Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Tirəli və “sıfır becərmə” texnologiyalarının tətbiqi yüksək məhsulun əldə olunmasına gətirib çıxarır – mütəxəssis rəyi

Bakı, 13 oktyabr, Ceyhun Rüstəmov, AZƏRTAC

Elm və qabaqcıl təcrübənin nəticələri göstərir ki, dənli taxıl bitkilərindən yüksək və keyfiyyətli məhsul almaq üçün bu bitkilərin becərilməsində mütərəqqi və səmərəli texnologiyalardan istifadə etmək lazımdır. Bu texnologiyanın əsas və başlıca elementlərindən biri dənli taxıl bitkilərinin səpin üsullarıdır.

Taxılın tirə üsulu ilə becərilməsi iqtisadi cəhətdən çox səmərəlidir

Taxıl əkinlərində suvarmanın səmərəliliyini artıran texnoloji yeniliklər barədə AZƏRTAC-a məlumat verən Kənd Təsərrüfatı Nazirliyi Aparatının Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov qeyd edib ki, respublikamızın əksər bölgələrində dənli taxıl bitkilərinin səpini əsasən darcərgəli, cərgə arası 15 santimetr olmaqla aparılır. Lakin bu səpin üsulunda cərgədə bitkilər çox sıx yerləşir, onlar qida maddələrindən, nəmlikdən və günəş enerjisindən səmərəli istifadə edə bilmir. Dünyanın bir çox ölkələrində dənli taxıl bitkilərini gencərgəli, cərgə arası 60-70, 70-80 santimetr ləklərdə səpirlər. Ləklərin üzərində 2, 3, 4 cərgədə, cərgə arası məsafə 15-20 santimetr olmaqla, toxum səpilir və ləklərarası şırımlar vasitəsilə suvarılır. Bu üsul mütərəqqi və iqtisadi cəhətdən çox səmərəli hesab olunur.

Taxılın tirə üsulu ilə səpilib becərilməsini düzən və suvarılan bölgələrdə həyata keçirmək mümkündür. Bununla bağlı İmran Cümşüdov bildirib ki, bu üsulla səpin aparmaq üçün seçilmiş əkin sahələrinin maililiyi sıfıra yaxın olmalıdır. Taxıl sələfindən sonra sahə kövşəndən təmizlənir və diskli alətlərlə 10-12 santimetr dərinliyində üzlənir. Torpaqda asan mənimsənilən qida maddələrinin miqdarından asılı olaraq hektara 60-90 kiloqram fosfor gübrəsi və 15-20 ton peyin verildikdən sonra, 28-30 santimetr dərinlikdə şum aparılır. Səpinqabağı isə sahədə 8-10 santimetr dərinlikdə diskli və ya hamarlayıcı mala ilə üzləmə aparılır və sahə tam hamarlandıqdan sonra səpinə başlanılır. Erkən yazda hektara 90-100 kiloqram azot gübrəsi verilir və suvarılır. Taxılın kollanma fazasının sonunda alaq otlarını mexaniki üsulla məhv etmək, torpağın hava və su rejimini yaxşılaşdırmaq məqsədi ilə cərgə arası becərmə kultivatoru ilə şırımlar becərilir.

Tirə üsulu ilə səpin Türkiyənin istehsalı olan “Öztekin”, ”Alıtnöz” və digər markalı taxılsəpən maşın vasitəsilə aparılır. Müasir tipdə istehsal olunan bu toxum və gübrəsəpən maşının en götürümü 2,8 metrdir. Bu texnika bir gedişdə tirəarası 70 santimetr olmaqla, 4 lək düzəldərək 3 cərgədə toxumu və 2 cərgədə gübrəni ləkin üzərində istənilən dərinlikdə səpir, hamarlayıcı “katokla” torpağı hamarlayır və kipləşdirir.

Tirəli səpin üsulunun üstünlükləri isə bunlardır: toxum norması 50 faiz azaldılır, suvarma suyuna qənaət etməklə suvarmanın səmərəliliyi artır və əmək məsrəfi azalır, verilən gübrələrin səmərəliliyi artır, xəstəlik və zərərvericilərin inkişafı üçün əlverişli şəraiti azaldır, alaqlarla mübarizə güclənir, məhsuldar gövdələrin miqdarı çoxalır, 1000 dənin kütləsi, kondisiyalılığı artır, tarla cücərməsi əmsalı artır. Bütün bu amillər isə sonda sahədən yüksək və keyfiyyətli məhsulun əldə olunmasına gətirib çıxarır.

