ELM VƏ TƏHSİL
TƏHSİL NAZİRİ II BEYNƏLXALQ ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ LAYİHƏ OLİMPİADASI İŞTİRAKÇILARI İLƏ GÖRÜŞMÜŞDÜR
Təhsil Nazirliyində II Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Layihə Olimpiadası (İNEPO-EUROASİA) iştirakçıları ilə görüş keçirilmişdir.
Qurumdan AZƏRTAC-a bildirmişlər ki, görüşdə nazir Misir Mərdanov ekologiya və təbiəti mühafizə problemlərinin araşdırılmasına, onların həlli yollarına həsr edilən, dünyanın bir çox ölkə nümayəndələrinin qatıldığı bu olimpiadanın əhəmiyyətini vurğulamışdır.
Olimpiadanın “Çağ” Öyrətim İşlətmələri Şirkətinin təşkilatçılığı ilə həyata keçirildiyini qeyd edən nazir bu şirkətin rəhbərliyinə təşəkkürünü bildirmişdir. Olimpiada iştirakçılarına Azərbaycanın tarixi, milli mədəniyyəti, təhsil sistemi barədə ətraflı məlumat verilmişdir.
Görüşdə Azərbaycan Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Adəm Ünal, “Çağ” Öyrətim İşlətmələri Şirkəti idarə heyətinin sədri Ənvər Özərən iştirak etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]