İQTİSADİYYAT
Təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların həcmi 2 milyard dollar qiymətləndirilib
Bakı, 17 mart, AZƏRTAC
Təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi həcmi 2 milyard dollar məbləğində qiymətləndirilib.
AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, daxilolmalar 1,2 milyard dollar, ödənişlər isə 0,8 milyard dollar təşkil edib. Təkrar gəlirlər üzrə ümumi daxilolmaların 91,9 faizini xarici ölkələrdən fiziki şəxslərin pul baratları, 6,2 faizini ölkəyə gətirilən humanitar və yardım mallarının həcmi, 1,9 faizini isə digər daxilolmalar təşkil edir. Ölkəyə göndərilən pul baratlarının həcmi 3,6 faiz artaraq 1,2 milyard dollar, ölkədən çıxarılan pul baratlarının həcmi isə 18,9 faiz artaraq 0,7 milyard dollar olub. Nəticədə pul baratları üzrə 0,5 milyard dollar müsbət saldo yaranıb. Bütövlükdə, təkrar gəlirlər üzrə əməliyyatların saldosu müsbət 460 milyon dollar (17.6 faiz azalma) təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]