İ.Cümşüdov, həmçinin əlavə edib ki, 2002-2013-cü illər ərzində respublikanın suvarılan ərazilərinin (Tərtər, Bərdə, Ağcabədi, Beyləqan, Salyan, Göygöl, Goranboy, Samux, Dəvəçi və Xaçmaz rayonları) əkin sahələrində tirəli səpin üsulu ilə dənli taxıl bitkiləri səpilmiş və adi səpin üsulu ilə müqayisədə məhsuldarlıq 20-30 faiz, iqtisadi rentabellik səviyyəsi isə 30-40 faiz yüksək olmuşdur.

“Sıfır becərmə” üsulu nədir?

Kənd Təsərrüfatı Nazirliyi Aparatının Bitkiçilik şöbəsinin müdiri “sıfır becərmə” üsulunun üstünlüklərindən də danışaraq deyib ki, ingiliscə No-Till adlandırılan şumsuz əkinçilik sistemi (“sıfır becərmə”) son onilliklərdə dünyada geniş vüsət alıb. Məsələn, Cənubi Amerikada No-Till metodunun istifadəsi üzrə ilk eksperiment 1971-ci ildə Braziliyada aparılıb. Hazırda bu ölkədə əkin sahəsinin 45, Kanadada 90, Argentinada 50, Paraqvayda 60, ABŞ-da isə 82 faizi “sıfır becərmə” üsulu ilə becərilir.

Vəsaitə qənaət edən texnologiyaların dünyada geniş yayılması bununla əlaqədardır ki, onların tətbiqi nəinki torpaq münbitliyinin qorunub saxlanmasına imkan verir və hətta istehsal xərclərinin 55-60 faiz azalmasına, eləcə də əkinçilik sisteminin səmərəliliyinin yüksəldilməsinə xidmət edir. Taxıl biçinindən sonra kövşənliklərə şum etmədən birbaşa qarğıdalı, günəbaxan, soya, darı, lobya və s. toxumlar səpilir. Həmin sahələrdən aralıq bitkilərinin məhsulları payızlıq dənli taxıl bitkilərinin səpin müddətinə qədər sahələrdən toplanır və yenidən səpin işləri həmin qayda ilə yəni “sıfır becərmə” ilə davam etdirilir.

Onu da qeyd edək ki, Azərbaycanda suvarılan rayonların əksəriyyətinin torpaq-iqlim şəraiti eyni əkin sahəsində bir ildə iki, bəzən isə üç məhsul alınmasına imkan verir.

Bu üsulun ölkəmizdə tətbiq olunub-olunmadığı ilə maraqlandıqda İ.Cümşüdov bildirdi ki, respublikamızın bir çox rayonlarında qabaqcıl fermerlərin əkin sahələrində “sıfır becərmə” üsulu ilə səpin aparılır və artıq bu istiqamətdə müəyyən uğurlar da əldə olunub. Həmsöhbətim onu da qeyd etdi ki, Kənd Təsərrüfatı Nazirliyi bu mütərəqqi texnologiyanın ölkədə geniş yayılması məqsədi ilə “Aqrolizinq” ASC-nin xətti ilə respublikaya 8 ədəd “sıfır becərmə” üsulu ilə taxılsəpən və 4 ədəd arxasında saman xırdalayan müasir tipli kombayn gətirib və lizinq yolu ilə satışını həyata keçirir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib

Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib

“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər VİDEO

Abşeron rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şahin Bayramov: Bu saziş Azərbaycanla Qırğızıstan arasında elm və təhsil əlaqələrinin gücləndirilməsinə ciddi zəmin yaradır

Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır

İstanbul derbisi: “Fənərbağça” “Beşiktaş”a qarşı

DSX aparatında Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib VİDEO

“Qərbi Azərbaycana qayıdış” olimpiadasında Şəki-Zaqatala üzrə 279 şagird biliyini sınayıb

“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryer barəsində cinayət işi başlanılıb VİDEO

Monteneqro Prezidentinə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim edilib

İri Avropa hava limanı sərnişinlərin yoxlanılması müddətini 3 saniyəyədək azaldıb

NASA-nın rəhbəri xalqları iqlim dəyişikliyi ilə mübarizədə səyləri birləşdirməyə çağırıb

Qubada akademik Zərifə Əliyevaya həsr olunmuş “Zəriflik” adlı tədbir keçirilib

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikasının Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BDU professorunun 85 illik yubileyi qeyd olunub

Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naftalanda akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunan aksiya keçirilib

Monteneqro Prezidenti: Azərbaycan bizim üçün dost ölkədir

Rusiyada əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək

Naxçıvan Bеynəlxаlq Hаvа Limаnındа kompleks mülki müdafiə təlimi keçirilib

Böyük Britaniyada miqrantlar haqqında qanunun qəbulu qaçqınların İrlandiyaya axınına səbəb olub

Türkiyəyə qanunsuz yollarla daxil olan 38 nəfər saxlanılıb

Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd edilib

Sabirabad rayonu ərazisində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Səbail rayonunda qızıl mağazasından oğurluq edən saxlanılıb VİDEO

AzPMA-nın rəhbəri: Gələcəkdə digər universitetlərdə də layihə menecmenti ixtisasının təsis olunması üçün danışıqlar aparırıq

Sosial şəbəkələrdə dələduzluq yolu ilə 19 nəfərin kartını talayıb öz hesabına köçürən şəxs saxlanılıb

Azərbaycan şahmat millisinin məşqçisi: Avropa çempionatında əldə edilən nəticələr ümidvericidir

Prokurorluq əməkdaşları 2 hektar ərazidə 1500-dən çox ağac əkiblər

Bakıdakı Rus evinin Ədəbiyyat klubu çərçivəsində “açıq marafon” keçirilib

Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib

Alimlər: Pilləkənlərlə qalxmaq ömrü uzadır

Çempionlar Liqası: Pley-off mərhələsində ən çox qol vuran futbolçular açıqlanıb

Yasamalda oğurluq edən şəxslər təhlükəsizlik kameralarına düşüb VİDEO

Azərbaycanın idman gimnastı Avropa çempionatında tarixi medal qazanıb

“Azərkosmos”: Ölkəmizin əldə etdiyi təcrübə regional və qlobal kosmik tədbirlərə ev sahibliyi etməyə imkan verir

ABŞ-ın üç ştatı güclü tornadonun təsirinə məruz qalıb - FOTO

Sakit okeanda 6,9 bal gücündə zəlzələ olub

Azərbaycanın gənc taekvondoçuları da Prezident Kubokuna qatılacaqlar

Xətai rayonunda “Kəlağayı festivalı” keçirilib

“İsmayıllı etnomühitindəki azsaylı xalqların folkloru” kitabının təqdimatı olub

Bakıda “Big Band Workshop” adlı ustad dərsləri keçiriləcək

ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb VİDEO

Azərbaycan klubu iki basketbolçu ilə vidalaşır

Aprelin 27-si Beynəlxalq Baytar Həkimi Günüdür

Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” olimpiadası keçirilib 

Səhiyyə Nazirliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunan fləş-mob təşkil edib

“Mənim yaşıl dünyam” adlı rəsm müsabiqəsi keçirilib

İçərişəhərdə “DivanSaatı” layihəsi çərçivəsində Elçin Hami Axundov ilə görüş

Yaxın günlərdə Laçının Sus kəndinə köçürüləcək ailələr bəlli olub

Daşqınlardan sonra 37 minədək qazaxıstanlı evinə qayıdıb

ÜST-nin rəhbəri: Pandemiya dövründə vaksinlərə qeyri-bərabər əlçatanlıq ölüm hallarını artırdı

“Paris-2024”: Olimpiya məşəli Yunanıstandan Fransaya yola düşüb

Sabah Bakıda 31, bəzi rayonlarda isə 32 dərəcə isti olacaq

Hökumətin hesabatının Ali Məclisin komitə iclaslarında müzakirəsi başa çatıb

ABŞ-da yeni “qiyamət günü təyyarəsi” hazırlanacaq

Azərbaycanlı rejissorun filmi Kann festivalında

Qırğız nazir: Azərbaycan Qırğızıstana neft məhsulları ixrac etməyə hazır olduğunu bildirib

Azərbaycan Premyer Liqasında XXXII turun hakimləri açıqlanıb

Azərbaycan taekvondoçuları Prezident Kubokunda 6 medal qazanıblar

Hərbçilərimiz İtaliyada beynəlxalq dənizçilik yarışlarında iştirak edirlər

Avropa çempionatı: Azərbaycan şahmatçılarının duelində Ülviyyə Fətəliyeva sevinib

Argentinada 60 yaşlı qadın gözəllik müsabiqəsində iştirak edir