ELM VƏ TƏHSİL
Tələbələrin 68-ci elmi-texniki konfransında 300-dək məruzə dinləniləcək
Bakı, 10 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) görkəmli alim Saleh Qocayevin anadan olmasının 120 illiyinə həsr edilmiş tələbələrin 68-ci elmi-texniki konfransı keçirilir.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə tədris işləri üzrə prorektor, dosent Qasım Məmmədov tələbələrin universitetdə elmi-tədqiqat işlərinə cəlb olunması üçün yaradılan şəraitdən söz açıb, onların vaxtlarını elmi araşdırmalara sərf etməsini yüksək dəyərləndirib.
Universitetin neft-mexanika fakültəsinin elmi işlər üzrə dekan müavini, dosent Tahir Süleymanov görkəmli alim Saleh Qocayevin həyat və fəaliyyəti haqqında təqdimatla çıxış edib.
Sonra bölmə iclasları olub. Konfransda 300-dək məruzənin dinlənilməsi nəzərdə tutulub.
ADNSU-nun rektoru, professor Mustafa Babanlı müxtəlif bölmələrdə tələbələrin çıxışlarını dinləyib, tövsiyələrini verib.
Elmi-texniki konfrans dekabrın 16-da başa çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [19:14]
Azərbaycan dili üzrə sertifikasiya imtahanı ilə bağlı vebinar keçirilib
- 03.05.2024 [19:11]
Məktəbin İnkişaf Planı çərçivəsində metodik görüşlər davam etdirilir
- 03.05.2024 [18:58]
Təhsil İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib
- 03.05.2024 [18:42]
AzMİU tələbələrinin Şəkidə “ArchiVision WeekEND Camp”ı təşkil olunub
- 03.05.2024 [18:35]