ELM VƏ TƏHSİL
Türkiyəli professor təhsildə strateji planlaşdırma ilə bağlı çağırış edib
![](/files/galleryphoto/2022/1/1200x630/16456161894556648578_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16456161894581157867_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16456161893513329341_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/1645616189653111012_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16456161904944532605_1200x630.jpg)
Bakı, 23 fevral, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə “Təhsil müəssisələrində strateji planlaşdırma” mövzusunda seminar keçirilib.
Bu barədə AZƏRTAC-a “T-Network”dan məlumat verilib.
Seminardan öncə ADPU-nun rektoru professor Cəfər Cəfərov və universitetin prorektorları Türkiyənin TED Universitetinin Təhsil fakültəsinin dekanı professor Yüksel Kavak və “T-Network” platformasının koordinatoru Cəfər Mənsimi ilə görüşüb. Əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.
Giriş nitqi ilə çıxış edən Cəfər Mənsimi seminarın məqsədindən danışıb. Bildirib ki, əsas məqsəd Türkiyə təcrübəsində təhsildə strateji planlaşdırma ilə tanış olmaqdır.
Professor Yüksel Kavak seminar iştirakçılarının suallarını cavablandırıb, təhsildə strateji planlaşdırmanın vacibliyini vurğulayıb.
Seminarda ADPU-nun rəhbərliyi, professor-müəllim heyəti, “T-Network” üzvləri iştirak ediblər.