DÜNYA
Türkiyədə içərisində qanunsuz miqrantların olduğu yük avtomobili aşıb
İstanbul, 27 dekabr, AZƏRTAC
Türkiyənin Çanaqqala vilayətinin Ezine rayonunda içərisində qanunsuz miqrantların olduğu yük avtomobili aşıb.
AZƏRTAC xəbər verir ki, hadisə nəticəsində avtomobildə olan 50 nəfərdən 32-si xəsarət alıb. Onlardan 7-sinin vəziyyəti ağırdır. Xəsarət alanlar bölgədəki xəstəxanalara yerləşdiriliblər.
Avtomobilin sürücüsü miqrantların qanunsuz yollarla ölkə ərazisini tərk etmələrinə kömək göstərməkdə şübhəli bilinərək nəzarətə alınıb. Miqrantların qeyri-qanuni yollarla Yunanıstana keçmək istədikləri bildirilir.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.04.2024 [17:42]
Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır
- 27.04.2024 [15:48]
Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb
- 27.04.2024 [14:43]
Rusiyada əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək
- 27.04.2024 [14:31]
Türkiyəyə qanunsuz yollarla daxil olan 38 nəfər saxlanılıb
- 27.04.2024 [13:32]