintezator, nağara kursunun tələbələrinin çıxışları alqışlarla qarşılanıb.
Qəsəbə sakinlərinin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə proqrama mədəniyyət evinin nəzdində fəaliyyət göstərən rəsm kursunun uşaqlarının əl işlərindən ibarət sərgi də daxil edilib.