İQTİSADİYYAT
Türkiyə ilə bionanotexnologiya sahəsində birgə layihələr reallaşdırılacaqdır
Bakı, 22 may (AZƏRTAC). Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Yüksək Texnologiyalar üzrə Tədqiqat və İnkişaf Mərkəzi tərəfindən Türkiyə ilə bionanotexnologiya sahəsində birgə layihələrin reallaşdırılması planlaşdırılır.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, mərkəzin inkişaf strategiyasının əsas prioritetləri nanotexnologiyalar, süni intellekt, neyroelektronika, biotexnologiya təşkil edir. Mərkəzdə neft tullantılarından istifadə edilməklə nanoborular da istehsal edilir. Nanoborular hərbi, ekologiya sahələrində, tibdə, informasiya texnologiyaları, tikinti sektoru, maşınqayırmada və s. sahələrdə tətbiq olunur.