DÜNYA
Türkiyə ilə Ukrayna arasında səkkiz sənəd imzalanıb
Kiyev, 3 fevral, AZƏRTAC
Ukrayna və Türkiyə arasında səkkiz dövlətlərarası sənəd imzalanıb.
AZƏRTAC xəbər verir ki, imzalanma mərasimi prezidentlər Volodimir Zelenski və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Kiyevdəki Mariinski sarayında baş tutub.
İmzalanan sənədlər arasında azad ticarətlə bağlı sazişi də var.
Bundan əlavə, tərəflər gənclər siyasəti, vergitutma, standartlaşdırma və keyfiyyət sahələrində anlaşma memorandumları, gömrük sənayesi sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar.
Həmçinin yüksək texnologiyalar, aviasiya və kosmik sənaye sahələrində əməkdaşlığa dair Çərçivə Sazişi və hüquq-mühafizə orqanları arasında əməkdaşlıq haqqında sazişdə dəyişikliklər edilməsi haqqında hökumətlərarası protokol imzalanıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:03]
Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır
- 03.05.2024 [17:42]
Leysan yağışları nəticəsində Braziliyanın cənubunda həlak olanlar var
- 03.05.2024 [17:08]
Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir
- 03.05.2024 [16:31]
Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb
- 03.05.2024 [16:23]
Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb
- 03.05.2024 [16:06]
ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub
- 03.05.2024 [16:04]