TELEFON APARATLARININ SAYI 1 268 605 ƏDƏDƏ ÇATDIRILMIŞDIR
AZƏRTAC xəbər verir ki, bu ilin birinci rübü ərzində Azərbaycanda əsas telefon aparatlarının ümumi sayı 14 585 ədəd artırılaraq 1 268 605 ədədə çatdırılmışdır.
Respublika üzrə əhalinin hər 100 nəfərinə düşən telefon aparatlarının sayı 15,07 ədəd təşkil etmişdir. Bu göstərici Bakı şəhəri üzrə 33,8 ədəd, respublikanın digər ərazilərində isə 9,7 ədəd təşkil etmişdir. Kənd yerlərində hər 100 nəfər əhaliyə düşən telefon aparatlarının sayı 5,9 ədədə çatdırılmışdır.
Mobil abonentlərin sayı ilin əvvəlinə nisbətən təxminən 100 min nəfər artaraq 4 milyon 400 min nəfər təşkil etmişdir ki, bu da hər 100 nəfərə 51 mobil abonentin düşməsi deməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [17:38]
Siyəzən-Dağ Quşçu-Ərziküş yolunda bərpa işlərinə başlanılıb
- 05.06.2026 [17:15]