İQTİSADİYYAT
Türkiyədə Qara dəniz və Xəzər hövzəsi ölkələrinin rabitə sahəsində tənzimləyici qurumlarının konfransı işə başlamışdır
Bakı, 2 iyun (AZƏRTAC). İyunun 2-də İstanbulda Qara dəniz və Xəzər hövzəsi ölkələrinin rabitə sahəsi üzrə tənzimləyici qurumlarının 6-cı Qara dəniz və Xəzər tənzimləyici konfransı (6th Black Sea and Caspian Regulatory Conference) işə başlamışdır. “Rəqəmsal şəhərlərə keçid: stasionar-mobil genişzolaqlı rabitə üzrə təcrübələr, istiqamətlər” mövzusuna həsr edilmiş tədbir Türkiyə Telekommunikasiya Qurumu (TTQ) tərəfindən təşkil olunmuşdur. Konfransda Azərbaycanı rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov təmsil edir.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, iyunun 3-dək davam edəcək tədbirdə İ.Məmmədov “Stasionar yeni nəsil şəbəkələrində tənzimləmə, rəqabət və genişzolaqlı rabitə üzrə siyasət” mövzusunda məruzə edəcək, bu sahədə həyata keçirilən milli siyasət və strategiya haqqında danışacaqdır.