Tunisdə keçirilən tədbirdə Azərbaycanda sahibkarlığın inkişafı barədə məlumat verilib
Bakı, 5 aprel, AZƏRTAC
Aprelin 1-5-də Tunisdə İslam İnkişaf Bankının Müdirlər Şurasının 43-cü İllik Toplantısı keçirilib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Azərbaycanı iqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Tədbirdə çıxış edən Sahib Məmmədov Azərbaycanda sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması sahəsində həyata keçirilən kompleks tədbirlər və genişmiqyaslı islahatlar nəticəsində əldə edilmiş nailiyyətlər, yaradılmış münbit iqtisadi şərait barədə məlumat verib, İslam İnkişaf Bankı ilə əməkdaşlığın genişləndirilməsi barədə fikirlərini bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [17:38]
Siyəzən-Dağ Quşçu-Ərziküş yolunda bərpa işlərinə başlanılıb
- 05.06.2026 [17:15]