İQTİSADİYYAT
Tamerlan Tağıyev: Dünya İqtisadi Forumu ilə 3 əsas platforma üzərində işləyirik
![Tamerlan Tağıyev: Dünya İqtisadi Forumu ilə 3 əsas platforma üzərində işləyirik](/files/2022/1/1200x630/1647333417487937968_1200x630.jpg)
Bakı, 15 mart, AZƏRTAC
Hazırda Dünya İqtisadi Forumu ilə 3 əsas platforma üzərində işləyirik.
AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Tamerlan Tağıyev jurnalistlərə açıqlamasında bildirib.
“Bu platformalara süni zəka və maşın öyrənilməsi, əşyaların interneti və şəhər transformasiyası, rəqəmsal ticarət daxildir. Bu platformalar üzərində tədbirlər həyata keçirilir. Bu il fevralın 23-də IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin rəsmi açılış mərasimi keçirilib. Bunun davamı olaraq süni zəkaya həsr edilmiş sessiyalar təşkil olunub. Azərbaycan üçün süni zəka ilə bağlı milli strategiyanın hazırlanması məsələləri, həmçinin süni zəkaya əsaslanan texnologiyaların tətbiqi məsələlərinə dair fikir mübadiləsi aparılıb”, - deyə o qeyd edib.