DÜNYA
Tanzaniyada bərə qəzası nəticəsində ölənlərin sayı 86 nəfərə çatıb
Bakı, 21 sentyabr, AZƏRTAC
Tanzaniyada sərnişin bərəsinin Viktoriya gölündə batması nəticəsində həlak olanların sayı 86 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, “Citizen” qəzetinin yaydığı məlumata görə, cəsədlərin 44-ü qəzadan bir qədər sonra - sentyabrın 20-də, 42-si isə axtarış-xilasetmə əməliyyatının bərpa edilməsinin ardından - sentyabrın 21-də səhər saatlarında aşkarlanıb.
Xatırladaq ki, bərə sentyabrın 20-də Yukora adasından 50 metr məsafədə qəzaya uğrayıb. Faciə zamanı göyərtədə təxminən 200 sərnişin olub ki, bu da bərənin imkanlarından iki dəfə çoxdur. Həmçinin bərəyə çoxlu yük də yığılıb.
Qəzetin yerli məmurdan aldığı digər məlumatda isə bərə batarkən onun göyərtəsində 400-dən çox sərnişinin olduğu bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:03]
Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır
- 03.05.2024 [17:42]
Leysan yağışları nəticəsində Braziliyanın cənubunda həlak olanlar var
- 03.05.2024 [17:08]
Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir
- 03.05.2024 [16:31]
Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb
- 03.05.2024 [16:23]
Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb
- 03.05.2024 [16:06]
ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub
- 03.05.2024 [16:04]