DÜNYA
Tailandda daşqınlar nəticəsində azı 40 nəfər ölüb
Bakı, 16 yanvar, AZƏRTAC
Tailandda bir həftə davam edən leysan yağışlarından sonra baş verən daşqınlar ölkənin cənubunda azı 40 nəfərin ölümünə səbəb olub. Bu barədə Tailand hakimiyyət orqanları məlumat yayıb.
AZƏRTAC “lemonde.fr” saytına istinadla xəbər verir ki, daşqınlar nəticəsində infrastruktura, xüsusilə rezin istehsalı sənayesinə ciddi ziyan dəyib. Təbii fəlakətin ölkədə əsas sahə olan turizm sektoruna da ciddi təsir göstərəcəyi istisna deyil. Daşqınlar nəticəsində bir çox istiqamətdə yol və dəmiryolu xətləri kəsilib.
Tailandda yağış mövsümünün noyabr ayınadək davam etdiyini nəzərə alsaq, təbii fəlakətin nəticələrinin daha ağır olacağı ehtimal edilir.
Qeyd edək ki, Tailand dünyada ən böyük təbii rezin ixracatçısıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.04.2024 [17:42]
Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır
- 27.04.2024 [15:48]
Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb
- 27.04.2024 [14:43]
Rusiyada əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək
- 27.04.2024 [14:31]
Türkiyəyə qanunsuz yollarla daxil olan 38 nəfər saxlanılıb
- 27.04.2024 [13:32]