ELM VƏ TƏHSİL
Təhsil nazirinin müavini Goranboy rayonunda
Bakı, 20 noyabr, AZƏRTAC
Noyabrın 20-də Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva təhsilin vəziyyəti və tədris prosesi ilə yaxından tanış olmaq məqsədilə Goranboy rayonuna səfər edib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, M.Vəliyeva səfər çərçivəsində rayondakı Qızılhacılı qəsəbə Dilbazi Qasımov adına 1 nömrəli, Qızılhacılı qəsəbə Mahir Dosuyev adına 2 nömrəli və Goranboy şəhəri 2 nömrəli tam orta məktəblərdə olub. Nazir müavini təhsil müəssisələrinin pedaqoji kollektivləri ilə görüşüb, sinif otaqları və onların tərtibatı barədə tövsiyələrini verib.
M.Vəliyeva Goranboy şəhəri 2 nömrəli tam orta məktəbdə rayonun qabaqcıl təhsil işçiləri və gənc müəllimləri ilə görüş keçirib. Görüşdə nazir müavini təhsil sahəsində aparılan islahatlardan danışıb.
Rəylər dinlənilib, suallar cavablandırılıb.
Sonra nazir müavini Goranboy şəhəri İnteqrasiya Təlimli İnternat tipli Gimnaziyada pedaqoji kollektivlə görüşərək onlarla söhbət aparıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:14]
“Heydər Əliyev və milli mədəniyyət strategiyası” - tələbə-şagird konfransı
- 03.05.2024 [17:18]
Elm və Təhsil Nazirliyi “Times Higher Education” ilə əməkdaşlığa başlayır
- 03.05.2024 [17:01]
AzMİU-nun əməkdaşları bölgələrdə yuxarı sinif şagirdləri ilə görüşüblər
- 03.05.2024 [15:53]