Tramp qrin-kartı olan immiqrantların deportasiyasını sadələşdirməyə hazırlaşır
Vaşinqton, 6 may, AZƏRTAC
Tramp Administrasiyası ABŞ-ın rezidentləri olan və ictimai sosial xidmətlərdən istifadə edən aşağıgəlirli şəxslərin immiqrasiyasını məhdudlaşdırmaq səyləri çərçivəsində leqal immiqrantların deportasiyasını sadələşdirmək məqsədilə immiqrasiya qaydalarına dəyişikliklər edilməsini planlaşdırır.
Tramp dövlət proqramları üzrə güzəştlərdən istifadə etmələrinə görə deportasiya edilə biləcək şəxslərin kateqoriyasını genişləndirmək istəyir.
AZƏRTAC Amerika KİV-lərinə istinadla xəbər verir ki, ictimai nemət anlayışı daha geniş mənada tətbiq ediləcək, buraya bəzi immiqrantların istifadə etdiyi bir sıra ictimai güzəştlər, o cümlədən maddi müavinətlər, ehtiyacı olanlar üçün yemək talonları, yaşayış sahəsi ilə təmin olunma və ya tibbi yardım barədə dövlət proqramından istifadə məsələləri də daxil olacaq.
Bu plan hələlik işlənib hazırlanma mərhələsindədir və dövlətin rəsmi siyasəti hesab edilə bilməz. Lakin bu onu göstərir ki, Tramp Administrasiyası Birləşmiş Ştatlara qeyri-leqal immiqrasiyanı azaltmaq səylərindən əlavə leqal immiqrasiyanı da məhdudlaşdırmaq səylərini davam etdirir. Bu qərar ABŞ-da daimi yaşamaq üçün sənədi, yəni “qrin-kart”ı olan immiqrantlara da şamil edilə bilər. Halbuki hazırda qüvvədə olan qanuna görə, bu şəxslər Birləşmiş Ştatlara gələndən az sonra ictimai nemətlərdən istifadə etmək hüququna malikdirlər.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [23:23]
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb VİDEO
- 10.06.2026 [18:15]